Azərbaycan Ermənistan ordusuna dəhşətli kabus yaşadır və bütün dünyaya göstərir ki... - Jdanov
"Azərbaycan Ordusu Ermənistana dəhşətli kabus yaşadır".
Publika.az xəbər verir ki, bunu ukraynalı hərbi analitik Oleq Jdanov jurnalistlərin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sualına cavabında deyib.
Analitik bildirib ki, Azərbaycan Ordusu ilə müqayisədə Ermənistan olduqca köhnə və primitiv şəkildə döyüşür: "Dağlıq Qarabağdakı hərbi vəziyyəti analiz edəndə görürük ki, bir tərəfdə yüksək texnologiya ilə döyüşən müasir Azərbaycan Ordusu, digər tərəfdə isə SSRİ-nin 80-ci illərdəki ordusuna bənzər birləşmə var. Burada hətta "hansı ordu güclüdür" sualını vermək belə yersizdir. Ermənistanın istər hərbi təchizatı, istərsə də döyüş taktikası SSRİ-dən qalmadır".
O.Jdanov qeyd edib ki, ermənilər son 30 ildəki konfliktlərdən – xüsusilə Suriya və Ukraynadakı müharibədən nəticə çıxarmalı idilər: "Müasir dövrdə sadəcə artilleriya ilə səngərdə döyüş məğlubiyyət deməkdir. Bunun əksinə, Azərbaycan Kəşfiyyat və zərbə endirmək üçün PUA-lardan istifadə edir ki, bu da gələcəyin döyüş taktikasıdır. Azərbaycan bütün dünyaya gələcəyin silahlarını və döyüş texnikasını nümayiş etdirir. Azərbaycan Ordusu sözün əsl mənasında Ermənistan ordusuna dəhşətli kabus yaşadır".
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Sumqayıtda 67 yaşlı kişi bıçaqlandı: Həyat yoldaşı saxlanıldı
Bakıda bu şirkətə 16 min dollar cərimə yazıldı
"Neftçi"nin tanınmış futbolçusu vəfat etdi - FOTO
"Trabzonspor" "Qalatasaray"ı darmadağın edib
Elçin Yusubov Qarabağ bölgəsinin Rumıniya regionları ilə əlaqələrinin qurulmasını müzakirə edib - FOTOLAR
Prezident keçmiş futbolçunu fəxri diplomla təltif etdi
İllər sonra açılan "Kurtlar Vadisi" sirri - Kozinoğlu obrazını canlandıran aktyor İLK DƏFƏ DANIŞDI
66 yaşlı kişini motosiklet vurub öldürdü
Ərdoğan sabah ABŞ-yə səfər edəcək
Məşhur aktrisa vəfat edib
Üçü Bakıda, biri İrəvanda - O biri isə qəbiristanlıqda... - FOTO
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il keçir
Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür