Azərbaycan Mixail Aleksandrovu axtarışa VERDİ

Azərbaycan Mixail Aleksandrovu axtarışa VERDİRusiya Federasiyasının vətəndaşı Mixail Aleksandrov barəsində beynəlxalq axtarış elan edilib.
Bu barədə KONKRET.az-a Azərbaycan Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Rusiya Federasiyasının Moskva Dövlət Beynəlxalq Münasibətlər institunun hərbi-siyasi tədqiqatlar mərkəzinin aparıcı eksperti, hüquq elmləri doktoru Mixail Aleksandrovun cari ilin dekabrin 13-də müxtəlif kütləvi informasiya vasitələrində verdiyi geniş auditoriya kütləsinə ünvanlanan audiomüraciətində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında münasibətlərə xələl gətirməyə cəhd göstərərək "Azərbaycanın bütün neft sənayesinin, enerji sisteminin raketlərlə bombalanması və tamamilə məhv edilməli olmasını" bildirməklə açıq çağırışlar edib.
Mixail Aleksandrovun əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 101.2 (kütləvi informasiya vasitələri ilə təcavüzkar müharibəni başlamağa açıq çağırışlar), 214.2.3 (odlu silahdan istifadə etməklə terrorçuluğun törədiləcəyi ilə hədələmə) və 283.2.1, 283.2.2-ci (qulluq mövqeyindən yararlanaraq zor tətbiq etməklə milli nifrət və düşmənçiliyin salınması) maddələrinin tərkib əlamətləri olduğundan cari ilin dekabrın 19-da Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən həmin maddələrlə cinayət işi başlanmaqla ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub.
İttiham üçün əsas verən kifayət qədər sübutlar toplandığından Mixail Aleksandrovun Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar qəbul olunub, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə "İnterpol" vasitəsilə beynəlxalq axtarışı elan edilib. Eyni zamanda bir sıra tərəfdaş dövlətlərin səlahiyyətli orqanlarına təqsirləndirilən şəxsin həmin ölkələrin ərazisinə daxil olduqda dərhal tutularaq istintaqa cəlb edilməsi üçün Azərbaycan Respublikasına verilməsinin təmin edilməsi məqsədilə müraciətlər göndərilib.
"Hazırda cinayət işi üzrə intensiv istintaq tədbirləri davam etdirilir. Azərbaycan Respublikasının Baş Prokurorluğu bəyan edir ki, ölkəmizin milli mənafeyi, təhlükəsizliyi və ərazi bütövlüyü əleyhinə yönələn istənilən təxribat xarakterli fəaliyyətlə bağlı qanunla nəzərdə tutulmuş tədbirlərin görülməsi təmin olunacaq", – Baş Prokurorluqdan bildirilib.

Hadisə       Tarix: 19 dekabr 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ

Naxçıvan Dövlət Universitetinin müəllimi vəfat edib. xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin (NDU) "Ədəbiyyat və kitabxanaçılıq" kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Nadir İsmayılo

Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü

Bakıda iki avtomobilin toqquşması yolun kənarı ilə gedən piyadanın ölümünə səbəb olub. KONKRET.azÖlkə.az-a istinadla xəbər verir ki, hadisə Xəzər rayonu, Buzovna qəsəbəsində baş verib. Qəsəbə ərazisində iki avtomobil toqquşub

Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var

Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın əldə etdiyi məlumata görə, hadisə rayonun Ərəzin kəndi ərazisində üç avtomobilin iştirakı ilə qeydə alınıb. Baş vermi

Xalidə Gözəl vəfat etdi

Əməkdar artist Xalidə Gözəl (Əhmədova) vəfat edib. xəbər verir ki, bu haqda məlumatı aparıcı Elgiz Əkbər yayıb. O bildirib ki, diktor bu gün dünyasını dəyişib. Allah rəhmət eləsin!

BMV VAZ-la toqquşdu: 1 ölü, 4 yaralı

Salyanda yol qəzası baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Qırxçıraq kəndi ərazisində qeydə alınıb. BMV və VAZ markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər ölüb, 4 nəfər – Neftçala rayon sakinlər

Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."

13 il əvvəl Qərb Universitetinin tələbəsi Vüsal Şilderin qətlini sifariş verməkdə ittiham olunan Xəyal Əli-Zadənin məhkəmə araşdırması davam edir. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasd

İşçiləri İdris Quliyevin 104 minlik malını oğurladı

Sumqayıtda yerləşən "Qold Qayalı" marketin anbarından külli miqdarda oğurluq olub. -ın əldə etdiyi məlumata görə, hadisəni törədənlər "Qold Qayalı"nın təsərrüfat müdiri və mağazada fəhlə kimi çalışan ik

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı

Dağıstanın Sulak qəsəbəsi yaxınlığında, Xəzər dənizində batan ikinci balıqçının cəsədi dörd günlük axtarışlardan sonra tapılıb. xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsi məlumat yayıb

SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA

Türkiyənin qərb hissəsində, xüsusən də İstanbul və Kocaelidə bir müddətdir davam edən güclü yağışlar subasmaya və sellərə səbəb olub. Bunun nəticəsində böyük dağıntılar qeydə alınıb, bir neçə nəfər həyatını itirib. Qeyd edə


son xeberler yeni xeberler azerbaycan xeberleri xeber.az son xeberler metbuat xeberleri maliyye xeberler bugun bugunun xeberleri