Azərbaycan millisi bu gün İrlandiya ilə qarşılaşacaq
Futbol üzrə Azərbaycan millisi bu gün 2022-ci il dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.
Publika.az xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu kollektiv A qrupundakı 6-cı matçında İrlandiya yığmasını qəbul edəcək. Bakı Olimpiya Stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq. Görüşü Norveçdən olan FIFA referisi Espen Eskas idarə edəcək.
Oyun öncəsi Azərbaycan millisində yeganə itki Bəhlul Mustafazadədir. "Qarabağ"ın müdafiəçisi zədəli olduğu üçün heyətdən çıxarılıb. Qonaqlarda isə Rayan Menninq, Dara O Şi, Şeymus Koulman zədə, Ceyson Molumbi və Alan Braun isə cəza səbəbindən matçı buraxacaqlar.
Bu komandalar arasında Dublində baş tutan ilk oyun 1:1 hesabı ilə yekunlaşıb. Hazırda 1 xalı olan Azərbaycan millisi sonuncu pillədə qərarlaşıb. İrlandiya seçməsi isə 2 xalla 4-cüdür.
Qeyd edək ki, bu qrupun digər oyununda Serbiya millisi Lüksemburqun qonağı olacaq.
DÇ-2022, seçmə mərhələ
VII tur
A qrupu
20:00. Azərbaycan - İrlandiya
Hakimlər: Espen Eskas, Kim Tomas Haqlund, Oystein İtterland, Kay Erik Stin (Norveç)
Bakı Olimpiya Stadionu.
Xal durumu: Portuqaliya - 13 (5 oyuna), Serbiya - 11 (5), Lüksemburq - 6 (4), İrlandiya - 2 (5), Azərbaycan - 1 (5)

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
BDYPİ sürücülərə xəbərdarlıq etdi
Şahdağ və Kəlbəcərə qar yağıb
Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
"Eşref Tek" nə vaxt yayımlanacaq?
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA
Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim edib, iki ölkə arasındakı münasibətlər müzakirə olunub
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var