Azərbaycan və Pakistan xalqların rifahını sülhün bərqərar olmasında görür
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana rəsmi səfəri zananı iki ölkənin tarixi keçmişi, dostluğu və qardaşlığı haqda önəmli bəyanatlar verilmişdir.
"Azərbaycan və Pakistan arasında olan münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik üzərində qurulub". Görüş zamanı səslənən bu fikir bizim qardaşlığımızdan xəbər verir.
Qardaş ölkə olan Pakistan işğal dövründə Azərbaycana dəstək verən, haqq səsimizə səs verən ölkə kimi 44 günlük Vətən müharibəsi zamanı da bizə güclü dəstək göstərdi və Azərbaycanla qardaşlığını bütün dünyaya sübut etdi.
Ermənistanın beynəlxalq qanunlara sığmayan 30 illik işğal zamanı Pakistan Ermənistan ilə diplomatik münasibətlər qurmayan ölkə kimi bizim haqlı olduğumuzu, Qarabağ torpaqlarının əzəli Azərbaycan torpaqları olduğunu və bizim ərazi bütövlüyümüzü tanıdığını dünya ölkələrinə bəyan etmişdir.
44 günlük qələbəmizdən sonra işğaldan azad edilmiş torpaqlarımızda abadlıq quruculuq işləri başlandı. Ermənilər tərəfindən demək olar ki, tamamilə dağıdılmış əzəli, əbədi yurd yerlərimizdə nəhəng işlər gedir. Ağıllı kəndlər, qəsəbələr salınır. Azərbaycan regionun sülh və əminamanlıq içində olmasına, məcburi köçkünlərin yenidən Qarabağ torpaqlarına qayıtmasına çalışır. Artıq minlərlə öz yurd-yuvalarından didərgin düşmüş həmvətənlərimiz arzusuna çatıb. Yenidən, artıq daha müasir üslubda tikilmiş evlərə köçüblər. Bu yöndə ölkəmizə bir sıra dost, qardaş ölkələrdən dəstək olur. Yaxından dəstək verən ölkələrdən biri də bizə ruhən yaxın olan qardaş Pakistandır.
Bundan əlavə qarşıda iki ölkə arasında ticarət və sərmayə, enerji və müdafiə sənayesi sahəsində əməkdaşlığa dair yeni görüşlərin keçiriləcəyi nəzərdə tutulur.
Görüş zamanı hər iki xalqın və dövlətlərin bundan sonra da bir birinə dayaq və hər sahədə köməyinin artacağı və bu addımların ölkələrin gələcək rifahına xidmət edəcəyi söylənildi.
Azərbaycanlıların Pakistan xalqına olan sevgisi ölkənin müxtəlif yerlərində dalğalanan Pakistan bayraqları ilə bəlli olur. Bu, İkinci Qarabağ müharibəsi dövründə asılmış bayraqlardır.
Cənab prezident İlham Əliyevin görüş zamanı səsləndirdiyi fikirlər hər zaman olduğu kimi xalqın düşüncəsinin və istəyinin təzahürü idi.
Görüşdə eyni zamanda Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif də qarşılıqlı əməkdaşlığın ölkələrin sabahı üçün vacibliyindən danışdı. O, qeyd etdi ki, "Pakistan xalqı Azərbaycan xalqını sevir, qardaş və bacı olaraq".
44 günlük savaş dönəmində Azərbaycan Ordusunun cəsarətlə döyüşərək Qarabağı azad etməsindən danışan baş nazir ölkəsinin regionda sülhü dəstəkləməsindən, Pakistanın və Azərbaycanın sülh tərəfdarı olan ölkələr olduğunu diqqətə çatdırıb.
Ölkə başcılarının görüşü bir daha onu sübut etdi ki, iki ölkə yalnız sülhü dəstəkləyir, xalqların rifahı və regionun sabitliyi üçün bundan sonra da qardaşlığı davam etdirməyi qarşısına məqsəd qoyub.
Nuranə Gülər
Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədr müavini,
Space TV "Qarabağ Azərbaycandır!" verilişinin layihə rəhbəri / azxeber.com

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi