"Azərbaycan sülh istəyir, bunu hər kəs görür" - Metyu Brayza
"Qarabağ birmənalı olaraq Azərbaycanın ərazisidir".
KONKRET.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza "Ümummilli lider Heydər Əliyevin xarici siyasətinin prioritetləri" mövzusunda beynəlxalq konfransda bildirib.
O, Ermənistanın baş naziri Nikol Paşinyanın sülh istədiyini, lakin qorxduğunu deyib.
"Paşinyan sülhə nail olmaq istəyir, amma qorxur. Xatırlayırsınızsa, 90-cı illərdə Ermənistan hakimiyyəti kompromisə getmək istəyirdi, sonra parlamentdə terror oldu, faciə yaşandı. O, belə hadisələrdən qorxur. Yadınızdadırsa, müharibədən sonra Ermənistanda ciddi iğtişaşlar oldu, bu hadisələr boş yerə baş vermədi. Əvvəlcədən sanki Ermənistan hakimiyyətinə xəbərdarlıq idi. Hazırki hakimiyyətə Amerikadakı erməni diasporu tərəfindən ciddi təzyiqlər var. Bunları nəzərə alaraq, o, geri addımlar atır. Amma mən inanıram ki, bir daha müharibə olmayacaq. Azərbaycan birmənalı sülh istəyir, bunu hər kəs görür. Ermənistanda da sülh prosesini dəstəkləyənlər var, inanıram ki, yaxın zamanda sülh olacaq", – sabiq səfir vurğulayıb.

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi