Azərbaycan millisinin baş məşqçi postuna şok namizəd
Azərbaycan millisinin baş məşqçi postuna sürpriz namizəd var.
KONKRET.az xəbər verir ki, bununla bağlı Sportinfo.az-a AFFA-dan məlumat ötürülüb.
Məlumata görə, Fernandu Santuşdan boşalan vəzifəyə Elçin Rəhmanov təyin edilə bilər. Hər halda 3-4 gündür bu variant ciddi səviyyədə gözdən keçirilir.
Qeyd edək ki, E.Rəhmanov 2008-ci ildən "Qarabağ"da çalışır. O tarixdən bəri Qurban Qurbanovun əsas köməkçisidir. Vaxtilə yığmanın formasını geyinmiş keçmiş yarımmüdafiəçi 2017-2018-ci illər aralığında burada çalışıb. Yenə də Q.Qurbanovun bir nömrəli yardımçısı kimi.
Federasiya rəhbərliyi əmindir ki, Q.Qurbanov ikinci dəfə geri qayıtmaq istəməz. Onun "Qarabağ"dan ayrılma ehtimalı heç kimin ağlına gəlmir.
Odur ki, gözlər Elçin Rəhmanova çevrilib. Qurumun bir sıra üst mənsubları bu qənaətdədir ki, o, Ağdam klubunda qalmaq şərtiylə millinin sükanı arxasına keçə bilər.
Qeyd edək ki, komandamız DÇ-2026-nın seçmə mərhələsinə İslandiya darmadağını ilə başlayıb. Yığmamız səfərdəki görüşdə 0:5 hesabıyla uduzub.
AFFA bu üzdən Fernandu Santuşu istefaya göndərib. Portuqaliyalı mütəxəssislə müqaviləyə birtərəfli qaydada xitam verildiyindən, kollektivi Ukrayna ilə görüşə Ayxan Abbasov çıxarıb.

Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA
Su bidonuna düşən 7 yaşlı uşaq öldü