Azərbaycan və Rumıniya XİN arasında siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan və Rumıniya XİN arasında siyasi məsləhətləşmələr keçirildiAzərbaycan və Rumıniya XİN arasında siyasi məsləhətləşmələr keçirildi
Azərbaycan və Rumıniya Xarici Işlər Nazirlikləri arasında video konfrans  formatında doqquzuncu siyasi məsləhətləşmələr keçirildi.
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini və Rumıniya tərəfindən Xarici İşlər Nazirliyinin  dövlət katibinin iştirak etdiyi siyasi məsləhətləşmələrdə iki tərəfli və çoxtərəfli münasibətlərə dair məsələlər müzakirə mövzusu oldu.
Görüşdə tərəflər Azərbaycan-Rumıniya ikitərəfli münasibətlərinin hazırkı vəziyyəti və əməkdaşlıq gündəliyindəki məsələlər, Cənubi Qafqaz bölgəsinin təhlükəsizliyi və inkişafı, habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və digər maraq kəsb edən regional məsələlər ətrafında fikir mübadiləsi apardılar.
Məsləhətləşmələr zamanı iki ölkə arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsi, eləcə də parlamentlərarası əlaqələrin genişləndirilməsinin əhəmiyyəti qeyd edildi.  
Görüşdə, həmçinin COVID-19 pandemiyası ilə bağlı vəziyyətdən asılı olaraq iki ölkə arasında növbəti siyasi məsləhətləşmələrin hər iki tərəfdən nümayəndə heyətlərinin iştirak ilə görüş formatında keçirilməsinə dair razılığa gəlindi. /oxu.az

Siyasi       Tarix: 28 aprel 2021
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar. xəbər verir ki, dövlətimizin başçısı Zəfər abidəsinin önünə əkli

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti

Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə də qalacaq. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə 27 sentyabr - Anım Günü ilə bağlı X-da paylaşımında bildirib. "Anım Günü münasibətilə Qarabağ

Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti

FIA prezidenti Məhəmməd bin Sulayem Bakı Şəhər Halqasının (BŞH) unikal atmosferindən və fərqli xüsusiyyətlərindən danışıb. Bakı Şəhər Halqasından bildirilib ki, o, Bakıya səfərindən çox məmnun olduğunu söyləyib. "Bak

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı ölkəmizin beynəlxalq əhəmiyyətli nüfuzl

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib. xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayənd

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda


azerbaycan xeberleri yeni xeberler son xeberler valyuta bugun xeberler şou biznes xəbərləri cəbhədən son dəqiqə