Azərbaycan heç bir ölkənin ərazi bütövlüyünə təcavüz etməyib' - Deputatdan Pelosiyə cavab

Azərbaycan heç bir ölkənin ərazi bütövlüyünə təcavüz etməyib' - Deputatdan Pelosiyə cavab"ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana təktərəfli səfəri ABŞ-n Cənubi Qafqazda tarazlıq siyasətinə və sülh istiqamətində əməkdaşlıq səylərinə kölgə salır".
Bu sözləri azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Deputatın sözlərinə görə, N.Pelosinin region və ən son törədilən erməni təxribatı haqqında məlumatları birtərəflidir:
"Ancaq bu məsələnin yalnız bir tərəfidir. N.Pelosi bu azmış kimi, üstəlik Azərbaycanın ünvanına qeyri-obyektiv və əsassız ittihamlar səsləndirir. Onun açıqlamlarından aydın olur ki, region və ən son törədilən erməni təxribatı haqqında məlumatları birtərəflidir və erməni təbliğatının təsiri altında formalaşıb. Əslində 82 yaşlı siyasətçinin qondarma erməni soyqırımı haqqında səsləndirdiyi fikirləri də nəzərə alsaq, aydın olar ki, Pelosi Ermənistana səfərini həm də özünün seçkiqabağı təbliğat kompaniyasının tərkib hissəsi kimi görür. Çünki yaxın zamanlarda Nümayəndələr palatasına ara seçikiləri keçiriləcək və yeni tərkibdə formalaşan heyətə spiker seçilən zaman ermənipərəst nümayəndələrdən səs almaq lazım olacaq.
Deputat qeyd edib ki, Pelosi bu adddımı ilə ermənilərin rəğbətini qazana bilər:
"Görünür, bu səslər Pelosinin yenidən spiker olması üçün çox vacibdir. Ona görə də Pelosi Ermənistanda ərazi bütövlüyü, insan hüquqları haqqında danışan zaman hesab edir ki, ermənilərin rəğbətini qazana bilər və bu rəğbət ona ABŞ-da yaşayan erməni lobbisinin səsi və dəstəyi kimi dönər. Ancaq N.Pelosi üçün doğurdan da insan hüquqları, demokratiya, ərazi bütövlüyü prinsipi belə qiymətli dəyərlər idisə, nəyə görə iki il bundan qabaq Azərbaycana səfər edib ərazi bütövlüyünün vacibliyi haqqında Ermənistana məsaj vermədi? Bir milyon qaçqın və məcburi köçkünlərin hüququndan danışmadı. Əgər ərazi bütövlüyü məsələsi prinsipial idisə, nəyə görə vətəndaşı olduğu ölkə ABŞ-ın Çini vahid Çin olaraq tanıdığı halda, bir müddət öncə Tayvana səfər edərək dövlətinin rəsmi siyasətini etibarsızlaşdımış oldu? Göründüyü kimi, məsələ ərazi bütövlüyü məsləsi deyil. Azərbaycan da heç bir ölkənin ərazi bütövlüyünə təcavüz etməyib".
"Əgər iki ölkə arasında sərhədlər hələ delimitasiya edilməyibsə, görəsən N.Pelosi necə müəyyən edib ki, kim təcavüzkardır. Ona görə də Azərbaycanın ünvanına səsləndirilən fikirlərin heç bir obyektiv əsası yoxdur və biz belə əsassız fikirləri qətiyyətlə qınayırıq" - deyə deputat əlavə edib.
Aydın Nuri

Siyasi       Tarix: 20 sentyabr 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu təbrik edib. təbrikin mətnini təqdim edir:. "Hörmətli Sərdar Qurbanquliyeviç,. Türkmənistanın müstəqilliyinin 35-ci ildönümü münasibətil

ABŞ ilə İran arasında nə zaman saziş əldə olunacaq? - Tramp açıqladı

ABŞ Prezidenti Donald Tramp noyabr ayında keçiriləcək aralıq seçkisindən sonra İranla sazişin əldə oluna biləcəyini bəyan edib. xəbər verir ki, bu barədə "Kommersant" nəşri məlumat yayıb. O bildirib ki, İran hökumət

Abbas Əraqçi Ceyhun Bayramovla görüşdü

İranın xarici işlər naziri Abbas Əraqçi azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşüb. xəbər verir ki, A. Əraqçi bu barədə özünün "Telegram" kanalında məlumat yayıb. Görüş Birləşmiş Millətlər Təşkilatı (BMT) Ba

İlham Əliyev Qazaxıstan Prezidentinə BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib. xəbər verir ki, başsağlığı mətnində deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Manqistau vilayətində keçirilən hərb

1 saat danışdılar - Lavrov və Rubio nəyi müzakirə etdi?

Nyu-Yorkda Rusiya xarici işlər naziri Sergey Lavrov ilə ABŞ Dövlət katibi Marko Rubio arasında təkbətək danışıqlar başa çatıb. "RİA Novosti"yə istinadən xəbər verir ki, diplomatik görüş təxminən bir saat davam edib

Azərbaycan 3 ölkə ilə viza rejiminin sadələşdirilməsinə dair sazişlər imzalayıb - FOTOLAR

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Sent-Kits və Nevis, Antiqua və Barbuda, həmçinin Benin xarici işlər nazirləri ilə görüşüb. xəbər verir ki, görüşlər zaman

SOCAR beynəlxalq şirkətlərlə bir sıra mühüm sənədlər imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında təşkil olunan İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində SOCAR tərəfindən müxtəlif şirkətlərlə bir sıra sənədlər imzalanıb.  xəbər veri

Ermənistan-Azərbaycan sərhədi ilə bağlı MÜHÜM AÇIQLAMA

Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası üzrə işlər tezliklə bərpa olunacaq. KONKRET.azxəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan bildirib. O, işlərin nə vaxt başlayacağını dəqiqləşdirməyib

Zelenski: Qış sizin üçün də ağır olacaq

Ukrayna Prezidenti Volodimir Zelenski qarşıdakı qışın həm Ukrayna, həm də Rusiya üçün çətin keçəcəyini bildirib. xəbər verir ki, Zelenski ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyasının 81-ci sessiyasının ikinci iclasınd


azerbaycan xeberleri yeni xeberler son xeberler son xeber.az cəbhədən son xəbərlər cəbhədən son vəziyyət krimnal xeber