Azərbaycan hər şeydən öncə hərbçilərinin təhlükəsizliyini nəzərə alır

Azərbaycan hər şeydən öncə hərbçilərinin təhlükəsizliyini nəzərə alır"Azərbaycanın indiki halda Qəzzaya hər hansı sülhməramlı qüvvə göndərmək niyyəti yoxdur. Cənab Prezident bu mövqeyi yerli televiziya kanallarına verdiyi müsahibəsində də vurğulayıb. Bu yanaşma ilk növbədə ölkəmizin milli maraqlarına və regionda mövcud reallıqlara əsaslanır".
Bu sözləri azxeber.com-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Mətin Məmmədli bildirib. 
O bildirib ki, Qəzza sektorunda münaqişə tam həllini tapmayıb:
"Mövcud vəziyyət göstərir ki, hələ də Qəzza sektorunda atəşkəs elan edilsə də, münaqişə tam həllini tapmayıb. Tərəflər arasında bir sıra prinsipial məsələlər üzrə fikir ayrılıqları qalmaqdadır və yeni müharibənin başlama potensialı kifayət qədər yüksəkdir. Belə şəraitdə Azərbaycan hərbçilərinin Qəzzada sülhyaradıcı missiyada iştirakı həm hərbi, həm də siyasi risklər yarada bilər. Azərbaycan hər şeydən öncə hərbçilərinin təhlükəsizliyini nəzərə alır".
Şöbə müdiri deyib ki, Azərbaycan indiyə qədər bir sıra ölkələrdə sülhməramlı əməliyyatlarda iştirak edib:
"Azərbaycan indiyə qədər bir sıra ölkələrdə sülhməramlı əməliyyatlarda iştirak edib. Lakin həmin missiyaların təbiəti Qəzzadakı vəziyyətlə müqayisədə fərqli olub. Qəzza sektoru ilə bağlı isə bir sıra suallar hələ də aydın deyil. Sülhməramlıların konkret missiyası və funksiyaları məlum olmadığından, bu məsələlər tam müəyyənləşdikdən sonra Azərbaycan sülhməramlı kontingent göndərmək barədə qərar verə bilər".
M.Məmmədli deyib ki, Azərbaycan Qəzzada davamlı sülhün əldə olunmasında maraqlıdır:
"Azərbaycan Qəzzada davamlı sülhün əldə olunmasında maraqlıdır. Ölkəmizin mövqeyi münaqişənin tam həllinə yönəlmişdir. İki dövlətli həll prinsipinə uyğun olaraq Fələstinlilərin dövlət yaratmaq hüququ tanınmalıdır. Azərbaycan bu mövqeyini indiyə qədər dəfələrlə ifadə edib və Fələstin tərəfinə humanitar yardım göstərib. Bununla belə, Azərbaycan öz milli maraqlarını hər zaman prioritet tutur".
Şahanə Ziyad

Sosial       Tarix: 08 yanvar 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var

Naxçıvanda zəncirvari yol qəzası olub. Hadisə şəhərin Topçubaşov küçəsində qeydə alınıb. Belə ki, "Hyundai", "Audi" və iki "Kia" markalı avtomobilin toqquşması nəticəsində 5 nəfər; 2001-ci i

"Gənclər daha gec yaşlarda evlənməyə qərar verirlər" – Fazil Mustafa

Azərbaycanda həm nikahların, həm də boşanmaların sayında azalma qeydə alınıb. Mövzu ilə bağlı -a danışan deputat Fazil Mustafa bildirib ki, nikah və boşanmaların sayındakı dəyişikliklər bir sıra sosial amillərlə əlaqəlidir

Gəncədə teatrın mühafizəçisi bıçaqlandı - 15 yaşlı gənc şübhəlidir

Gəncədə bıçaqlanma hadisəsi baş verib. Hadisə Gəncə Dövlət Kukla Teatrının qarşısında baş verib. Məlumata görə, 1976-cı il təvəllüdlü Zaur Mustafayev bıçaqlanma diaqnozu ilə xəstəxanalardan birinə yerləşdirilib. Adıçəkilə

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib. Bu barədə -a İdarədən məlumat verilib. Qeyd edilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, oktyabrın 19-da Bakı v

Şərəf' ordeni ilə təltif edilən Valeh Ələsgərov kimdir?

Prezident İlham Əliyevin sərəncamı ilə Valeh Feyruz oğlu Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib. -a istinadla Valeh Ələsgərovun dosyesini təqdim edir:. Valeh Feyruz oğlu Ələsgərov 1946-cı il oktyabrın 19-d

"20 ildən sonra daha ciddi vəziyyətlə üzləşəcəyik" – Sosioloqdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda həm nikahların, həm də boşanmaların sayında azalma qeydə alınıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-avqust aylarında ölkədə 26 485 nikah və 13 278 boşanm

Ağır cinayətlərə görə cəzanın təxirə salınma qadağası Konstitusiyaya uyğun hesab edilib

Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib. Bu barədə -a Konstitusiya Məhkəməsindən məlumat verilib. Qeyd olunub ki, məhkəmə iclasında Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilini

DİQQƏT: Bankdan kredit ala bilmirsinizsə, səbəb bu ola bilər

Azərbaycanda rəsmi iş yeri və stabil gəliri olan şəxslərin belə banklardan kredit ala bilməməsi vətəndaşlar arasında tez-tez narazılıq doğuran məsələlərdəndir. Bir çox hallarda insanlar maaş kartı ilə işlədiklərini və daim

Azərbaycanda balıq bahalaşdı - Qiymətlər

Ölkədə geniş həcmdə yetişdirilən çəki balığının nohurlarda yetişdirildiyi təsərrüfatlardan kütləvi satışına başlanılıb. Bundan əlavə, sentyabr ayından etibarən rəsmi balıq ovu mövsümünün açılması bazarlarda canlanmaya səbə


azerbaycan xeberleri yeni xeberler son xeberler bu gune olan xeberler beynelxalq bank mezenne cəbhədən yeni xəbərlər son xabarlar