Azərbaycan və İran Tədbirlər Planını təsdiqlədi - FOTO

Azərbaycan və İran Tədbirlər Planını təsdiqlədi - FOTOAzərbaycan Respublikası ilə İran İslam Respublikasının gömrük xidməti nümayəndələri arasında görüş keçirilib.
KONKRET.az xəbər verir ki, mayın 10-da Azərbaycan Respublikası ilə İran İslam Respublikasının gömrük xidməti nümayəndələri arasında görüş keçirilib. Görüşdən öncə İran İslam Respublikasının Culfa Gömrük İdarəsinə baxış olub. İkitərəfli görüşdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev və Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səhət Həbibbəyli, İran İslam Respublikasının Gömrük naziri Alirza Müqəddəsi, Şərqi Azərbaycan Vilayəti Gömrüyünün rəisi Leili Orangi, Culfa-Mərənd bölgəsi üzrə millət vəkili Məsumə Paşayi və digər şəxslər iştirak edib.
İran gömrük xidməti nümayəndə heyətinin rəhbəri, İran İslam Respublikasının Gömrük naziri Alirza Müqəddəsi ölkələrimiz arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin gömrük işi sahəsini də əhatə etdiyini, qarşılıqlı əlaqələrin gediş-gəlişin və ticarət həcminin artmasına, prosedurların sadələşdirilməsinə və sürətləndirilməsinə  imkan yaratdığını önə çəkib.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev ölkələrimiz arasında tarixi-mədəni əlaqələrin, iqtisadi-ticari münasibətlərin önəmini qeyd edib. Həmçinin  vurğulanıb ki, bu əlaqələr və ölkə prezidentlərinin ikitərəfli yaxşı münasibətləri  gömrük-ticarət əlaqələrinin də inkişafına şərait yaradıb.
Görüşdə iki ölkənin ərazisindən keçən nəqliyyat vasitələrinə tətbiq edilən gömrük nəzarəti formalarının minimuma endirilməsi, yük nəqliyyat vasitələrinin sürətli keçidinin təmin olunması ilə bağlı qarşılıqlı fəaliyyətin həyata keçirilməsi və gömrük nəzarəti sahəsində nəticələrin qarşılıqlı tanınması istiqamətində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.
Tərəflər 11 mart 2022-ci il tarixli "Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Höküməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu"nun icrasından irəli gələn aidiyyəti gömrük məsələlərinin həlli istiqamətində qarşılıqlı fəaliyyətin həyata keçirilməsi, idxal-ixrac əməliyyatlarının müqayisəli gömrük statistikasının aparılması üzrə tədbirlərin görülməsi, yeni gömrük buraxılış məntəqələrinin açılması və mövcud buraxılış məntəqələrində infrastrukturun təkmilləşdirilməsi istiqamətində danışıqlar aparıblar.
Sonra Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə İran İslam Respublikası Gömrük İdarəsi arasında 2022-2023-cü illərdə gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardımın genişləndirilməsinə dair Tədbirlər Planı təsdiqlənib.

Siyasi       Tarix: 11 may 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

SOCAR beynəlxalq şirkətlərlə bir sıra mühüm sənədlər imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında təşkil olunan İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində SOCAR tərəfindən müxtəlif şirkətlərlə bir sıra sənədlər imzalanıb.  xəbər veri

10 illik məhkum edilmiş Martin də əfv edildi

Fransaya casusluq ittihamı ilə məhkum olunan Martin Ryan əfv edilib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, M.Ryan bu ilin martında 10 il müddətinə məhkum edilmişdi

İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verdi

Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı məktubu göndərib. Məktubda deyilir:. "Manqistau vilayətində keçirilən hərbi təlimlər zamanı hərbçilərin həlak olması barəd

Əli Əsədov iclas keçirir

Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyi ilə iclas keçirilir. Trend-ə istinadən xəbər verir ki, iclasda 2027-ci ilin dövlət büdcəsi və onunla əlaqəli sənədlər müzakirəyə çıxarılıb. Baş nazir bildirib ki, Preziden

Ermənistan-Azərbaycan sərhədi ilə bağlı MÜHÜM AÇIQLAMA

Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası üzrə işlər tezliklə bərpa olunacaq. KONKRET.azxəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan bildirib. O, işlərin nə vaxt başlayacağını dəqiqləşdirməyib

Prezident icra başçısını vəzifəsindən azad etdi

Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb

Prezident əfv Sərəncamı imzaladı

Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş bəzi şəxslər cəzanın çəkilməmiş hissəsindən azad ediliblər. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmi

2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək

Azərbaycan Respublikasının 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2027-ci il və sonrakı üç il üzrə iqtisadi və sosia

Zelenski: Qış sizin üçün də ağır olacaq

Ukrayna Prezidenti Volodimir Zelenski qarşıdakı qışın həm Ukrayna, həm də Rusiya üçün çətin keçəcəyini bildirib. xəbər verir ki, Zelenski ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyasının 81-ci sessiyasının ikinci iclasınd


azerbaycan xeberleri son xeberler yeni xeberler hava haqqinda azerbaycanda son xeberler hava son xeberler bu gun