Azərbaycan regionun aparıcı siyasi və iqtisadi gücüdür

Azərbaycan regionun aparıcı siyasi və iqtisadi gücüdürOrta Dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonrakı illərdə layihə genişlənib və iştirakçıların  sayı Ukrayna, Rumıniya və Polşa kimi dövlətlərin hesabına genişlənib. Çin-Qazaxıstan sərhədindən başlayan Orta Dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən, bundan sonra isə Azərbaycan, Gürcüstan, Türkiyə ərazisindən keçərək Avropaya qədər uzanır. Bu, Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat  marşrutdur.
Orta Dəhlizin bir sıra önəmli üstünlüklərini sadalamaq mümkündür. İlk növbədə onu vurğulamaq yerinə düşər ki, bütün marşrut boyunca vahid tarif, "bir pəncərə" prinsipi tətbiq olunur. Bu kimi amillər, həmçinin dəhlizin keçdiyi ölkələrdə təhlükəsizliyin təmin olunması Avropada və Asiyada ölkələrin və daşıma şirkətlərinin diqqətini Orta Dəhlizə yönəldir. 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən "Avrasiya Orta Dəhlizi: Yoldan magistrala" mövzusunda panel iclasında iştirak edib. Dövlətimizin başçısı panel iclasının moderatorunun suallarını cavablandırarkən çox mühüm məqamlara toxunub. Möhtərəm Prezidentimiz çıxış edərək Qərb və Şərq arasında təbii coğrafi bağlantıya malik olduğumuz üçün ölkəmizin ötən illər ərzində nəqliyyat infrastrukturuna böyük sərmayə yatırdığını, Azərbaycanda bütün zəruri infrastruktur obyektlərinin daha çox yük qəbul etməyə hazır olduğunu, yükaşırma qabiliyyəti 15 milyon ton olan dəniz limanımızın 25 milyon tona qədər genişlənəcəyini iclas iştirakçılarının diqqətinə çatdırdı.
Azərbaycan bu ildən etibarən artıq neçə illərdir neftin tranzitini təkcə Türkmənistandan yox, Qazaxıstandan da etməyə başlayıb və eyni zamanda bu dəhlizdən karbohidrogenlər üçün də istifadə etmək potensialı mövcuddur. Ölkə başçımız qeyd etdi ki,  "vahid pəncərə" sistemini tətbiq etmək məqsədilə gömrük inzibatçılığı və tarif siyasəti üzərində daha da fəal işləmək üçün bütün iştirakçı ölkələr arasında, Mərkəzi Asiya, Qafqaz və Avropa arasında daha da sıx əməkdaşlıq aparılmalıdır. Bizim bu marşrutu digər marşrutların olmaması nöqteyi nəzərindən yox, kommersiya baxımından cəlbedici etməli olduğumuzu xüsusi vurğuladı.
Azərbaycanın 2021-ci ildə Avropa bazarına qaz ixracı təqribən 8 milyard kubmetrdən çox olub. Bu il isə ixrac artaraq  ən azı 11,6 milyard kubmetr olacaqdır. Ümumi həcm isə 24 milyard kubmetrdir. Ötən yay Avropa Komissiyası və Azərbaycan arasında imzalanmış anlaşma memorandumunda Azərbaycanın 2027-ci ilə qədər təchizatı iki dəfə artıracağı nəzərdə tutulur. Beləliklə, Avropa İttifaqına təchizat minimum 20 milyard kubmetr səviyyəsində  olacaqdır.. 
Həmçinin  Azərbaycanda yaşıl enerji ilə bağlı potensial çox böyükdür. Xəzər dənizinin külək potensialı 157 qiqavatdır. Qurudakı potensial 27 qiqavatdır. Eyni zamanda işğaldan azad etdiyimiz ərazilərdə 10 qiqavat potensial mövcuddur.
İclasda Möhtərəm Prezidentimiz Ermənistanın bizim çox sadə və beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanacaq sülh sazişi imzalamaqla bağlı təklifimizə cavab vermədiyini diqqətə çatdırdı. Azərbaycan regionda münaqişələrin dərinləşməsinə yox, əməkdaşlığın və münasibətlərin güclənməsinə xidmət edən dövlət olduğunu ortaya qoyur, yeni perspektivlərə köklənir. Azərbaycanın təklifi liderlərin Gürcüstanda görüşməsindən ibarət idi. Gürcüstan hər zaman tarixən bütün qonşuların görüşdüyü yer olduğu üçün Azərbaycanın təkilfinin liderlərin Gürcüstanda görüşməsindən ibarət olub. Ermənistanın buna hazır olmaması potensial risklərdən biridir, çünki əgər 3 Qafqaz ölkəsi enerji, nəqliyyat, təhlükəsizlik, sabitlik, sərhədlərin delimitasiyası sahəsində səylərini birləşdirsə, region daha təhlükəsiz olar.
Beləliklə, son Davos Forumu da Azərbaycan üçün uğurlu sayılmalıdır. Beynəlxalq ictimaiyyət  Azərbaycanın dünyanın və Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynadığına bir daha əmin oldu. Bu isə o deməkdir ki, Azərbaycanın artan nüfuzu, regionda söz sahibi olması və qüdrətlənməsi dünyanın aparıcı siyasi və iqtisadi dairələri tərəfindən birmənalı təsdiq edilir.
Naftalan şəhər sakini Afət Mustafayeva  / azxeber.com

Siyasi       Tarix: 23 yanvar 2023
f Paylaş

Oxşar xəbərlər

Sentyabr ayında mediada ən aktiv deputatlar kimlər olub? - SİYAHI

Sentyabr ayı üzrə təhlillərə əsasən mediada ən aktiv olan deputatlar açıqlanıb. xəbər verir ki, "Mediatrends.ai" platformasının "Media indeksi" göstəricilərinə əsasən, siyahıya 26,06 faizlə deputat Naqi

Ceyhun Bayramov İƏT toplantısında çıxış edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Koordinasiya Toplantısında çıxış edib. xəbər verir ki, bu barədə XİN-in "X" hesabında bildirilib. Nazir İƏT-in yeni Baş katib

Ərdoğanla Paşinyan Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanla ikitərəfli ticarət və nəqliyyat sahələrindəki normallaşma prosesini dəstəkləyir, münasibətlərdə əldə edilən müsbət dinamikanın davam etdirilməsini vacib sayır. KONKRET.azxəbə

"Ermənilər olmayan yerdən özlərinə tarix düzəldiblər

"Azərbaycanlıların tarixi daha əsaslıdır, nəinki ermənilərin tarixi". xəbər verir ki, bunu Azərbaycan Respublikası Media və Yayım Şurasının təşkilatçılığı ilə keçirilən "Qafqaz Albaniyasının irsinə tarixi baxış"

Brüsseldə alkoqol qadağası ilə bağlı YENİ QƏRAR

Belçikanın paytaxtı Brüsseldə ictimai yerlərdə tətbiq olunan alkoqol qadağasının müddəti daha 4 il uzadılıb. xarici mətbuata istinadən xəbər verir ki, Belçikanın rəsmi xəbər agentliyi "Belga"nın məlumatına görə

Prezident icra başçısını vəzifəsindən azad etdi

Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb

Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı - FOTO

ABŞ Prezidenti Donald Tramp sosial media hesabında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin "Nyusmaks"a (Newsmax) müsahibəsində

Ermənistan-Azərbaycan sərhədi ilə bağlı MÜHÜM AÇIQLAMA

Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası üzrə işlər tezliklə bərpa olunacaq. KONKRET.azxəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan bildirib. O, işlərin nə vaxt başlayacağını dəqiqləşdirməyib

İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş naziri və Dubay Hakimi Şeyx Məhəmməd bin Rəşid Al Məktuma başsağlığı məktubu ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Əlahəzrət,


son xeberler azerbaycan xeberleri yeni xeberler sonxeber cəbhədən son xəbər son.xeberler xabar az