Azərbaycan Ordusu gecə "Qəzəb" əməliyyatı keçirib - Qisas alındı

Azərbaycan Ordusu gecə Məlum olduğu kimi, ötən gün axşam saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonunun Qalayçılar kəndi istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub. Atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Bəkirov Əli Şükür oğlu yaralanıb.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, qanunsuz erməni silahlı birləşmələrinin bu təxribatı cavabsız qalmayıb.
Belə ki, Ordumuz elə gecə ilə hərbçimizin yaralanmasına cavab olaraq, "Qəzəb" əməliyyatı həyata keçirib. Bu əməliyyat çərçivəsində qanunsuz birləşmələrin infrastrukturna ciddi zərbələr endirilib. Bundan başqa, ilkin məlumata görə, 5 terrorçu məhv edilib.
Məhv edilən terrorçuların sayı ilə bağlı məlumatı Ermənistan mətbuatı da yayıb.
Aydın məsələdir ki, Azərbaycanın sülh prosesi təkliflərinə uzun müddət laqeyd yanaşan və bir sıra əsassız iddiaları ilə hal-hazırda prosesə maneçilik törədən Ermənistan tərəfi, bu təxtibatlara əl atmaqla Vaşinqton görüşü ərəfəsində danışıqları pozmaq məqsədi güdür. Bu təxtibatın rusiyalı sülhməramlıların təşfiqi ilə baş verdiyi də istisna deyil. Hər halda sözügedən qanunsuz birləşmələrinin sülhməramlıların tam nəzarəti altında olması bunu deməyə əsas verir.
Və onu da qeyd etməkdə fayda var ki, bu, son vaxtlarda ilk belə təxribat deyil. Tez-tez mövqelərimizi atəşə tutan və layiqli cavabını anında alan ermənilər hələ ötən ay sərhədimizə diversiya qrupu göndərmişdi. Amma Dövlət Sərhəd Xidmətinin sayıqlığı nəticəsində erməni diversantlardan ibarət dəstənin diversiya cəhdinin qarşısı alınmış, iki diversant saxlanılmışdı.
Ancaq reallıq budur ki, qarşı tərəf nə məğlubiyyətə, nə də aldığı sarsıdıcı zərbələrə doyur. 
Belə ki, Ermənistan tərəfi yeni təxribatlara can atır. Bununla bağlı Azərbaycan tərəfi də tam məlumatlıdır. Fərruxda, Sarıbabada olduğu kimi, bu yeni təxribatların da qarşısı layiqincə alınacaq, düşmənə sərt və  qətiyyətli cavab veriləcək. / azxeber.com

Siyasi       Tarix: 28 iyun 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə

KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan

Ermənistan artıq KTMT-də iştirak etməkdə maraqlı deyil. axaraz-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan deyib. "İstəyirəm ki, bundan sonra Ermənistanın KTMT ilə bağlı maraqlarının tükəndiyin

Ərdoğan hökuməti toplayır - Azərbaycan səfəri

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün Beştəpədə Nazirlər Kabinetinin toplantısı keçiriləcək. nocommentaz-a istinadən bildirir ki, hökumətin iclasında əsas müzakirə mövzularından birinin milyonlarl

Bu gün Azərbaycanda Zəfər Günüdür

Bu gün Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbənin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. xəbər verir ki, Zəfər Günü Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-c

Euronews' Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş materia

Rusiya bu ölkəyə qarşı da hərəkətə keçir - NATO müharibəyə qoşulur?

Finlyandiya Quru Qoşunlarının komandanı general-leytenant Passi Vəliməki "Bloomberg" agentliyinə açıqlamasında ölkəsinin Rusiya ilə sərhəddə tank əleyhinə xəndəklər və maneələrdən ibarət müdafiə xətti inşa etməy

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia


yeni xeberler azerbaycan xeberleri son xeberler en son xeber son xeberler bugun 2026 azerbaycan xeber.az 2026 metbuat