Azərbaycan və Çin strateji tərəfdaşdır

Azərbaycan və Çin strateji tərəfdaşdırAzərbaycan-Çin münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi ikitərəfli əlaqələrin yeni mərhələyə daxil olmasını və daha dərin inteqrasiyanı nümayiş etdirir. Bu tərəfdaşlıq iqtisadiyyat, ticarət, enerji, nəqliyyat və logistika, texnologiya və rəqəmsal infrastruktur, eləcə də mədəni və humanitar əlaqələri əhatə etməklə geniş spektrdə əməkdaşlıq imkanlarını artırır. Çin ilə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir.
Davosda Çinin CGTN televiziya kanalına müsahibəsində cənab Prezident İlham Əliyev Azərbaycan-Çin münasibətləri ilə bağlı fikirlərini ifadə edib, ölkələr arasında əlaqələri yüksək dəyərləndirib. Dövlət başçısının dediyi kimi, Çin və Azərbaycan dost, strateji tərəfdaş ölkələrdir." Bu gün Azərbaycanla Çin arasında münasibətlər uğurla inkişaf edir. Azərbaycan Prezidenti cənab İlham Əliyev ilə Çin Xalq Respublikasının lideri cənab Si Cinpin arasında dostluq münasibətləri ölkələrimizin qarşılıqlı əlaqələrinin güclənməsində müstəsna əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, ötən il Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilmiş Şanxay Əməkdaşıq Təşkilatının sammiti çərçivəsində dövlət başçılarımızın görüşü zamanı strateji tərəfdaşlıq münasibətlərinin qurulmasına dair birgə Bəyannamə qəbul edilib. Bu sənəd Azərbaycan-Çin münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə yüksəldir".
Çinin irəli sürdüyü "Bir kəmər, bir yol" təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biri olan Azərbaycan, o cümlədən Çinlə nəqliyyat-logistikaya dair qlobal təşəbbüslər müstəvisində sıx əməkdaşlıq qurub. Ölkəmiz bu istiqamətdə ciddi praktiki layihələr həyata keçirib və "Bir kəmər, bir yol" layihəsinin mühüm hissəsi olan Orta Dəhlizin infrastrukturunun inkişafına əhəmiyyətli investisiyalar yatırıb".
Çin şirkətlərinin yalnız xidmət və texnologiyaların təmin edilməsində yox, həmçinin Azərbaycana investisiya yatırmaqda maraqlıdırlar, belə ki, COP29-da Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında Xəzər dənizinin dibi ilə enerji kabelinin çəkilməsi ilə bağlı müqavilə imzalanıb. Bununla da Mərkəzi Asiya ilə Azərbaycan və potensial olaraq Çin enerji kabeli ilə bir-birinə bağlanıb. Digər bir layihədə belə bir kabel xətti Qara dənizin dibi ilə Azərbaycandan Avropaya uzanacaq. Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi - Orta Dəhliz Çindən Avropaya və geriyə yüklərin çatdırılması üçün ən səmərəli və təhlükəsiz marşrutdur. Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi ilə Çindən Türkiyəyə yük daşımalarının müddəti bir aydan 12 günə qədər azalıb. Çindən göndərilən bu yüklərin Türkiyə vasitəsilə Qərbi Avropa ölkələrinə çatdırılması isə ümumilikdə cəmi 18 günə baş verir. 
Bəli, Azərbaycan–Çin əlaqələri çox­şaxəli struktura malikdir. Burada enerji keçidi, bərpa olunan enerji sahəsində əməkdaşlıqdan tutmuş istehsal sahələ­rinədək bir sıra məqamlar var. Məsələn, Azərbaycanda elektrik mühərrikli avto­busların istehsalı sahəsində Çinin "BYD Company Limited" (BYD) şirkəti ilə iş­birliyinə start verilib. Avtobusların yerli istehsalına isə bu il başlanılması planlaşdırılır. Bakı ilə Sıçuan əyaləti, Gəncə ilə Çindaonun, Sumqayıt ilə Sian və Myenyan şəhərlərinin, Çunçin şəhərinin Cyancin rayonunun, Naxçıvan Muxtar Respublikası ilə Çunçin şəhərinin, Bakı şəhərinin Xəzər rayonu ilə Quancou şəhər bələdiyyəsinin Nanşa rayonunun əməkdaşlığına dair sənədlərin imzalanması isə nikbin mənzərəyə xüsusi ovqat qatır. Habelə, elm və təhsil sahəsində əməkdaşlığın inkişafını, Pekin Dillər Universitetində Azərbaycan dilinin tədrisi kafedrasının mövcudluğunu, ölkəmizin ali məktəblərində Konfutsi institutlarının uğurlu fəaliyyətini də qeyd etməliyik.
Bütün bunlarla yanaşı, bir məqamı da xüsusi vurğulamağa ehtiyac var. Heydər Əliyev Fondu Azərbaycanla Çin arasında mədəni və humanitar mübadilənin əsas hərəkətverici qüvvəsidir. Fond "Çinin Xarici Ölkələrlə Dostluq üzrə Xalq Cəmiyyəti" ilə birlikdə müxtəlif layihələr həyata keçirir ki, bu fəaliyyətin də uğuru göz önündədir. Bundan başqa, 2023-cü ilin aprelində Pekində Heydər Əliyev Fondunun vitse-prezidenti xanım Leyla Əliyevanın "Yalnız bir dəfə yaşayırsan" poeziya kitabının Çin dilinə tərcümə olunmuş variantının təqdimatı keçirilib. Nəzərə alaq ki, bu nəşr Çin Xarici Dillər Nəşriyyatı Administrasiyası tərəfindən ölkələrin mədəni və humanitar sahələrdəki əməkdaşlığının gözəl nümunəsi kimi qiymətləndirilib.
Azərbaycanla Çin arasında qarşılıqlı anlaşma var: "Azərbaycan ilə Çin arasında strateji tərəfdaşlığın qurulması haqqında birgə bəyannamədə qeyd olunub ki, tərəflərin strateji tərəfdaşlığı qarşılıqlı hörmətə, bərabərlik, etimad və qarşılıqlı dəstəyə əsaslanır, Azərbaycanla Çin xarici amillərdən asılı olmayaraq bir-birini etibarlı tərəfdaş hesab edir. İki ölkə arasında münasibətlər ərazi bütövlüyünə və suverenliyə qarşılıqlı hörmətə, daxili işlərə qarışmama prinsiplərinə əsaslanır, separatçılıqdan uzun illər əziyyət çəkən Azərbaycan "Vahid Çin" prinsipini qətiyyətlə dəstəkləyir və Tayvanı Çinin ayrılmaz hissəsi kimi qəbul edir.
Azərbaycan-Çin strateji tərəfdaşlığı həm ikitərəfli əsasda, həm də regional və beynəlxalq təşkilatlar çərçivəsində təmasların artırılması, mübadilələrin intensivləşdirilməsi və əməkdaşlığın hərtərəfli dərinləşməsi işinə yeni dinamika gətirir.
Fuad Hüseynzadə
Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın katibi, Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri / azxeber.com

Siyasi       Tarix: 14 fevral 2025
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Dublindən Bakıya: Azərbaycanın Avropa siyasi məkanında artan rolu və fəal dialoq diplomatiyası

"Avropa Siyasi Birliyi"nin Dublin Sammiti Azərbaycanın Avropa ölkələri ilə siyasi dialoqunun, enerji və nəqliyyat sahələrində tərəfdaşlığının, eləcə də regional sülh təşəbbüslərinin müzakirəsi baxımından mühüm əhəmiyyə

Azərbaycan və daha 3 ölkə təmiz enerji sazişi imzaladı

Antalyada COP31 çərçivəsində "Azərbaycan Respublikası, Bolqarıstan Respublikası, Gürcüstan və Türkiyə Respublikası hökumətləri arasında təmiz enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" imzalanıb. xəbə

Zahid Oruc: "Azərbaycanı kənardan idarə etmək istəyənlər yanılır

"Azərbaycan müstəqillik qazandıqdan sonra Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Qərb dövlətlərindən gözləntilərimiz maksimum səviyyədə idi. Çünki həmin dövlətlər iqtisadi, texnoloji və xüsusilə də hüquqi baxımda

Prezident polşalı həmkarına məktub göndərdi

Prezident İlham Əliyev Polşa Prezidenti Karol Navrotskiyə məktub ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Prezident. Krakov şəhərində törədilmiş qanlı hadisə nəticəsində həlak olanlar və yaralananla

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Birləşmiş Ərəb Əmirliyinin Füceyrə əmirliyində 14 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı bu ölkəyə başsağlığı verib. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan XİN-in X hesabınd

Prezidentin Endi Börnhemlə də görüşü gözlənilir - Yenilənəcək

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə toplantısında iştirak etmək üçün İrlandiyanın paytaxtı Dublinə səfər edib. -ın məlumatına görə, yaxın saatlarda Preziden

Lora Lumer qalmaqalı: Trampın yaxın tərəfdaşı siyasi paylaşımlara görə on minlərlə dollar alıb

ABŞ Prezidenti Donald Trampın ən nüfuzlu tərəfdarlarından biri hesab olunan 33 yaşlı sağ-mühafizəkar fəal Lora Lumer The Washington Post qəzetinin araşdırmasından sonra qalmaqalın mərkəzinə düşüb. Qəzetin araşdırmasına görə

Türkiyə Ermənistanla sərhədi açır?

Türkiyə Ermənistanla dəmir yolu sərhəd-keçid məntəqəsinin və Alican avtomobil sərhəd-keçid məntəqəsinin açılması üçün zəruri hazırlıqları tamamlayıb. xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadi

Çin və Mərkəzi Asiya ölkələri aviareyslərin sayını artırır: Yeni marşrutlar açılır

Çin Özbəkistan və Qazaxıstanla həftəlik aviareyslərin sayına qoyulan məhdudiyyətləri artırmağa razılıq verib. Eyni zamanda, Mərkəzi Asiyanın iki qonşu ölkəsi arasında imzalanan ayrıca razılaşma Daşkənd, Almatı və Astana istiqamətlərind


yeni xeberler son xeberler azerbaycan xeberleri son xeberler bugun 2026 canli son xeber 2026 meherremlik 2026 idman xeberleri