Azərbaycan gəncliyi böyük potensiala malikdir

Azərbaycan gəncliyi böyük potensiala malikdirBu gün Azərbaycanda gənclər siyasəti dövlətin xüsusi önəm verdiyi prioritet sahələrdəndir. Fövqəladə siyasi dühaya sahib olan Ulu Öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulan uğurlu siyasi kurs möhtərəm prezident cənab İlham Əliyevin rəhbərliyi ilə, Azərbaycanın qüdrətli dövlətə çevrilməsi naminə ardıcıl şəkildə davam etdirilir, gənclərin faydalı məşğulluğu təmin edilir, dinamik inkişaf yolunda ideya müəllifi kimi çıxış etməsinə geniş imkanlar yaradılır.
Ölkəmizdə həyata keçirilən gənclər siyasətində milli və dövlətçilik maraqlarının prioritet olması 44 günlük Vətən müharibəsində həlledici rol oynadı. Müharibədə əsas missiyanı məhz Ali Baş Komandan cənab İlham Əliyevin prezidentliyi dövründə yetişən gənclər yerinə yetirdilər. Müharibə zamanı Azərbaycan gəncləri hərbi komissarlıqlara gedərək könüllü şəkildə vətənimizin müdafiəsinə qalxdılar. Bununla da ölkəmizin işğal altında olan torpaqlarının hamısının düşməndən azad edilməsində yaxından iştirak etdilər. Bu gün biz şəhid və qazilərimizin sırasına, azad olunan ərazilərimizlə bağlı medallarla təltif edilənlərin siyahısına baxan da görürük ki, onların əksəriyyəti Azərbaycan gəncliyidir. Hesab edirəm ki, bu da Azərbaycan gəncliyinin ən yaxşı nümunələrindən biridir.
Bu gün Azərbaycan inamla irəliyə baxır, ölkə qarşısındakı əsas vəzifələr öz həllini tapmışdır. Azərbaycan gəncləri azad ölkədə yaşayır, sabitlik olan ölkədə yaşayır, özünə güvənən ölkədə yaşayır. Azərbaycan gənci haqlı olaraq fəxr edir ki, bu ölkənin vətəndaşıdır.
Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında düşməni diz çökdürən rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin əksəriyyətinin gənclər olduğunu bilirik. Həmin gənclər ki, öz igidliyi, cəsurluğu və qorxmazlığı ilə tarix yazdılar, ərazi bütövlüyümüzü bərpa, tarixi ədaləti bərqərar etdilər. Cəmi 44 gün ərzində düşmən üzərində zəfər çaldılar. Gücü və qüdrəti ilə bütün dünyaya səs salan Azərbaycan Ordusu, Azərbaycan gəncləri qəhrəmanlıq simvoluna çevrildilər. Gələcək nəsillər üçün örnək, nümunə yeri oldular, bizim gənclərimiz.
Fevralın 2-də Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda çıxış edərkən İlham Əliyev ölkə gəncliyi qarşısında bir daha vurğuladı ki, Azərbaycan dünyada artıq öz yeri və sözü olan dövlət kimi tanınır: "Müstəqilliyimizin 30 illiyini keçən il qeyd etmiş ölkə kimi bu gün biz deyə bilərik, elə ölkə yaratmışıq ki, hər bir vətəndaş bu ölkə ilə fəxr edə bilər".
Cənubi Qafqazda həm siyasi, həm iqtisadi güc mərkəzi, həm də güclü orduya sahib qüdrətli ölkə kimi Azərbaycan dünyada etibarlı tərəfdaşa çevrilib və bu gün ölkəmiz əksər dövlətlərlə hərtərəfli əməkdaşlıq edir.
Dövlət başçısı gələcəyin qurucuları, ölkənin aparıcı qüvvəsi qarşısında bir daha qətiyyətlə vurğuladı ki, Azərbaycan müstəqildir və müstəqil siyasət yürüdür: "Heç bir kənar qüvvə bizim işimizə qarışa bilməz. Düzdür, belə cəhdlər olub və ola bilər ki, olacaq. Ancaq bu cəhdlər heç bir nəticə verməyib və verməyəcək".
Xilaskar Ali Baş Komandanın qətiyyətli fikirləri hər bir azərbaycanlıda qürur, fəxarət hissi yaratdı. Gələcəyin aparıcı qüvvəsi olan gənclərə isə stimul verərək əzmkarlıq nümunəsini ortaya qoydu. Hər bir gənc bir daha lider qətiyyətinin nəyə qadir olduğuna şahidlik etdi.
Biz- Azərbaycan gəncliyi bu yolda ən etibarlı bələdçimiz olan İ. Əliyevin rəhbərliyi ilə çox möhtəşəm nailiyyətlər əldə edəcək, daim zəngin mənəvi - tarixi köklərimizə dayanaraq milli mövqeyimizi müdafiə edərək vətənimizi dünyanın diqqət mərkəzinə çevirəcəyik.
Naftalan şəhər sakini Samir Qocayev

Siyasi       Tarix: 05 fevral 2022
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qloba

Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik

27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram, rəhmət və minnətdarlıqla yad edirik. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin paylaşımınd

Xankəndidə əsirləri zirzəmiyə saldıran Köçəryan - Özü "KQB podval"ının ən qaranlıq kamerasında – ŞOK DETALLAR

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın saxlanma şəraiti ilə bağlı yeni detallar açıqlanıb.  xəbər verir ki, Ermənistanın "Past" qəzeti Köçəryanın "KQB zirzəmisi" kimi tanınan "İrəvan-Kentron"

Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDC) xarici işlər nazirlərinin 25-ci illik iclasında çıxış edib. xəbər veri

Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti

FIA prezidenti Məhəmməd bin Sulayem Bakı Şəhər Halqasının (BŞH) unikal atmosferindən və fərqli xüsusiyyətlərindən danışıb. Bakı Şəhər Halqasından bildirilib ki, o, Bakıya səfərindən çox məmnun olduğunu söyləyib. "Bak

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR

27 Sentyabr – Anım Günü ilə əlaqədar Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar. Dövlə

Siyasi şərhçi: "10 noyabr" Bəyanatının icrasında ciddi problemlər qalırdı

"İkinci Qarabağ müharibəsi nəticəsində  imzalanan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra Ermənistanın atdığı addımlar göstərirdi ki, razılaşmaların icrası ilə bağlı ciddi problemlər qalır. Bəyanatı

Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğan 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Ərdoğa


son xeberler azerbaycan xeberleri yeni xeberler axsam az xeberler bugun xeberler valyuta qurban bayrami 2026