Azərbaycan tərəfindən axtarışda olan şəxslər Türkiyədə SAXLANILDI
Türkiyə hüquq-mühafizə orqanları 12 ölkədə İnterpolun Qırmızı Bildirişi əsasında axtarışda olan ümumilikdə 42 şəxsi saxlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə cümə günü ölkənin daxili işlər naziri Əli Yerlikaya sosial şəbəkə hesabında məlumat verib.
Onun sözlərinə görə, Türkiyənin 13 vilayətində "Kafes-31" (Qəfəs-31) əməliyyatı çərçivəsində keçirilən reydlər nəticəsində şübhəlilər nəzarətə götürülüb.
Şöbə rəisi əlavə edib ki, əməliyyat Türkiyə Daxili İşlər Nazirliyinin Kəşfiyyat və Təhlükəsizlik Baş İdarəsi, Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və İnterpol-Avropol İdarəsinin koordinasiyası ilə həyata keçirilib.
Şübhəlilər Almaniya, Azərbaycan, Bosniya və Herseqovina, İran, İsveç, Finlandiya, Qazaxıstan, Qırğızıstan, Misir, Rusiya, Türkmənistan və Özbəkistanın sorğusu əsasında axtarışa verilib.
Yerlikaya saxlanılanların mütəşəkkil cinayət qrupuna üzv olmaq, qanunsuz silah dövriyyəsi, narkotik ticarəti, qəsdən adam öldürmə, miqrant qaçaqmalçılığı, maliyyə fırıldaqçılığı, soyğunçuluq və oğurluq, rəsmi sənədlərin saxtalaşdırılması və vergidən yayınma ilə məşğul olduğunu bildirib.
Nazir qeyd edib ki, bu ilin əvvəlindən "Kafes-31" əməliyyatı çərçivəsində İnterpolun qırmızı bülleteni ilə axtarışda olan 114 nəfər saxlanılıb.
Natiq Səlim,
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Bakıda yaşayış binasında uçqun
Cavid Ağaməliyev həbs edildi
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Misofoniyadan əziyyət çəkənlər harada müalicə ala bilər? – ARAŞDIRMA
Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edildi
Əhməd Yılmazdan Azərbaycan çağırışı: Buna öyrəşin
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Hindistanın XİN rəhbəri Azərbaycana gəlir