Azərbaycan Qran-prisinin fan-zona və konsert biletləri satışa çıxarıldı
Sentyabrın 13-dən 15-dək keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisinin fan-zona və konsert biletləri satışa çıxarılıb.
azxeber.com xəbər verir ki, hər il yenilənən əyləncə zonasındakı bulvar səhnəsində canlı musiqi performansları, müxtəlif zonalarda qurulmuş oyunlar, simulyatorlar, virtual reallıq təcrübələri, rəqslər yarış həftəsonunda fanatlara əsl festival ab-havası bəxş edəcək.
Azarkeşlər "Formula 1"in bütün aktivasiyalarını bu il fan-zonada görə biləcək, fan-forumda pilotları və onların komandalarını izləmək fürsəti əldə edəcəklər.
Foto həvəskarları üçün quraşdırılmış iri "Formula 1" dekorasiyaları, retro maşınların sərgisi, canlı heykəllər, "selfie" zonalar ən yaddaqalan kadrlar çəkmək üçün mükəmməl fürsət təqdim edir.
Əyləncə zonasında böyüklərlə yanaşı, uşaqlar üçün də müxtəlif növ oyunlar və fəaliyyətlər təklif olunur.
Həmçinin bu gündən etibarən yarış həftəsində baş tutacaq konsert proqramlarına ayrıca biletlərin satışına start verilib.
13-14 sentyabr tarixlərində keçiriləcək möhtəşəm konsertlərdə musiqi dünyasının ən böyük ulduzları - Uill Smit, Black Coffee və J Balvin çıxış edəcək.
"Formula 1" üzrə Azərbaycan Qran-prisinin möhtəşəm atmosferini yaşamaq və həyəcanını birbaşa hiss etmək istəyənlər fan-zona və konsert biletlərini əldə edə bilərlər. Biletləri Bakı Şəhər Halqasının rəsmi veb saytından və ya mobil tətbiqindən əldə etmək mümkündür.

Tovuzda qəza oldu - Ölən var
Səhhəti ilə bağlı iddialara cavab verdi
"Rusiya hücum edəcək, hazır olun" - Almaniyadan XƏBƏRDARLIQ
Milli Məclis Prezident və xanımını təbrik etdi
Məşhurlar DÇ-2026 oyununda
Papoyan Ermənistanı xilas etmək üçün təcili Rusiyaya gedəcək
Yeniyetmənin meyiti Quşçu kəndində tapıldı
76 yaşlı kişi yıxılaraq həyatını itirdi
Leysan və dolu Ankarada subasmaya səbəb olub
DİN "Son zəng" tədbirləri ilə bağlı məlumat yaydı
Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb
İlham Əliyev Britaniya Kralını təbrik etdi
Qızıl bahalaşdı
Hikmət Hacıyev Trans-Xəzər Forumunda çıxış edib
Tovuzda avtomobil aşdı: Vətən müharibəsi iştirakçısı həyatını itirdi