"Ramiz Mehdiyev çox yüksək şəkildə maskalanaraq…" - Deputat
"Əli Kərimli bir neçə müddət bundan öncə Ramiz Mehdiyev həbs olunanda özünü sığortalamaq üçün hay-küy salırdı ki, məni də həbs edəcəklər".
Bu sözləri azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin həbs olunmasına münasibət bildirərkən deyib.
O bildirib ki, bu hadisələr təsadüfi deyil:
"Ramiz Mediyevlə Əli Kərimlinin işbirliyi, hətta konkret əqidə birliyinin kökü, görünür ki, daha əvvəllərə dayanır. Əli Kərimli bir neçə müddət bundan öncə Ramiz Mehdiyev həbs olunanda özünü sığortalamaq üçün hay-küy salırdı ki, məni də həbs edəcəklər. Çünki o, bunu dəqiq bilirdi. Sadəcə çaşqınlıq yaratmaq, sonrakı prosesləri ört-basdır etmək üçün özünün yalandan həbs olunacağını da deyirdi. Ancaq indi konkret faktlar üzrə o həbs olunub. Onların "xaç atası" olan, daima himayədarlıq edən şəxsin Ramiz Mehdiyev olduğuna heç bir şübhə yoxdur. Çünki Ramiz Mehdiyev çox yüksək şəkildə maskalanaraq ona olunan böyük etimadı doğrultmaq əvəzinə radikal, dağıdıcı müxalifətlə əlbir olaraq zaman-zaman dövləti dağıtmağa, özləri üçün var-dövlət toplamağa səy göstərib".
Parlamentari Əli Kərimli ilə Ramiz Mehdiyevi bağlayan dəyərlərə də aydınlıq gətirib:
"Burada birinci növbədə Azərbaycan xalqının milli maraqlarına qarşı yönəlmiş kin-küdurət, xalqın uğurlarını həzm edə bilməmək, öz potensial imkanlarından qat-qat üstün iddialarda olmaq dayanır. Bunları birləşdirən budur, xalqın milli maraqlarının əleyhinə xəbislik, xainlik, kin-küdurət bəsləmək. Eləcə də özlərini dəyərləndirə bilməmək, yayiq olmadıqları arzuya, iddiaya düşmək".
Deputat qeyd edib ki, Əli Kərimlinin də, Ramiz Mehdiyevin də ipləri Şimala-Rusiyaya uzanır:
"Əli Kərimlinin də, Ramiz Mehdiyevin də ipləri Şimala-Rusiyaya, Azərbaycanın nailiyyətlərini qəbul etməyən xarici mərkəzlərə uzanır. Həmin o xarici havadarlarına dəstək olaraq Azərbaycan haqqında zaman-zaman iftiralar, böhtanlar atılmasına şərait yaradıblar. Onların bugünkü taleləri də məlumdur. Hər bir cinayətin bağışlanması var. Ancaq dövlətə qarşı, dövlətçiliyə qarşı, konkret Azərbaycan dövlətini, konstitusion dövlətini devirməyə qarşı yönələn hər bir addım ən qatı şəkildə cəzasını almalıdır. Hesab edirəm ki, Əli Kərimli də, Ramiz Mehdiyev də, onların ətrafında olanlar da öz layiqli cəzalarını alacaqlar. Digər tərəfdən,əlbəttə istintaq, nəticəsində hər bir əməl müəyyənləşəcək və hesab edirəm ki, bu çevrə və dairə tamamilə müəyyən olunacaq".
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli barəsində 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Şahanə Ziyad

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Sumqayıtda 67 yaşlı kişi bıçaqlandı: Həyat yoldaşı saxlanıldı
Bakıda bu şirkətə 16 min dollar cərimə yazıldı
"Neftçi"nin tanınmış futbolçusu vəfat etdi - FOTO
"Trabzonspor" "Qalatasaray"ı darmadağın edib
Elçin Yusubov Qarabağ bölgəsinin Rumıniya regionları ilə əlaqələrinin qurulmasını müzakirə edib - FOTOLAR
Prezident keçmiş futbolçunu fəxri diplomla təltif etdi
İllər sonra açılan "Kurtlar Vadisi" sirri - Kozinoğlu obrazını canlandıran aktyor İLK DƏFƏ DANIŞDI
66 yaşlı kişini motosiklet vurub öldürdü
Ərdoğan sabah ABŞ-yə səfər edəcək
Məşhur aktrisa vəfat edib
Üçü Bakıda, biri İrəvanda - O biri isə qəbiristanlıqda... - FOTO
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il keçir
Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür