Azərbaycan Mərkəzi Bankı faiz dəhlizinin aşağı həddini 4%-ə endirir
Azərbaycan Mərkəzi Bankı (AMB) pul siyasətinin əməliyyat çərçivəsinin təkmilləşdirilməsi və banklararası pul bazarının aktivləşdirilməsinin ilkin mərhələsində sabahdan faiz dəhlizinin aşağı həddinin 2,25 faiz bəndi azaldılaraq 6,25%-dən 4%-ə endirilməsini qərara alıb.
azxeber.com bu barədə quruma istinadən xəbər verir.
AMB bəyan edib ki, pul siyasəti alətlərinin yeni konfiqurasiyada tətbiqi faiz dəhlizi parametrlərinə də baxmağı zəruri edib.
"Qiymətləndirmələr göstərib ki, faiz dəhlizi parametrlərinə dəyişiklik etmədən yeni alətlərin tətbiqi pul bazarındakı faizlərdə kəskin dəyişkənliyə səbəb ola bilər. Bank sektorunda mövcud olan struktur profisiti şəraitində banklararası bazarda qısamüddətli faizlər, eləcə də bəzi müddətlər üzrə notlar və dövlət qiymətli kağızlarının gəlirliyi AMB-nin faiz dəhlizinin aşağı həddindən əhəmiyyətli aşağıdır. Ona görə də pul siyasətinin əməliyyat çərçivəsinin təkmilləşdirilməsi və banklararası pul bazarının aktivləşdirilməsinin ilkin mərhələsində AMB-nin faiz dəhlizinin aşağı həddinin sabahdan 4% səviyyəsində müəyyən edilməsi qərara alınıb. Bu bank sektorundakı izafi likvidliyin əlverişli şərtlərlə sterilizasiyası və banklararası pul bazarında tarazlı faizlərin formalaşması imkanlarının yaranması baxımından məqsədəuyğun sayılıb. AMB qısamüddətli pul bazarının müxtəlif seqmentlərində faizlərin kəskin dəyişkənliyinə yol vermədən banklararası faizləri mərhələlərlə faiz dəhlizinə yaxınlaşdırmaq hədəfini qarşıya qoyub. Makroiqtisadi durum və banaklararası bazardakı vəziyyətdən, eləcə də yeni alətlərin tətbiqinin maliyyə bazarının müxtəlif seqmentlərinə təsirlərindən asılı olaraq AMB-nin faiz dəhlizinin eni daraldılacaq.
Yeni alət arsenalının tətbiqi sterilizasiya əməliyyatlarının aktivləşməsilə müşayət olunacaq ki, bu da pul bazarında faizlərin uçot dərəcəsinə yaxınlaşmasına və beləliklə faiz dəhlizinin pul bazarının müxtəlif seqmentlərində faizlərə transmissiya effektinin yüksəlməsinə gətirib çıxaracaq. Eyni zamanda sterilizasiya əməliyyatlarının aktivləşdirilməsi inflyasiya təzyiqlərinin artması şəraitində kredit qoyuluşlarının balanslı artımının təmin edilməsi və ortamüddətli perspektivdə ölkədə makroiqtisadi sabitliyin qorunması, o cümlədən valyuta bazarında tarazlığın dəstəklənməsi baxımından vacibdir", - deyə məlumatda qeyd olunub.
Xidmetler [newsid: 0-123300]

İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu
"Qarabağ" - "Dinamo Zaqreb" matçının baş hakimi açıqlandı
Banklar kimlərə aşağı faizlə kredit verir? – Əsas şərt
Əkrəm Həsənovdan xəbərdarlıq: "Azərbaycanı ağır illər gözləyir"