Azərbaycan nümayəndə heyətinin Avropa Şurasında hüquqları bərpa edilməlidir

Azərbaycan nümayəndə heyətinin Avropa Şurasında hüquqları bərpa edilməlidirErmənistan ordusu Azərbaycan torpaqlarını işğal etdikdən sonra ATƏT-in Minsk Qrupu yaradılıb. Bu qrup 28 il fəaliyyət göstərib. Lakin buna fəaliyyət demək olarsa. Mirsk Qrupu bu müddət ərzində demək olar ki, yalnız vaxtı uzatmağa çalışıb. Bir neçə bəyanat verməklə kifayətlənib. Ermənistan tərəfi isə bu bəyanatlara məhəl qoymayıb. Bununla belə işğalçı tərəf barədə heç bir ölçü götürülməyib. 
Bir milyondan artıq məcburi köçkün olan soydaşlarımızın öz torpaqlarına geri qaytarılması təmin edilməyib. 
Azərbaycan tərəfi Minsk Qrupunun üzv dövlətlərinin Ermənistana təzyiq göstərməsi barədə təkliflər irəli sürdüyü halda MQ tərəfindən heç bir  addım atılmayıb. Əksinə, işğalçı və işğal olunan tərəf eyni tutulub. Qəribədir ki, bir sıra ölkələr də işğalçı Ermənistanın tərəfini saxlayıb, işğal müddətində Ermənistana maddi yardım edib, eyni zamanda silah-sürsat göndərib.
30 ilə yaxın bir müddətdə bu münaqişənin sülh yolu ilə nizama salınmasına çalışan Azərbaycan tərəfi, artıq öz gücü ilə, müharibə edərək öz tarixi ərazilərini geri qaytardı. 
Üçtərəfli Bəyannaməyə əsasən Ermənistan Kapitulyasiya Aktına imza atdı. Lakin aktdakı şərtlərin əksəriyyətinə əməl etmədi. Ermənilər işğal etdikləri əraziləri tərk edərək evləri, yandırmış, meşələri doğramış, ərazilərə on minlərlə minalar basdırmışlar. Yüzlərlə mülki insan bu minalara düşərək həyatını, yaxud sağlamlığını itirmişdi. Erməni separatçıları isə öz çirkin əməllərindən əl çəkməyərək Xankəndiyə silah-sürsat toplayaraq terrora davam edirdilər. Ermənilər daha 3 il ərzində Azərbaycanın Qarabağ bölgəsində separatizmi maliyyə, hərbi və digər vasitələrlə dəstəkləməyə davam etdilər. 
Nəhayət Azərbaycan tərəfi cəmi 23 saat ərzində antiterror əməliyyatı keçirərək bu işğala və terrora son qoyub. Öz tarixi ərazilərini geri qaytararaq ərazi bütövlüyünə və  suverenliyinə qovuşdu.
Fevral ayının 1-də cənab İlham Əliyev Parlamentlərarası İttifaqın Baş katibi  Martin Çunqonqu qəbul edib. Qəbul zamanı M.Çunqonq Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması münasibətilə dövlət başçısına təbriklərini çatdırıb. 
Azərbaycan Prezidenti cənab İlham Əliyev  ərazi bütövlüyünün və suverenliyin təmin olunmasının Azərbaycan xalqı və dövləti üçün tarixi məqam olduğunu qeyd edib, eyni zamanda bu yeni şəraitin regionda sülhün və sabitliyin gücləndirilməsi üçün imkanlar yaratdığını vurğulayıb. Dövlət başçısı onu da diqqətə çatdırıb ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatandan sonra Azərbaycan regionda sülh gündəliyinin təşəbbüskarı olaraq Ermənistanla sülh müqaviləsinin imzalanması təklifi ilə çıxış edib.
Onu da qeyd edək ki, Azərbaycan və Ermənistan arasında de-fakto sülh mövcuddur. Bir neçə aydır ki, ölkələrimiz arasında sülh şəraiti hökm sürür. Lakin bu prosesin başa çatması üçün sülh müqaviləsi imzalanmalıdır və Ermənistan Azərbaycana qarşı ərazi iddialarından əl çəkməlidir. Lakin Ermənistanın müstəqillik haqqında Bəyannaməsində Azərbaycanın yenidən ərazi bütövlüyünün Ermənistan tərəfindən pozulması, Qarabağın Ermənistana birləşdirilməsi kimi bir sıra çağırışlar var. Bu sənədə istinadlar da Ermənistanın Konstitusiyasında öz əksini tapıb. Bu da Ermənistanla Azərbaycan arasında sülh prosesinin yenidən pozulmasına gətirib çıxara bilər.
Bir sıra Avropa ölkələri, əsasən də Fransa Ermənistana haqq qazandırmaqla, Ermənistanı dəstəkləyərək, işğalçılara, terrorçulara hər cürə yardım etməklə, demək olar ki, terroru dəstəkləyərək dağıdıcı siyasət həyata keçirir. Regionda gərginliyə səbəb olur. Bununla da Fransa Cənubi Qafqaz regionunda aparıcı mövqeyə nail olmaq, nüfuzunu gücləndirmək istəyir. Lakin bunların hamısı, demək olar ki, boş planlardır.
Azərbaycan Prezidenti eyni zamanda vurğulayıb ki, Azərbaycan nümayəndə heyətinin Avropa Şurasında hüquqlarının bərpa edilməli olduğunu və Azərbaycan nümayəndə heyətinin hüquqlarının bərpa olunmayacağı təqdirdə, Azərbaycan tərəfindən də Avropa Şurası və Avropa İnsan Haqları Məhkəməsində iştirak məsələsinə yenidən baxılacaq.
Martin Çunqonq parlamentlərarası İttifaqın parlamentarilər arasında dialoqa, inklüzivliyə çağırdığını, eksklüzivliyinin tərəfdarı olmağı, bu kimi yanaşmaların düzgün qəbul edilmədiyini, beynəlxalq parlamentarizm ənənələri ilə uyğun gəlmədiyini diqqətə çatdırdı.
Şəhla Ağbulud
"Abşeron" qəzetinin baş redaktoru / azxeber.com

Siyasi       Tarix: 05 fevral 2024
f Paylaş

Oxşar xəbərlər

ABŞ tarixində ilk müsəlman senator seçildi – Abdul Əl-Səyyid Mayk Rocersi məğlub etdi

ABŞ tarixində ilk dəfə müsəlman siyasətçi Senata seçilib. KONKRET.azxəbər verir ki, demokrat namizəd, 42 yaşlı Abdul Əl-Səyyid Miçiqan ştatından senator seçkilərində respublikaçı Mayk Rocersi məğlub edərək tarixə düşüb. Misi

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İtaliyanın xarici işlər naziri Antonio Tayani noyabrın sonunda Azərbaycana səfər edəcək. KONKRET.azxəbər verir ki, bu barədə Report-a diplomatik mənbə bildirib. Məlumata görə, XİN rəhbəri səfər çərçivəsində Azərbaycanın rəsm

Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək. xəbər verir ki, -ın əldə etdiyi məlumata görə, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayra

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia

Hacıyevin Ermənistana səfəri ilə bağlı suala Mirzoyanın cavabı

Ermənistan xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistana səfəri barədə danışıb. KONKRET. -a istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentind

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını


son xeberler azerbaycan xeberleri yeni xeberler son xabarlar bugun xeberler idman xeberleri son xəbər