Azərbaycan və Serbiya arasında təbii qaz sahəsində strateji sənədlər imzalandı

Azərbaycan və Serbiya arasında təbii qaz sahəsində strateji sənədlər imzalandıEnergetika naziri Pərviz Şahbazov ilə ölkəmizdə səfərdə olan Serbiyanın mədən və energetika naziri Dubravka Djedoviç Handanoviçin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
KONKRET.az xəbər verir ki, Energetika Nazirliyindən verilən məlumata görə, görüşdə iki ölkə arasında strateji tərəfdaşlığa əsaslanan münasibətlərin hərtərəfli inkişafında Azərbaycan və Serbiya prezidentlərinin dostluq əlaqələrinin mühüm rolu vurğulanıb. Təbii qaz, elektrik enerjisi sahələrində geniş əməkdaşlıq imkanları dəyərləndirilib. İkitərəfli əlaqələrin yeni müstəvidə inkişafı üçün enerji əməkdaşlığının müstəsna əhəmiyyət daşıdığı qeyd edilib və bu xüsusda, Azərbaycan və Serbiyanın təbii qaz sahəsində tərəfdaşlığa böyük önəm verdikləri ifadə olunub.
Görüş çərçivəsində "Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Serbiya Respublikasının Mədənçilik və Energetika Nazirliyi arasında SOCAR və "Srbijagas" arasında əməkdaşlığın təşviqinə dair Anlaşma Memorandumu", həmçinin "SOCAR və "Srbijagas" şirkətləri arasında qaz satışına dair Müqavilə" imzalanıb.
Energetika naziri Pərviz Şahbazov deyib: "Bu gün imzaladığımız strateji əhəmiyyətli sənədlərlə Azərbaycandan Serbiyaya ilk dəfə qaz tədarükü də daxil olmaqla qaz sahəsində çoxşaxəli əməkdaşlığın əsası qoyulur. Serbiya Azərbaycanın Avropada qaz bazarını şaxələndirməsində yeni tərəfdaşıdır. Serbiyaya illik 400 milyon kubmetrə qədər qazın tədarükü nəticəsində Azərbaycan qazı ilə təchiz edilən ölkələrin sayı 8-ə çatacaq. Bu, Azərbaycanın etibarlı enerji tərəfdaşı missiyasının genişlənməsinin və enerji təhlükəsizliyində rolunun getdikcə artmasının bariz göstəricisidir. Bugünkü razılaşmalarımız qaz tədarükü ilə bağlı tərəfdaşlığımızın uzunmüddətli müqavilələrlə və Azərbaycanın Serbiyanın enerji təhlükəsizliyinə töhfələrinin davamlı olmasına da zəmin yaradır."
Serbiyanın mədən və energetika naziri Dubravka Djedoviç Handanoviç deyib: "Bu gün ölkələrimiz Azərbaycandan Serbiyaya təchiz ediləcək qazın həcmi ilə bağlı müqavilə imzalayaraq ikitərəfli iqtisadi əməkdaşlığın yeni mərhələsinə qədəm qoydular. Azərbaycan qazının yaxın müddətdə istismara verilməsi gözlənilən Bolqarıstan-Serbiya İnterkonnektoru vasitəsilə Serbiyaya çatdırılması sayəsində biz təchizat mənbələrimizin şaxələndirilməsini, o cümlədən Mərkəzi Avropaya qazın paylanmasında tranzit ölkə kimi rolumuzun gücləndirilməsini nəzərdə tutan strateji hədəfimizə nail olacağıq. İmzalanmış müqavilədə növbəti il ərzində 400 milyon kubmetrə qədər qazın nəql olunması nəzərdə tutulub və qarşıdakı illərdə bu həcmin artacağını gözləyirik".
SOCAR-ın prezidenti Rövşən Nəcəf isə qaz müqaviləsinin SOCAR və "Srbijagas" arasında əməkdaşlıqda yeni səhifə açacağını vurğulayıb. Serbiyanın enerji təhlükəsizliyinin, eləcə də iki ölkə və şirkətlər arasında əlaqələrin möhkəmləndirilməsində müqavilənin uğurla həyata keçirilməsinin əhəmiyyətini qeyd edib.
Qeyd edək ki, Anlaşma Memorandumu qaz tədarükündən əlavə Serbiyaya LNG tədarükü, qaz anbarı sahələrində SOCAR-la əməkdaşlıq və şirkətin qaz ticarəti əməliyyatlarında, həmçinin qazla işləyən elektrik stansiyasının inşasında iştirak imkanlarının araşdırılmasını da nəzərdə tutur.

Sosial       Tarix: 15 noyabr 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd

4 min illik xəstəlik yenidən baş qaldırdı – Azərbaycanda da qeydə alınıb

Dünyanın ən qədim yoluxucu xəstəliklərindən biri hesab olunan cüzam – Hansen xəstəliyi ABŞ-də yenidən diqqət mərkəzinə düşüb. Florida ştatında 2026-cı ilin ilk aylarında 19 yeni yoluxma faktının qeydə alınması narahatlı

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Soyuqdəymənin ilk əlamətləri zamanı bunları edin

Soyuqdəymənin ilk əlamətləri hiss olunan kimi xəstəliyi "ayaqüstə" keçirməyə çalışmaq məsləhət görülmür. Mütəxəssislər bu mərhələdə evdə qalmağı, istirahət etməyi və vəziyyət pisləşərsə həkimə müraciət etməyi tövsiy


azerbaycan xeberleri yeni xeberler son xeberler havanın temperaturu valyuta mezennesi 2026 xəbər.az son xeberler bugun 2026 azerbaycan