Azərbaycan Tibb elminə ağır itki baş verdi

Azərbaycan Tibb elminə ağır itki baş verdiAzərbaycan Respublikasının baş terapevti, Azərbaycan Tibb Universiteti nəzdində Müdafiə Şurasının sədri, tibb elmləri doktoru, Azərbaycan Tibb Universitetinin "Terapevtik və pediatrik propedevtika" kafedrasının professoru, əməkdar həkim Qurbanov (Qaraqurbanlı) Yaqub Ziyəddin oğlu 13 sentyabr 2024-cü il tarixində vəfat edib.
Ümumilikdə professor Yaqub Qurbanovun elmi-tədqiqat işləri əsasən daxili xəstəliklərin propedevtikal elminin müxtəlif sahələrinin aktual məsələlərinə, eləcə də "Daxili xəstəliklərin propedevtikası" fənninin tədrisinin yüksək səviyyədə və düzgün təşkil edilməsinə həsr olunmuşdur. Çoxillik kliniki təcrübəyə, həmçinin propedevtika fənninin tədrisindəkı 40 ilin pedaqoji fəaliyyətinə əsaslanmaqla onun son illərdə nəşr etdirdiyi yuxarıda adı çəkilən dərsliklər və dərs vəsaitləri xüsusi əhəmiyyət kəsb edir. Bunlar öz həcmi, şərh edilən mövzuların genişliyi, mahiyyəti, müasir tələblərə uyğunluğu, həmçinin tələbələrdə kliniki təfəkkürü və klinik təcrübəni aşılamaq baxımından ölkəmizdə nəşr olunan ilk və yeganə dərsliklərdir.
Ümumilikdə alim Yaqub Qurbanov hazırda 265 elmi işin, o cümlədən 19 dərs və dərs vəsaiti, 13 metodiki tövsiyənin müəllifidir. Onun rəhbərliyi altında daxili xəstəliklərin müxtəlif problemlərinə həsr olunan 17 tibb üzrə fəlsəfə doktoru dissertasiya işi müdafiə olunub.
Professor Yaqub Qurbanov bir sıra respublika və beynəlxalq konfranslarda çıxışlar etmiş və onların iştirakçısı olmuşdur. O, tədris, pedaqoji praktiki və elmi fəaliyyətləri ilə yanaşı bütün dövrlərdə Tibb Universitetinin ictimai işlərində aktiv fəaliyyət göstərmiş və müxtəlif ictimai işlərdə çalışmışdır. O, 1999-cu ildə Səhiyyə Nazirliyinin əmri ilə respublikanın baş terapevti vəzifəsinə təyin edilmişdir.
O, 2010-cu ildə Respublikanın "Əməkdar həkimi" fəxri adına layiq görülüb.
Professor Yaqub Qurbanov Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının müvafiq əmrlərinə əsasən Azərbaycan Tibb Universiteti nəzdində 2003-cü ildə yaradılmış D.03.011 İxtisaslaşdırılmış Müdafiə Şurasının üzvü və 2017-ci ildən B/FD 03.012 İxtisaslaşdırılmış Müdafiə Şurasının sədri seçilmişdir. O, "Metabolizm" jurnalının redaksiya heyətinin və "Azərbaycan" tibb jurnalı redaksiya şurasının üzvü, həmçinin Endokrinologiya, Diabetologiya və Terapevtik Təlimat Assosiasiyası idarə heyətinin üzvü və həmin assosiasiyanın nəzdində olan Fitik Komitənin sədri olub.
Professor Yaqub Qurbanov Azərbaycan Respublikası Prezidentinin 2019-cu ul 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə Azərbaycan Tibb Universiteti nəzdində daxili xəstəliklər, kardiologiya, pediatriya ixtisasları üzrə tibb elmləri sahəsində fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi almaq üçün təşkil edilmiş Müdafiə Şurasının sədri vəzifəsinə seçilib.
Məhrumun ailə üzvlərinə və doğmalarına səbr diləyir dərin hüzünlə baş sağlığı veririk. / azxeber.com

Sosial       Tarix: 14 sentyabr 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Bir tələbənin illik təhsili ailəyə neçəyə başa gəlir? – Rəqəmlər açıqlandı

"Universitetlərdə təhsil haqlarının məbləği bir sıra amillərdən asılı olaraq dəyişir. Burada ali məktəbin beynəlxalq reytinqlərdəki mövqeyi, təhsilin keyfiyyəti, müəllim heyətinin səviyyəsi, beynəlxalq əlaqələri və universiteti

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx


son xeberler yeni xeberler azerbaycan xeberleri gunun xeberleri oxu.az xeberler son.xeberler son xeberler bugun 2026 canli