Azərbaycan Premyer Liqası: "Neftçi" "Qarabağ"la qarşılaşacaq

Azərbaycan Premyer Liqası: Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında III tura yekun vurulacaq.
Publika.az xəbər verir ki, son oyun günündə 2 görüş keçiriləcək.
Günün ilk matçı "ASCO Arena"da "Səbail" və "Sumqayıt" komandaları arasında olacaq. Hazırda "gənclik şəhəri" təmsilçisi 6 xalla turnir cədvəlinə başçılıq edir. "Dənizçilər" isə 3 xalla 5-cidir. Komandalar indiyədək ölkə çempionatında 14 dəfə üz-üzə gəliblər. Bu qarşılaşmaların 5-də meydan sahibləri, 7-də isə qonaqlar qələbə qazanıblar. 2 görüş heç-heçə yekunlaşıb. Topların fərqi də qonaqların xeyrinədir - 15:12. "Sumqayıt" son 2 görüşdə quru hesabla qələbə qazanıb. "Səbail" isə son 3 ev matçında qol buraxıb.
Turun mərkəzi oyunu "Bakcell Arena"da baş tutacaq. Son çempion "Neftçi" ötən mövsümün gümüş mükafatçısı "Qarabağ"ı qəbul edəcək. Rəşad Əhmədovun idarə edəcəyi qarşılaşma saat 20:30-da başlayacaq. Hazırda eyni - 4 xala malik iki kollektiv 2 - 4-ci yerləri bölüşdürür. Ağdam klubu yalnız top fərqinə görə rəqibini qabaqlayır. Bu oyun komandalar arasında Premyer Liqada 84-cü derbi kimi tarixə düşəcək. Əvvəlki 83 qarşılaşmada "köhlən atlar"ın aşkar üstünlüyü var. Qurban Qurbanovun baş məşqçi olduğu komanda 30 oyunda qələbə qazanıbsa, "ağ-qaralar" 23 görüşdə rəqibini məğlub edib. 30 oyunda isə qalib müəyyənləşməyib. Qonaqların vurduğu 92 qola meydan sahibləri 76 qolla cavab veriblər. "Neftçi" son 6 oyunda yalnız 1 dəfə uduzub. "Qarabağ" rəqib meydanındakı son 4 matçdan üçündə xal qazanıb.
Qeyd edək ki, ötən gün keçirilən matçlarda "Qəbələ" "Sabah"a, "Zirə" isə "Keşlə"yə qalib gəlib.
Azərbaycan Premyer Liqası
III tur
12 sentyabr
18:00. "Səbail" – "Sumqayıt"
Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Pərvin Talıbov, Elçin Məsiyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Bəhram Qurbanov
"ASCO Arena".
20:30. "Neftçi" – "Qarabağ"
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Rahil Ramazanov, Kamal Umudlu
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
"Bakcell Arena".

İdman       Tarix: 12 sentyabr 2021
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR 

FIFA prezidenti Canni İnfantino Bakıda U-15 dünya çempionatı və festivalının təşkilinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib. xəbər verir ki, o, bununla bağlı İnstaqram hesabında paylaşım edib. Canni İnfantin

ÇL: "Sabah"ın oyununa hansı kanalda baxaq?

UEFA Çempionlar Liqasının Liqa mərhələlərində bu gün keçiriləcək bəzi oyunlara Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. xəbər verir ki, qarşılaşmalar aşağıda adları qeyd oluna

Millinin baş məşqçiliyinə namizəd göstərilən Ardadan açıqlama

Vinçenzo Montellanın gedişindən sonra adı milli komandanın baş məşqçisi vəzifəsinə potensial namizəd kimi çəkilən Arda Turan açıqlama verib. xəbər verir ki, Turan bu təklifə çox sevindiyini deyib:. "Hisslərimi təsvi

Bakıda FIFA DÇ həyəcanı başlayır

Bu gün Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalı start götürəcək. xəbər verir ki, tarixdə ilk dəfə təşkil olunacaq mundiala Azərbaycan ev sahibliyi edəcək. Dünya çempionatında 189 ölkənin iştirak

"Real Madrid"in ulduzu bu komandaya gedir

"Real Madrid"in əfsanəvi müdafiəçisi Dani Karvaxal karyerasında gözlənilməz addım ataraq İspaniyanın digər təmsilçisi "Xetafe" ilə müqavilə bağlayacaq. KONKRET.azxəbər verir ki, bu barədə məşhur insayde

7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb. xəbər verir ki, bu barədə AMADA-dan məlumat verilib. Bildirilib ki, idmançı tərəfindən məkan məlumatı pozuntusu aşkarlanıb

Kilian Mbappenin anası korrupsiya işi üzrə dindirildi

"Real Madrid" klubunun fransalı hücumçusu Kilian Mbappenin anası və eyni zamanda meneceri olan Fayza Lamari rüşvətvermə şübhəsi ilə Fransa polisi tərəfindən dindirilib. bu barədə "L"Équipe" nəşrin

"Barselona" El-Klasikoya xüsusi formalarla çıxacaq

"Barselona" klubu oktyabrın 26-da La Liqada "Real Madrid"lə keçirəcəyi El-Klasiko matçında amerikalı reper Tayler (The Creator) tərəfindən yaradılmış GOLF WANG brendinin loqosunu daşıyan xüsusi formad

Fransadakı iğtişaşlar NFL-ə də təsir etdi - Trampdan matç ilə bağlı təklif

ABŞ Prezidenti Donald Tramp Fransada baş verən iğtişaşlarla əlaqədar Parisdə keçirilməsi planlaşdırılan NFL matçının təxirə salınmasını təklif edib. xəbər verir ki, "The Athletic" nəşrinin məlumatına görə, Tram


son xeberler yeni xeberler azerbaycan xeberleri krimnal bugun xəbərlər.com cəbhədən son xəbərlər 2026 son.xabar