"Azərbaycan Mədəniyyəti – 2040" dövlət konsepsiyasının həyata keçirilməsinə həsr olunmuş konfrans – FOTOLAR

Bakıda kulturoloqların, Azərbaycan ziyalılarının və kütləvi informasiya vasitələrinin nümayəndələrinin "Azərbaycan Mədəniyyəti – 2040" dövlət konsepsiyasından irəli gələn vəzifələrin, eləcə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışlarında səsləndirilən yeni ideyalara və strateji oriyentirlərin müzakirəsinə həsr olunmuş konfransı keçirilib.
Konfransda mədəniyyətin dövlətin inkişafında sistemyaradıcı resurs kimi elmi əsaslandırılmış anlayışı, yüksək mədəniyyətli insanın formalaşdırılması, kulturologiyanın institusionallaşdırılması, Mədəniyyət haqqında yeni Qanunun hazırlanması, habelə dövlət idarəçiliyində, təhsil, elm və ictimai məsuliyyətdə mədəniyyətin rolunun formalaşdırılması müzakirə edilib.
Həmçinin "Azərbaycan Mədəniyyəti – 2040" konsepsiyasının əsas müddəalarını və onun həyata keçirilməsi üçün praktiki mexanizmləri, Azərbaycan Respublikasının Prezidenti tərəfindən irəli sürülmüş ideyaların müasir dövlət siyasəti çərçivəsində kulturoloji baxımdan mənalandırılması, mədəniyyətin bütün sahələrində idarəçilik qərarlarının qəbul edilməsi sisteminə kulturoloji ekspertizanın tətbiq edilməsi perspektivləri, XXI əsr cəmiyyətində kulturoloji təfəkkürünün formalaşdırılmasında ziyalıların və KİV nümayəndələrinin oynadığı rolu müzakirə edilib.
Tədbir çərçivəsində həmçinin "Azərbaycan Mədəniyyəti – 2040" dövlət konsepsiyasının vəzifələrinin düzgün anlaşılması və onların həyata keçirilməsinə elmi əsaslandırılmış yanaşma barədə Bəyannamə  qəbul edilib.
Konfrans təkcə mədəniyyət siyasətinin prioritetlərini qiymətləndirmək üçün deyil, eləcə də dövlətin humanitar sferada strateji məqsədlərinin reallaşdırılmasında iştirak etməyə hazır olan həmrəy peşəkarlar cəmiyyətini formalaşdırmaq məqsədilə çağırılır.
Qeyd edək ki, "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyası tərəfindən təşkil olunan tədbir suverenliyin bərpa edilməsindən sonrakı və uzunmüddətli strateji planlaşdırma reallığında yeni geosiyasi şəraitdə milli mədəniyyətin gələcəyi haqqında peşəkar və ictimai dialoq üçün intellektual platforma yaradacaqdır.
/ azxeber.com

Sosial       Tarix: 10 fevral 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI

Azərbaycanın bank sektorunda 1 illik manat əmanətləri üzrə təklif olunan illik faiz dərəcələri açıqlanıb. KONKRET.azyenisabah-a istinadən xəbər verir ki, faizlərin müddətin sonunda götürülməsi şərti ilə en yüksək illik fai

"Şəkinin memarlığı və mətbəxi turistlərin diqqətini cəlb edir" - Murad Ağabəyli

"Şəkinin memarlığı və mətbəxi turistlərin ən çox maraq göstərdiyi istiqamətlərdəndir". xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin (DTA) tabeliyində olan Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətini

"Lyuk"a düşüb xəsarət alan məmur xanımına görə - AAYDA rəsmisi cəzalandırılıb

Bakıda məmurlardan birinin xanımı açıq qalmış yağış kanalizasiya quyusuna düşərək xəsarət alıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hadisə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Sarayevo küçəsi 13B ünvanınd

Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB

Tovuzda bir nəfərin ölümünə, bir nəfərin isə xəsarət almasına səbəb olan şəxs saxlanılıb. Polisin keçirdiyi müvafiq tədbirlər nəticəsində kəsici-deşici alətlə Ü. Abdullayevə xəsarət yetirən və Nizami Qurbanovu qətlə yetirməkd

ABB-də nə baş verir? – Vətəndaşın pulu yoxa çıxıb

Azərbaycan Beynəlxalq Bankının ("ABB") sistemində yaranan texniki nasazlıq müştərilər arasında narazılığa səbəb olub. Sosial şəbəkələrdə paylaşım edən vətəndaşlar başqa banklardan "ABB" kartlarına göndərilə

Evinin 'kupça'sı olmayanlara şad xəbər

Mərkəzi Bank tərəfindən 2027-2030-cu illər üzrə inkişaf strategiyasının təsdiq edilməsi nəzərdə tutulur. Ölkə.az-a istinadən xəbər verir ki, bunu Mərkəzi Bankın Sığorta vasitəçilərinə nəzarət şöbəsinin rəisi Ramin Cəfəro

Bu həftə bürcləri nələr gözləyir? - Sevgi, pul…

19–25 oktyabr tarixlərini əhatə edən yeni həftə bürclər üçün fərqli hadisələrlə yadda qala bilər. Astroloji yozumlara görə, bəzi bürcləri sevgi həyatında xoş sürprizlər, digərlərini isə iş və maliyyə sahəsində mühüm qərarla

Yavər Şıxəliyev vəfat etdi

Tibb elmləri doktoru, professor, 1 saylı ixtisaslaşdırılmış poliklinikanın baş həkimi Yavər Şıxəliyev vəfat edib. xəbər verir ki, bu barədə Ağciyər Xəstəlikləri Mərkəzi məlumat yayıb. Qeyd edək ki, Y.Şıxəliyev 1973-cü ild

Bu hərbçilər cərimələnəcək – Hüquqşünasdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda hərbi qulluqçuların hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməsinə görə inzibati məsuliyyət qaydalarının dəyişdirilməsi təklif olunur. Təklifə əsasən, hərbi hissəni özbaşına tər


son xeberler azerbaycan xeberleri yeni xeberler hava proqnozu gunun xeberleri en son xeberleri xabarlar