Azərbaycan parabadmintonçusu İndoneziyada 2 medal qazandı
Azərbaycan parabadmintonçusu İbrahim Əliyev İndoneziyanın Surakarta şəhərində keçirilən beynəlxalq turnirdə 1 gümüş və 1 bürünc medal qazanıb.
Badminton Federasiyasından KONKRET.az-a verilən məlumata görə, kişi parabadmintonçuların şəxsi yarışında qrup mərhələsini 2 qələbə ilə başa vuran təmsilçimiz yarımfinala kimi irəliləməyi bacarıb.
O, finalın bir addımlığında hindistanlı Rutik Raqupatiyə 0:2 (17:21,11:21) hesabı ilə uduzaraq turnirin bürünc medalını qazanıb.
İbrahim kişi parabadmintonçuların qoşa yarışında da mükafatçılar sırasında yer alıb. Sinqapur idmançısı Tay Vey Minqlə tandem təşkil edən idmançı İspaniya, Hindistan və İndoneziyanı təmsil edən rəqiblərinə qalib gələrək qrup lideri kimi finala yüksəlib. Burada Hindistanı təmsil edən Hardik Makkar-Rutik Raqupati cütlüyünə 0:2 (12:21,12:21) hesabı ilə uduzuraq "HYDROPLUS Indonesia Para Badminton International 2024" turnirinin gümüş medalını qazanıb.
Qeyd edək ki, 2022-ci ildən Azərbaycan idmanı tarixində ilk dəfə parabadminton yarışlarında çıxış etməyə başlayan İbrahim Əliyev 2 il öncə məhz İndoneziyada keçirilən beynəlxalq turnirdə debüt edib. O zaman parabadmintonda ilk addımlarını atan idmançı mübarizəni qrup mərhələsində dayandırmışdı.

Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq
Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi
"Dedi ki, başına oyun açacam" - "Bolt" sürücüsü qadına zorakılıq edib?
Xankəndidə dövlət qurumunun əməkdaşı narkotiklə saxlanıldı
Yaşayış binasında yanğın: sakinlər təxliyə olundu
Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI
Masazırda ağır qəza: ölən var
"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib
Roma imperiyasının süqutundan müasir Avropaya: Tarix həqiqətən təkrarlanırmı?