"Azərbaycan İrandan münasibətlərin normallaşması ilə bağlı müsbət siqnallar alır
"Azərbaycan iki ölkə arasında münasibətlərin normallaşması məsələsində İran tərəfdən müsbət ismarışlar alır".
azxeber.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrailin beynəlxalq "i24NEWS" telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, İran Azərbaycanla qonşu ölkədir: "Azərbaycanın bütün qonşularla yaxşı münasibət qurması çox vacibdir. Ölkənin yürütdüyü siyasət Azərbaycanın həmsərhəd olduğu bütün ölkələrlə sabit və qarşılıqlı faydalı əlaqələr saxlamaqdan ibarətdir".
"İranla Azərbaycan arasında müəyyən anlaşılmazlıqlar olub. Amma biz diplomatik kanallardan və dialoqdan istifadə edərək bunu həll etməyə çalışırıq və İran tərəfdən də müsbət siqnallar alırıq", - o əlavə edib.
Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycan bu səhifəni çevirmək və bütövlükdə regionda, həmçinin iki ölkə arasında əməkdaşlıq və dialoq üçün daha əlverişli mühit yaratmaq üçün iranlı həmkarları ilə diplomatik təmasları davam etdirir.

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ