Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdiUkrayna tərəfindən daxil olmuş müraciətlərə cavab olaraq, mövcud vəziyyətlə əlaqədar zərər çəkmiş ərazilərin elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpası məqsədilə Azərbaycan tərəfindən Ukrayna xalqına əsas elektrik avadanlıqlarından ibarət humanitar yardım göndərilib.
Bu barədə azxeber.com-a Xarici İşlər Nazirliyindən məlumat verilib.
"Azerenerji" ASC-nin təmin etdiyi 45 güc transformatoru və 50 generatorun ilk hissəsini daşıyan yük avtomobil karvanı bugün Ukraynanın ölkəmizdəki səfirinin və "Azerenerji" ASC-nin nümayəndələrinin iştirakı ilə Qobu Enerji Qovşağının ərazisindən yola salınıb.
Sözügedən yükün çəkisi 52.2 ton təşkil edir və 4 TIR vasitəsilə daşınır. Ümumi məbləği təxminən 1 milyon 422 min manat olan humanitar yükün tam çatdırılması məqsədilə ikinci yük avtomobil karvanının yaxın günlərdə yola çıxması nəzərdə tutulub.
Ukraynadakı böhranla bağlı Azərbaycanın göstərdiyi humanitar yardımın ümumi məbləği artıq 30 milyon manata yaxındır. Bununla yanaşı, son 6 ay ərzində müxtəlif qurumlar tərəfindən Ukrayna xalqına humanitar yardım xarakterli xidmətlər göstərilib.
Belə ki, müharibədən zərər çəkmiş, ailə üzvlərini itirmiş ümumilikdə 90-a yaxın ukraynalı uşaq tibbi və sosial-psixoloji reabilitasiya məqsədilə ölkəmizə gətirilib. İrpen şəhərində hərbi əməliyyatlar nəticəsində dağılmış Zərifə Əliyeva adına 12 saylı məktəb tam bərpa edilib, humanitar yardım xarakterli müxtəlif tədbirlər həyata keçirilib.

Siyasi       Tarix: 10 dekabr 2022
f Paylaş

Oxşar xəbərlər

Hikmət Hacıyev professor Ceffri Saks ilə görüşdü – FOTO

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev iqtisadiyyat üzrə dünya şöhrətli professor Ceffri Saks ilə görüşüb. xəbər verir ki, o, bu barəd

Hikmət Hacıyev amerikalı professorla regional məsələləri müzakirə edib

Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda amerikalı iqtisadçı, professor Ceffri Saksla görüşüb. xəbər verir ki, bu barədə Hikmət Hacıyev "X"

Dəhşətli PROQNOZ: İran bu faciəyə hazırlaşır - QƏBİRLƏR QAZILDI

Almaniyanın "Die Welt" nəşri İranın ali dini lideri Əli Xameneinin mümkün ölümü və ondan sonrakı dəfn mərasimi ilə bağlı dəhşətli bir proqnozu yayıb. Nəşrin əldə etdiyi gizli sənədlərə görə, hakimiyyət kütləvi insa

Türkiyə üçün F-35 qapısı yenidən açılır? - Vaşinqtondan diqqətçəkən siqnallar

Türkiyənin F-35 proqramına qayıtması ehtimalı beynəlxalq gündəmin diqqət mərkəzindədir. Məlumat üçün bildirək ki, Türkiyə 2019-cu ildə Rusiyadan S-400 hava hücumundan müdafiə sistemi aldığı üçün ABŞ tərəfindən F-35 proqramında

Hikmət Hacıyev ABŞ-ni Müstəqillik Günü münasibəti ilə təbrik etdi

Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-ni Müstəqillik Günü münasibəti ilə təbrik edib. KONKRET.azxəbər verir ki, Prezidentin kömçəkçisi bununl

Ukrayna Rusiyanın ordu generalına qarşı cinayət işi başlatdı - Gerasimovun başı dərddə

Ukraynanın Təhlükəsizlik Xidməti (SBU) və Baş Prokurorluq Ofisi Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov barəsində hərbi cinayətlər faktı üzrə cinayət işi başladıb. xəbər verir ki, b

Uzun müddətdir yoxa çıxan SEPAH lideri aylar sonra belə görüntüləndi - FOTO

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı general Əhməd Vahidi bir neçə aylıq fasilədən sonra ilk dəfə Tehranda ictimaiyyət qarşısına çıxıb. KONKRET.azxəbər verir ki, bu barədə "Associated Press"

Prezident bu qanuna dəyişikliyi təsdiqlədi

Prezident İlham Əliyev "Yaşıllıqların mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu imzalayıb. xəbər verir ki, qanunda aşağıdakı dəyişikliklər edilib:. 1. 1-ci madd

Azərbaycan XİN ABŞ-ni təbrik etdi

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ni Müstəqillik Günü və Birləşmiş Ştatların 250 illiyi münasibətilə təbrik edib. Bununla bağlı XİN-in "X"dəki hesabında paylaşım olunub. "Amerika Birləşmiş Ştatlar


son xeberler yeni xeberler azerbaycan xeberleri son xeberler bu gun cəbhədən son xəbərlər 2026 son xabarlar sonxeber