ABŞ tarixində ilk müsəlman senator seçildi – Abdul Əl-Səyyid Mayk Rocersi məğlub etdi

ABŞ tarixində ilk müsəlman senator seçildi – Abdul Əl-Səyyid Mayk Rocersi məğlub etdiABŞ tarixində ilk dəfə müsəlman siyasətçi Senata seçilib.
KONKRET.azxəbər verir ki, demokrat namizəd, 42 yaşlı Abdul Əl-Səyyid Miçiqan ştatından senator seçkilərində respublikaçı Mayk Rocersi məğlub edərək tarixə düşüb.
Misir əsilli amerikalı həkim və epidemioloq Əl-Səyyid seçki kampaniyası zamanı bir sıra mühüm siyasi və sosial məsələlərlə bağlı mövqeyi ilə diqqət çəkib. O, ABŞ-ın İsrailə hərbi yardımının dayandırılmasını, bütün vətəndaşlar üçün universal tibbi sığorta sisteminin tətbiqini və İmmiqrasiya və Gömrük Xidmətinin (ICE) ləğvini müdafiə edib.
The Independent nəşrinin xatırlatdığına görə, ABŞ prezidenti Donald Tramp daha əvvəl Əl-Səyyidin adını bilərəkdən bir neçə dəfə səhv tələffüz edərək onu "Məhəmməd" adlandırıb. Tramp hətta siyasətçini "ölkəmizə nifrət edən cihadçı dəli" kimi təqdim edib.
Seçki kampaniyası dövründə Əl-Səyyid Trampa da ironik mesaj ünvanlayıb. O, ABŞ-ın vitse-prezidenti və Senatın sədri Ceyms Devid Vensə də toxunaraq bildirib:
"Donald, bilirəm ki, mənim adımı tələffüz etməkdə çətinlik çəkirsən. Ona görə də yanvarda Cey Di məni and içdirəndən sonra mənə sadəcə "senator" deyə bilərsən".
Əl-Səyyidin qələbəsi ABŞ siyasi tarixində mühüm hadisə olmaqla yanaşı, ölkədə müsəlmanların siyasi təmsilçiliyi baxımından da yeni mərhələnin başlanğıcı hesab olunur.
Rəsmiyyə Şərifova,
KONKRET.az
Mənbələr: Reuters, Associated Press, The Independent.

Siyasi       Tarix: 05 noyabr 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı

1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyad

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. KONKRET.azxəbər verir ki, bu barədə "Operativ Media" məlumat yayıb. Qeyd edək ki, Mayamidə G20 sammit

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqı təbrik edib. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasına səfərə gedərkən təyyarəsi Azərbaycanın hava məkanın

İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR

8 Noyabr – Qarabağ Zəfərinin ildönümü həftəsində İstanbulda yaşayan azərbaycanlı uşaqlar üçün mühüm sosial layihə həyata keçirilib. xəbər verir ki, Türkiyədə bu miqyasda və formatda ilk dəfə təşkil olunan layihə çərçivəsind

Vəzifəli şəxs rüşvətə görə həbs edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı həmin nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılara

Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi

İranın Ermənistandakı səfirliyinin rəsmi sosial media hesabında İrəvanın Göy məscidi haqqında videomaterial yayımlanıb. xəbər verir ki, paylaşımda tarixi faktlar birtərəfli və təhrif olunmuş şəkildə çatdırılıb. Göy məscidi

İham Əliyev İliyana Yotovanı təbrik etdi

Prezident lham Əliyev Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotovaya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstan Respublikasının Prezident


azerbaycan xeberleri son xeberler yeni xeberler xeber.az bu gun cəbhədən son vəziyyət son xəbərlər azərbaycanda xeberler bugun 2026