"Azərbaycan növbəti dəfə beynəlxalq platformada böyük uğurunu qazandı

Torpaqlarımız işğaldan azad edildikdən sonra həmin ərazilərdə yenidənqurma və bərpa işləri sürətlə davam etdirilir. Bununla paralel olaraq, Ermənistan hələ ki, sülh istiqamətində addımlar atmasa da, Azərbaycan Ermənistanla sülh danışılqarına getməyə hazır olduğunu bildirir. Bu proseslər çərçivəsində Laçında gömrük məntəqəsinin yaradılması istiqamətində daha bir addım atılıb.
azxeber.com xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinken və Ermənistan Baş naziri Nikol Paşinyanla üçtərəfli görüşü zamanı Ermənistan-Azərbaycan sərhədində nəzarət-buraxılış məntəqələrinin yaradılmasını təklif edib. 
Milli Məclisin deputatı Vüqar Bayramovun sözlərinə görə, nəzarət-buraxılış məntəqələrinin yaradılması sülh danışıqlarında əsas istiqamət olan ölkələrin ərazi bütövlüyü və suverenliyi prinsipinə uyğundur: "Qarabağ Azərbaycanı ayrılmaz hissəsi və iqtisadi rayonlarından biridir. Bu baxımdan, Azərbaycanın istənilən ərazisi ilə digər ölkələr arasındakı əlaqələr suverenlik prinsiplərinə uyğun olaraq əmtəə və insanların hərəkətinin nəzarət-buraxılış məntəqələrində qeydiyyatı ilə reallaşmalıdır".
Vüqar Bayramov bildirib ki, Ermənistan Azərbaycanın gömrük rüsumundan yayınaraq 30 illik işğal dövründə qanunsuz yükdaşımalarla milyardlarla dollar həcmində Azərbaycan iqtisadiyyatına ziyan vurub:
"Qeyd etmək lazımdır ki, Ermənistan Azərbaycanın gömrük rüsumundan yayınaraq 30 illik işğal dövründə qanunsuz yükdaşımalarla milyardlarla dollar həcmində Azərbaycan iqtisadiyyatına ziyan vurub. Bu baxımdan hazırda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan bölgədə Azərbaycan Dövlət Gömrük Komitəsinin gömrük postlarının qurulmasının labüddür. Beynəlxalq hüquq da Azərbaycanın bütün suveren ərazisində gömrük nəzarətinin təşkilini dəstəkləyir". 
"Cənab Prezident İlham Əliyevin 59-cu Münhen Təhlükəsizlik Konfransında iştirakı və oradakı uğurlu görüşləri, diplomatik gedişləri bir daha ölkəmizin dövbəti dəfə beynəlxalq platformada çox böyük uğur qazandığının göstəricisidir". 
Bu sözləri isə azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib. 
Deputat qeyd edib ki, görüşlərdə Cənab İlham Əliyev ölkəmizin milli maraqlarını, azərbaycançılıq ideologiyasını yüksək səviyyədə qorudu:
"Belə ki, həm ikitərəfli görüşlərdə, həm ABŞ Dövlət katibi Antoni Blinkenin vasitəçiliyi ilə Ermənistanın baş naziri Paşinyanla baş tutan üçtərəfli görüşdə Cənab İlham Əliyev ölkəmizin milli maraqlarını, mənafemizi orada yüksək səviyyədə qorudu. Görüşdə Azərbaycan tərəfinin təklif etdiyi məsələləri səsləndirdi və görüşdən sonrakı müsahibəsində də qeyd etdi ki, Blinken də Azərbaycanın bütün bu qayğılı məsələlərini, təklif və tələblərini anlayır və qəbul edir. Təbii ki, görüşün uğurlu nəticələrini biz hələ qarşıda daha geniş sürətdə görə biləcəyik". 
Millət vəkili bildirib ki, növbəti dəfə Azərbaycan Prezidenti bütün dünyanın gözü qarşısında Paşinyanı mat vəziyyətə qoydu:
"Digər məsələ konfransın Cənubi Qafqaz üzrə sessiyasında, Azərbaycan Prezidenti, Gürcüstanın və Ermənistanın baş naziri ilə debat formasında olan görüşdə növbəti dəfə Azərbaycan Prezidenti bütün dünyanın gözü qarşısında Paşinyanı mat vəziyyətə qoydu. Azərbaycanın haqlı tələblərinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olduğunu, Ermənistanın işğalçı olduğunu və Azərbaycanın tarixi qələbəsindən sonra Ermənistanın kapitulyasiya aktına imza atdığını söylədi. Növbəti dəfə Paşinyanı daha rəzil duruma saldı. Paşinyan növbəti dəfə ölkəsini biabır etdi. Əslinə qalsa, bunun kökündə, mayasında Ermənistanın işğalçılıq siyasəti dayanır. Çünki Paşinyan heç cür işğala haqq qazandıra bilməz, heç cür torpaqlarımızın işğal olunması, məscidlərimizin dağıdılması, evlərimizin talan edilməsi, yandırılması, ümumiyyətlə, yer üzündən silinən kəndlərimiz, şəhərlərimizlə bağlı obyektiv fikir söyləyə bilməz. Çünki bütün bu məsələlərin kökündə məhz Ermənistanın aqressiyası, işğal siyasəti dayanır. Artıq Azərbaycan növbəti dəfə beynəlxalq platformada böyük uğurunu qazandı, fikrini söyləmək olar".
Aydın Nuri
Yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə "azərbaycançılıq ideyasının təbliği: dövlət müstəqilliyimizin təbliğinin 30-cu ili – azərbaycançılıq ideologiyası bizi birləşdirən əsas dəyərdir" mövzusunda dərc edilib.

Siyasi       Tarix: 24 fevral 2023
f Paylaş

Oxşar xəbərlər

Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlha

Avropada həyəcan təbili: Trampın Rusiya ilə "böyük sövdələşməsi" nəyi dəyişəcək?

Avropa ölkələri ABŞ prezidenti Donald Trampın Rusiya ilə yalnız Ukraynadakı müharibənin dayandırılmasını deyil, bütövlükdə Avropanın təhlükəsizlik sisteminin yenidən qurulmasını nəzərdə tutan "Böyük sövdələşmə"

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunun iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. xəbər verir ki, mətndə deyilir:. "Möhtərəm cənab Prezident, Müzəffə

Euronews' Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş materia

Prezident və xanımı Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında - FOTOLAR

 "Azərsun Holdinq"in müşahidə şurasının sədri Tahir Gözəl dövlət başçısına və birinci xanıma müəssisə barədə məlumat verdi. Bildirildi ki, Holdinq tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan bu müəssisəd

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Preziden

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini


son xeberler azerbaycan xeberleri yeni xeberler krimnal xeber cəbhədən görüntüleri ən son xəbərlər bugün cəbhədən son durum