Azərbaycan və Dağıstan arasında Tədbirlər Planı imzalandı

Azərbaycan və Dağıstan arasında Tədbirlər Planı imzalandıFevralın 20-də Bakıda Azərbaycan Respublikası Baş nazirinin müavini, Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Dağıstan Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən sədri Şahin Mustafayev ilə Dağıstan Respublikası Hökumətinin sədri, Komissiyanın Dağıstan tərəfindən sədri Abdulmüslüm Abdulmüslümovun görüşü olub.
KONKRET.az xəbər verir ki, Nazirlər Kabinetindən verilən məlumata görə, görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etməsi qeyd olunub.
Vurğulanıb ki, iki ölkənin prezidentlərinin səyləri sayəsində dövlətlərarası münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə çatıb.
Şahin Mustafayev deyib ki, Azərbaycan Rusiya Federasiyasının 80-ə yaxın subyekti ilə iqtisadi əlaqələr saxlayır. Təqribən 20 subyektlə, o cümlədən Dağıstan Respublikası ilə ticari-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq barədə sazişlər imzalanıb.
Vurğulanıb ki, eyni dildə danışan, ortaq tarixi, mədəni və mənəvi dəyərlərə malik olan Azərbaycan və Dağıstan xalqları arasında münasibətlər əsrlər boyu formalaşıb.
Azərbaycan və Dağıstan xalqları arasında əlaqələrin inkişafında Ümummilli Lider Heydər Əliyevin mühüm rolu xüsusi qeyd edilib.
Şahin Mustafayev deyib ki, bu gün Prezident İlham Əliyev Azərbaycan ilə Rusiya arasında strateji tərəfdaşlıq çərçivəsində Azərbaycan-Dağıstan münasibətlərinin inkişafına xüsusi diqqət yetirir. Mövcud sanballı potensialdan istifadə edilməklə əməkdaşlığımızı inkişaf etdirmək barədə dövlətimizin başçısı tərəfindən tapşırıq verilməsi bu diqqətə sübutdur.
Qeyd edilib ki, ötən il dekabr ayında Azərbaycan Prezidenti İlham Əliyev ilə Dağıstanın rəhbəri Sergey Melikov arasında keçirilmiş görüşün yekunlarına əsasən birgə layihələr üçün perspektivli istiqamətlər müəyyən edilib.
Baş nazirin müavini deyib ki, liderlər arasında əldə edilmiş razılaşmalara böyük əhəmiyyət veririk. Tərəflər arasında bu razılaşmaların reallaşdırılması məqsədilə Əməkdaşlığın əsas istiqamətlərinin inkişafına dair Tədbirlər Planı hazırlanıb.
Qeyd edilib ki, Tədbirlər Planında qarşılıqlı ticari-iqtisadi fəaliyyətin inkişafına və investisiyaların daha fəal cəlb edilməsinə xüsusi diqqət yetirilir.
Vurğulanıb ki, bu sənəddə sənaye kooperasiyasının nizamlanması da nəzərdə tutulur. Şüşə istehsalı üzrə birgə müəssisələr yaradılmasının mümkünlüyü və gəmiqayırma sahəsində qarşılıqlı fəaliyyət məsələlərinə diqqət artırılacaq.
Tərəflər aqrosənaye kompleksində Azərbaycan ilə Dağıstan arasında əməkdaşlığın inkişafı üçün yaxşı potensial olduğunu göstəriblər. Qeyd edilib ki, Tədbirlər Planında "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin inkişafı və sərhədyanı infrastrukturun yaxşılaşdırılması üzrə birgə tədbirlər həyata keçirilməsi də nəzərdə tutulur.
Diqqətə çatdırılıb ki, Azərbaycan tərəfi Rusiya Federasiyası ilə dövlət sərhədində buraxılış məntəqələrinə avtomobil və dəmir yolları çəkilməsi, habelə mövcud yolların yenidən qurulması ilə bağlı işlər görür.
Şahin Mustafayev qeyd edib ki, Azərbaycan Prezidenti ikitərəfli razılaşmalar çərçivəsində "Samur" və "Xanoba" sərhəd-buraxılış məntəqələri arasında 24 kilometr uzunluğunda avtomobil yolunun yenidən qurulması və genişləndirilərək dörd zolağa çatdırılması, habelə "Xanoba" gömrük məntəqəsinin yenidən qurulması üçün vəsait ayırıb.
Qeyd edilib ki, Rusiya Federasiyasının Dağıstan Respublikası ərazisindəki "Tahirkənd-Qazmalar" buraxılış məntəqəsi ilə həmhüdud olan "Xanoba" gömrük məntəqəsinin tikintisi işləri başa çatmaq üzrədir.
Baş nazirin müavini Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm tərkib hissəsi olduğunu vurğulayaraq, limanın yükaşırma gücünün artırılaraq ildə 15 milyon tondan 25 milyon tona çatdırılması ilə əlaqədar işlər barədə məlumat verib.
Diqqətə çatdırılıb ki, liman infrastrukturunun inkişaf etdirilməsi sahəsində Azərbaycanın təcrübəsi Dağıstan tərəfindən Mahaçqala Beynəlxalq Dəniz Limanının yenidən qurulmasında istifadə edilə bilər: "Bakı və Mahaçqala limanları arasında qarşılıqlı fəaliyyətin nizamlanması barədə niyyətimiz Tədbirlər Planında da qeyd edilib".
Azərbaycan və Dağıstan xalqları arasında mədəni-humanitar əlaqələrin vacibliyi də vurğulanıb. Qeyd edilib ki, Dağıstanda yaşayan azərbaycanlılar və Azərbaycanda yaşayan dağıstanlılar bu respublikaların ictimai-siyasi və mədəni həyatına mühüm töhfələr verirlər.
Tədbirlər Planına uyğun olaraq, tərəflər Dağıstanda Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə və görkəmli dövlət xadimi Əziz Əliyevin xatirəsinə, Azərbaycanda isə Dağıstanın Xalq şairi Rəsul Həmzətovun anadan olmasının 100 illiyinə həsr edilmiş tədbirlər keçirilməsi barədə razılığa gəliblər.
Sənəddə Azərbaycanda və Dağıstanda qarşılıqlı mədəni tədbirlərin təşkil edilməsi, mədəniyyət müəssisələri arasında birbaşa peşəkar və yaradıcı əlaqələrin nizamlanması da nəzərdə tutulur.
Görüşün yekunlarına əsasən Şahin Mustafayev və Abdulmüslüm Abdulmüslümov Azərbaycan və Dağıstan arasında əməkdaşlığın əsas istiqamətlərinin inkişafına dair 2023-2025-ci illər üçün Tədbirlər Planını imzalayıblar.

Siyasi       Tarix: 20 fevral 2023
f Paylaş

Oxşar xəbərlər

"Azərbaycan Cənubi Qafqazda PUA-lar sahəsində liderliyini qoruyur

Azərbaycan Cənubi Qafqazda pilotsuz sistemlərin ən qabaqcıl və institusional cəhətdən hazırlıqlı operatoru olaraq qalır və həm müasir PUA-ların alınması, həm də yerli istehsalın inkişafı sahəsində imkanlarını ardıcıl genişləndirməy

İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 2-də Türkiyə Respublikasının ədliyyə naziri Akın Gürleki qəbul edib. xəbər verir ki, qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını ifadə edən Akın Gürle

Rəqəmsal inkişaf sahəsində strateji baxış vahid idarəetmə modeli çərçivəsində əlaqələndirilir

Dövlət başçısı İlham Əliyev bu ilin fevral ayında keçirilən "Azərbaycanın yeni rəqəmsal arxitekturası" adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə bu çağırışı etdi ki, süni intellektin tətbiqi, data mərkəzlərini

Milli suverenliyin texnoloji dayaqları: Azərbaycanın yeni inkişaf mərhələsi

Müasir dövrdə rəqəmsal texnologiyalar, süni intellekt, məlumat resurslarının idarə olunması və kibertəhlükəsizlik imkanları dövlətlərin inkişaf səviyyəsini və beynəlxalq rəqabət qabiliyyətini müəyyən edən əsas amillərdə

Nazir: 'Azərbaycan Avropa ilə Asiyanı birləşdirən strateji körpü rolunu gücləndirib

Azərbaycan Avropa ilə Asiyanı birləşdirən strateji körpü rolunu gücləndirib. xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev "Qara Dəniz Ticarət və İnkişaf Bankının Rəhbərlər Şurasının 28-ci İllik Toplantısı"nd

ABŞ helikopteri qəza keçirdi: İtkin düşənlər var

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "USS George H.W. Bush" təyyarədaşıyan gəmisinə təhkim olunmuş "MH-60S Seahawk" helikopteri Ərəbistan dənizində qəzaya uğrayaraq suya düşüb. Bu barədə ABŞ-nin Beşinc

Azərbaycan XİN ABŞ-ni təbrik etdi

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ni Müstəqillik Günü və Birləşmiş Ştatların 250 illiyi münasibətilə təbrik edib. Bununla bağlı XİN-in "X"dəki hesabında paylaşım olunub. "Amerika Birləşmiş Ştatlar

Gerasimov barəsində cinayət işi başlandı

Kiyevə hücumdan sonra Ukraynada Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Valeri Gerasimova qarşı cinayət işi açılıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin mətbua

Arman Abovyan: "Ermənistan "Qərbi Azərbaycan" layihəsinə xidmət edən surroqat quruma çevrilir"

Ermənistanın "Çiçəklənən Ermənistan" Partiyasının üzvü, sabiq deputat Arman Abovyan ölkədə qanunvericilik sisteminin və Konstitusiyanın dəyişdirilməsi prosesini kəskin tənqid edərək hakimiyyəti dövlətçiliyin əsasların


son xeberler yeni xeberler azerbaycan xeberleri xəbər az cəbhədən video maşın realiti şou son xeberler az