Azərbaycan sülhün tərəfdarıdır

Azərbaycan sülhün tərəfdarıdırQarabağ uğrunda gedən müharibədə müasir hərbi texnikaya, güclü orduya sahib olan Azərbaycan torpaqlarını öz gücü ilə, şəhidlərin qanı bahasına geri alaraq tam möhtəşəm qələbə qazandı. Bu gün azad edilmiş torpaqlarımızda quruculuq işləri gedir.
Bu il artıq məcburi köçkünlərin Talış kəndinə və Laçın şəhərinə qayıtması təmin edilib. 2023-cü ilin sonuna qədər isə Laçın rayonunun Zabux və Sus kəndləri  də yaşayışa hazır olacaq və məcburi köçkünlər öz dədə-baba torpaqlarına qayıdacaqlar.
Qayıdış  proqramının birinci mərhələsində 100 yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "Mən şəxsən 30 yaşayış məntəqəsinin  - 8 şəhər, 22 qəsəbə və kəndin təməlinin qoyulmasında iştirak etmişəm. Baş planlar hazırlanıb təsdiqlənib, bir çox yerlərdə fəal inşaat işləri aparılır. Təbii ki, ilk növbədə, infrastruktur layihələri icra olunur. Çünki bu layihələr icra edilmədən biz vətəndaşları qaytara bilmərik. Eyni zamanda, yaşayış evlərinin inşası sürətlə gedir. Mən Laçın şəhərinin timsalında bunu deyə bilərəm ki, cəmi səkkiz ay ərzində şəhərin bütün hissəsi tamamilə bərpa edilib və yeddi yüzdən çox ailə üçün burada həm fərdi evlər, həm çoxmərtəbəli evlər hazırlanır. Laçın şəhərinin gələcək inkişaf planı ilə bağlı əlavə addımlar da atılacaq".
Azad olunan torpaqlarımızda işlər planlı şəkildə gedir. Ən yüksək standartlar tətbiq edilir. Bütövlükdə ilin sonuna qədər Qarabağ və Şərqi Zəngəzura 12 milyard manata qədər vəsait xərclənməsi nəzərdə tutulur. Onu da qeyd etmək lazımdır ki, burada bütün işlər Azərbaycanın büdcəsi hesabına və Azərbaycanın dövlət şirkətləri tərəfindən görülür. 
Bildiyimizə görə erməni vandalları bizim onlarla  məscid və dini inanc yerlərimizi darmadağın ediblər. Bu günə kimi Heydər Əliyev Fondu onlarla məscidi artıq əsaslı şəkildə bərpa edib və  yenidən  inşa edib.
Ölkəmizdə hərbi gücün artırılmasına önəm verilir. Cənab prezidentin sözü ilə desək- "dünyada beynəlxalq hüquq işləmir". 
30 il ərzində bəyanatlar verilirdi, lakin heç birinə əməl edilmirdi və buna beynəlxalq təşkilatlar göz yumurdu. Biz bütün bunların erməni faşistlərinin torpaqlarımızı 30 il işğal altında saxldığı vaxtda şahidi olduq. Buna görə də biz güclü olmalıyıq. 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "Azərbaycan Silahlı Qüvvələri daha böyük hərbi potensiala malikdir. Həm döyüş qabiliyyəti, həm silah və texnika ilə təchizat baxımından daha cüclü olacağıq, çünki bu proses dayanmır və dayanmamalıdır. Mən demişəm, iki istiqamət üzrə - hərbi potensial və azad edilmiş torpaqların bərpasına nə qədər vəsait lazımdır biz o qədər də ayıracayıq".
Bəli, Azərbaycan öz gücünü 44 günlük Vətən müharibəsində göstərdi. Ölkəmiz bu gün də öz gücü ilə hər bir təxribatın qarşısını alır. Heç kim Azərbaycana hədə-qorxu gələrək ultimatum verə bilməz. Çünki bu gün demək olar ki, güc çox şeyi həll edir. Bizim isə gücümüz hamıya bəllidir.
Azərbaycan sülhün tərəfdarıdır və biz inanırıq ki, beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh müqaviləsi imzalana bilər. Lakin buna Ermənistan tərəfinin də hazır olması lazımdır.
Ermənistan tərəfdə də göründüyü kimi müsbətə doğru irəliləyiş var. Artıq Ermənistan Azərbaycan ərazisinin parametrlərini, o cümlədən Qarabağ və anklav kəndlərimiz daxil olmaqla sərhədlərimizi rəsmən tanıyıb. Yalnız qarşı tərəfin dediyi sözlərə rəsmən kağız üzərində imza atması qalıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "Beynəlxalq hüquqa, beynəlxalq təşkilatların qərarlarına, qətnamələrinə bel bağlamaq olmaz. Biz həmişə hüququn tərəfdarı idik, o cümlədən beynəlxalq hüququn. Biz həmişə ədalətin tərəfdarı idik. Bu gün də ədalətin və beynəlxalq hüququn tərəfdarıyıq və beynəlxalq müstəvidə bu mövqeyi müdafiə edirik. Həm bir ölkə kimi, həm də 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatının sədri kimi və nazirlər səviyyəsində son toplantı bir daha onu göstərdi".
İşğal müddətində Ermənistan Qarabağda və Şərqi Zəngəzurda təbii resurslarımızı vəhşicəsinə istismar edirdi. Bununla da təbiətə böyük zərbə vururdu. Belə ki, ermənilər tərəfindən 60 min hektardan çox meşə kəsilərək satılmışdı. Transsərhəd çayları çirkləndirilmişdi. Azərbaycanın Ermənistandan tələblərindən biri də budur ki, qayda-qanuna riayət etsin. Ölkənin sərhədlərinə yaxın müəssisələrin, ekoloji  təhlükə mənbəyi sayılan müəssisələrin yaradılması qonşu ölkələrlə razılaşdırılmalıdır.
Ermənistanın bu hərəkəti Azərbaycan tərəfindən qəbuledilməzdir və şübhəsiz ki, bu barədə lazımı tədbir görülməlidir.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən Naxçıvan Muxtar Respublikasının gələcək inkişafı ilə bağlı dövlət proqramı qəbul edilmişdir. Bu proqram da bizim resurslarımıza əsaslanıbdır və Naxçıvanın uğurlu sosial-iqtisadi inkişafını qısa müddət ərzində təmin edə biləcək proqramdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "Naxçıvanın da Qarabağ və Şərqi Zəngəzur kimi "yaşıl enerji" zonasına çevrilməsi məsələsi mənim tərəfimdən qoyulmuşdur. Naxçıvan Muxtar Respublikasında elektrik enerjisinin böyük hissəsi indi su elektrik stansiyaları vasitəsilə istehsal olunur. Orada günəş və külək elektrik stansiyalarnın inşası da nəzərdə tutulur – ola bilər 1000 meqavat, ola bilər 1500 meqavat. Biz həm muxtar respublikanın bütün tələbatını "yaşıl enerji" ilə təmin edəcəyik, həm də qonşu ölkələrə də "yaşıl enerji"ni ixrac edəcəyik. Bütün bunları qeyd edərkən görürük ki, ölkəmizin böyük hissəsi artıq rəsmən "yaşıl enerji" zonası elan edilib".
Cənab İlham Əliyev eyni zamanda Gədəbəy rayonunda baş vermiş hadisəyə də öz münasibətini bildirmişdir. Burada ikinci gölün qurulmasının tamamilə qəbuledilməz olduğunu vurğulamışdı. 
Prezident eyni zamanda qeyd edib ki, xarici investorlar təbiətimizi zəhərləyir, insanların örüş, otlaq yerləri zəbt edilir.
Xarici ölkələrdə ekologiyanı zəhərləməyə, göl qurub zəhərli maddələr tökməyə icazə verilmir. Belə ki, Azərbaycanda iş qurmaq istəyən investorlar gərək Azərbaycanın qanunlarına riayət etsin. Azərbaycanın təbiətinə, ekologiyasına ziyan vurmasın.
Şəhla Ağbulud
"Abşeron" qəzetinin baş redaktoru / azxeber.com

Siyasi       Tarix: 13 iyul 2023
f Paylaş

Oxşar xəbərlər

Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı həyəcanlı MESAJ

Rusiya Xarici İşlər nazirinin müavini Mixail Qaluzin Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılmasını nəzərdə tutan və "Tramp marşrutu" adlandırılan layihənin bir sıra siyasi və geosiyas

Qoşunlar üz-üzə: vəziyyət gərginləşir – Fəlakət ssenarisi təkrarlana bilər

ABŞ və İran arasında davam edən gərginlik son hadisələr fonunda yeni mərhələyə qədəm qoyub. Tərəflər arasında açıq müharibə olmasa da, tam sülhdən də danışmaq mümkün deyil. Diplomatik bəyanatlar, qarşılıqlı təhdidlər və regiond

İran ABŞ ilə danışıqlar barədə məlumatları təkzib etdi

İran Xarici İşlər Nazirliyi ABŞ nümayəndələri ilə Qətərin paytaxtı Dohada yaxın günlərdə hər hansı danışıqların keçiriləcəyi barədə yayılan məlumatları rəsmən təkzib edib. Nazirliyin rəsmi nümayəndəsi İsmayıl Baqai bildiri

Paşinyandan İsrailin "erməni soyqırımı"nı tanımasına CAVAB

Ermənistan İsrailin qondarma "erməni soyqırımı"nı tanımasına cavab verməyəcək. KONKRET.azxəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib. "Biz cavab verməyə ehtiyac görmürük, çünki inanırı

Azərbaycan və Ermənistan vətəndaşları itkinlərlə bağlı anonim məlumat verə biləcək

Azərbaycan və Ermənistan vətəndaşları üçün itkin düşmüş şəxslər, eləcə də onların dəfn yerləri barədə məlumatların konfidensial qaydada (anonim şəkildə) təqdim edilməsi imkanı yaradılacaq. KONKRET.aztrend-ə istinadən xəbə

"İsrailin yerinə olsaydım, Ermənistandan soruşardım ki..."

"İsrail üçün dost ölkələr yoxdur, maraqları var. Bu məsələdə mənim mövqeyim birmənalıdır. İsrail harada maraqlar təmsil olunursa, orada varlar, harada maraqların əleyhinədirsə, o dövlətlə də özlərini düşmək elan edirlər"

Şuşada TDT ölkələri dövlət dini qurumları rəhbərlərinin Birinci görüşü başlayıb

Şuşa şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin Birinci görüşü keçirilir. "Report"a istinadən xəbər verir ki, tədbirdə TDT-nin baş katibi, eləc

Leyla Əliyeva Yevlaxda Cümə məscidinsə - FOTOLAR

İyulun 1-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Yevlax şəhərinə səfəri çərçivəsində Cümə məscidini ziyarət edib. xəbər verir ki, Leyla Əliyeva məsciddə din

Azərbaycan–Aİ tərəfdaşlığı yeni üfüqlərə doğru irəliləyir - Hikmət Hacıyev

Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenin fotosunu paylaşıb. xəbə


azerbaycan xeberleri yeni xeberler son xeberler en yeni xeberler xeberler cəbhədən şad xəbər valyuta mezennesi 2026