"Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında saziş qlobal layihəyə çevriləcək
"Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında "yaşıl enerji" haqqında saziş qlobal layihəyə çevriləcək və daha çox ölkəni və şirkətləri cəlb edəcək".
azxeber.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 31-də Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - "Caspian Oil&Gas" və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - "Caspian Power" sərgilərinin açılışında çıxışı zamanı deyib.
"Ötən ilin dekabrında Buxarestdə "yaşıl enerji" sahəsində mühüm tədbir keçirilib. Avropa Komissiyasının prezidentinin də iştirak etdiyi tədbirdə Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında "yaşıl enerji" sahəsində tərəfdaşlıq haqqında saziş imzalanıb. Əminəm ki, bu saziş qlobal layihəyə çevriləcək və daha çox ölkəni və şirkətləri cəlb edəcək", - Prezident İlham Əliyev deyib.
"Hesab edirik, bu layihə ən azı 4 QVt "yaşıl enerji"nin nəqlini təmin edə bilər ki, bu da bizim əlavə töhfəmiz olacaq", - dövlət başçısı əlavə edib.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi