Azərbaycan və Rusiya Yol Xəritəsini İMZALADI

Azərbaycan və Rusiya Yol Xəritəsini İMZALADIBakıda Azərbaycan-Rusiya əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə 2024-2026-cı illər üçün Yol Xəritəsi imzalanıb.
Bu barədə KONKRET.az-a Nazirlər Kabinetindən bildirilib. Yol Xəritəsi ticarət-iqtisadi və investisiya qoyuluşu, nəqliyyat, sənaye, aqrar və qida təhlükəsizliyi, enerji, turizm, humanitar və sosial, həmçinin innovasiya və informasiya texnologiyaları sahələrində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı konkret addımların atılmasını nəzərdə tutur.
Yol xəritəsinin imzalanması Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevin ölkəmizdə səfərdə olan Rusiya Federasiyası hökuməti sədrinin müavini Aleksey Overçuk ilə keçirdiyi görüşdə baş tutub.
Görüşdə Azərbaycan-Rusiya dostluq əlaqələrinin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub.
Xüsusi qeyd edilib ki, 2022-ci il fevralın 22-də Azərbaycan və Rusiya prezidentləri tərəfindən Moskvada "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında" Bəyannamənin imzalanması ikitərəfli münasibətləri keyfiyyətcə yeni səviyyəyə qaldırıb.
İki ölkə arasında çox geniş müqavilə-hüquq bazasının mövcud olduğu bildirilib. Dövlət başçılarının tapşırığına uyğun olaraq hazırlanmış 2024-cü ilədək olan dövr üçün Azərbaycan-Rusiya əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə yol xəritələrinin icrasının nəticələri yüksək qiymətləndirilib, bu müsbət təcrübənin davam etdirilməsində qarşılıqlı maraq ifadə olunub.
Belə ki, yol xəritələrinin icra olunduğu 2018-2023-cü illəri əhatə edən dövr ərzində ticarətin asanlaşdırılması və ticarət axınının şaxələndirilməsi, gömrük və sərhəd-keçid infrastrukturunun təkmilləşdirilməsi, dövlət sərhədindən yük daşımalarının həcminin, habelə buraxılış məntəqələrinin keçirmə qabiliyyətinin artırılması və bir çox digər istiqamətlərdə əməli addımlar atılıb.
Bildirilib ki, görülən tədbirlər nəticəsində Azərbaycan-Rusiya ticarət-iqtisadi əlaqələrinin dayanıqlı dinamikası təmin edilib, 2017-ci illə müqayisədə ticarət dövriyyəsi 2 dəfədən çox artaraq ötən il 4,3 milyard ABŞ dollarından çox təşkil edib.
Bununla yanaşı, 2023-cü ildə iki ölkə arasında ümumi yük daşımalarının həcmi 2017-ci illə müqayisədə 87 %, o cümlədən tranzit yüklərin həcmi 4 dəfəyə yaxın artıb. Həmçinin Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə yük daşımaları 2017-ci illə müqayisədə 44 %-dən çox olub.
Görüşdə qarşılıqlı investisiya sahəsində həyata keçirilən uğurlu layihələrin əhəmiyyəti qeyd olunub, bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Sənaye sahəsinin müxtəlif istiqamətlərində əməkdaşlığın səviyyəsi yüksək qiymətləndirilib, bu əməkdaşlığın işğaldan azad edilmiş əraziləri də əhatə etdiyi bildirilib.
Nəqliyyat-logistika sahəsində əməkdaşlığın inkişafından məmnunluq ifadə olunaraq bu istiqamətdə geniş imkanların açıldığı diqqətə çatdırılıb. "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyətinə toxunularaq dəhlizin tam gücü ilə fəaliyyət göstərməsi üçün birgə səylərin önəmi vurğulanıb.
Görüşdə həmçinin Azərbaycan ilə Rusiya arasında enerji, kənd təsərrüfatı, gömrük-sərhəd infrastrukturunun təkmilləşdirilməsi, humanitar və bir çox digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri geniş müzakirə olunub.

Siyasi       Tarix: 23 yanvar 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

Məhəmməd bin Salman Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. KONKRET.azxəbər verir ki, təbrik məktubunda deyilir:

Ərdoğan sabah Qarabağa gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məluma

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill

Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"

ABŞ senatoru Ted Kruz Texas ştatında Demokratlar Partiyasının qazandığı tarixi qələbələri şərh edərək bildirib ki, seçicilərin bir hissəsi qəzəb və narazılıq səbəbindən Respublikaçılara səs verməyib. O, Texasın yenidən Respublikaçıları

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd


azerbaycan xeberleri yeni xeberler son xeberler xeber qarabag axsam.az xeberler iqtisadiyyat xeberleri bugun