Azərbaycan-Ermənistan münaqişəsi Brüsseldə müzakirəyə çıxarılır – Politoloq gözləntilərini açıqladı
Bitib tükənmək bilməyən danışıqlar prosesi bu dəfə Avropa İttifaqının Brüssel görüşündə davam edəcək. Gündəlikdə olan məsələlərdən biri də Azərbaycan-Ermənistan münaqişəsisinin sülh sazişi çərçivəsində həlli modelidir.
Görəsən budəfəki danışıqlarda müsbət nəticəyə ümid etmək olarmı?
KONKRET.az-ın mövzu ilə bağlı suallarını politoloq Elşad Həsənov cavablandırıb:
"Avropa İttifaqının Azərbaycanla Ermənistan arasındakı son iki ildəki vasitəçilik missiyası tərəflərin müəyyən məsələlər üzrə razılığa gəlməsi ilə nəticələnib. Ancaq ötən il Avropa İttifaqının qərəzli müzakirələri səbəbindən Azərbaycan Qranada görüşünə qatılmamaqla, dolayı yolla Avropa İttifaqının vasitəçiliyindən imtina etmiş oldu. Bakının mövqeyi ondan ibarətdir ki, münaqişə tərəfləri arasında birbaşa danışıqların aparılması daha çox fayda verə bilər".
Ekspert Qərbin Azərbaycana qarşı səsləndirdiyi yersiz ittihamları da yada salıb:
"Unutmamalıyıq ki, keçən il Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Barel öz bəyanatında həqiqətə uyğun olmayan rəqəmlərdən istifadə edərək qərəzli mövqeyini bir daha göstərdi. O bildirdi ki, guya 150 min erməni Qarabağdan zorla qovulub. Bu da Azərbaycan ictimaiyyətində hiddət doğurdu. Çünki elə Ermənistanın özü Qarabağdan gedən ermənilərin sayının 100 min olduğunu bəyan etmişdi. Bu ermənipərəst çıxışlarından sonra Avropa İttifaqının Azərbaycanı təmin edəcək danışıqlar aparması, hansısa ədalətli qərar qəbul edəcəyi gözlənilmir. Sadəcə olaraq, onlar bu mövzunu gündəliyə salaraq, nəticəsiz müzakirələri davam etdirəcəklər".
Fatimə Lətif
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər
Gənc iş adamı toyda qəfil öldü - Foto
Bir neçə cinayətə görə axtarışda olan 74 yaşlı qadın həbs edildi
İran ordusunun zabiti öldürüldü
KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan
Oğlu öldürülən qadın gəlinini bağışladı, məhkəmə cəzasını azaltdı
Ağır məğlubiyyət: Respublikaçılar Trampdan siyasi kursunu dəyişməyi tələb edir
Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?
Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu
Azərbaycan Hava Yolları gələcəyin texniki mütəxəssislərini yetişdirir - FOTOLAR
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
39 yaşlı kişi evində ölü tapıldı
Mingəçevirdə yük maşını bataqlıqda batdı