Azərbaycan vətəndaşlığını qəbul etmək istəyən ermənilərə cinayət işi qaldırılır - Politoloqdan AÇIQLAMA

Azərbaycan vətəndaşlığını qəbul etmək istəyən ermənilərə cinayət işi qaldırılır - Politoloqdan AÇIQLAMAQarabağda yaşayan ermənilərin Azərbaycana inteqrasiyasına mane olan qüvvələr təxribatlar törətməklə prosesi əngəlləyirlər. Qarabağdakı separatçıların təsiri altında olan yerli əhalinin rəyi nəzərə alınmır və oradakı bir qrup erməni əhalini daim qorxu içində saxlayır. Amma bəzi yumşalmalar da müşahidə edilir. Ermənistan mətbuatının xəbərlərində deyilir ki, separatçı rejimin "təhlükəsizlik şurasının katibi" Samvel Babayan Xankəndi ilə Bakı arasında birbaşa dialoqun başlanmasını zəruri hesab edir:
"Bundan sonra biz mövcud olan problemlərin müzakirəsi üçün ikinci mərhələyə keçəcəyik. Bu yolla getməsək, qarşılıqlı etimad olmasa, heç nəyə nail ola bilmərik", – deyə Babayan bildirib.
"Azərbaycan da Qarabağda yaşayan ermənilərin taleyinə biganə deyil və əhalinin inteqrasiyası üçün səylər göstərir".
Bunu KONKRET.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib:
Azərbaycan vətəndaşlığını qəbul etmək istəyən ermənilərə cinayət işi qaldırılır - Politoloqdan AÇIQLAMA"Azərbaycan daim Qarabağda yaşayan erməniəsilli vətəndaşlarla dialoqa hazır olduğunu bildirib. Biz orada separatçıların girovluğunda qalan sadə ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyası üçün səylərimizi davam etdiririk. Azərbaycan dövləti Xankəndi və ətrafında yaşayan erməniəsilli vətəndaşların taleyinə biganə deyil. Onların separatçılardan azad olması üçün dövlətimiz ortaya səmimi iradə qoyub. Bundan əvvəl bir dəfə Xocalıda Qarabağ erməniləri ilə görüş keçirilib. Daha sonra isə Azərbaycan iki dəfə Qarabağ ermənilərinə görüş təklif edib. Lakin orada yaşayan erməni vətəndaşlarımızı əsirlikdə saxlayan separatçılar Azərbaycan tərəfinin təklifindən boyun qaçırıblar. Bununla da Qarabağ ermənilərinin Azərbaycana inteqrasiyasının qarşısını almaq üçün çox ciddi maneələr yaradılıb.
Qarabağda insanlar qorxu altında yaşayır. Azərbaycan vətəndaşlığını qəbul etmək istəyən ermənilər təhdid edilir, onlara qondarma cinayət işləri qaldırılır.
Hər halda bu dialoq mümkündür. Nəzərə almalıyıq ki, Azərbaycan Xankəndi və ətrafında da öz yurisdiksiyasını bərpa etmək niyyətindədir. Eyni zamanda, separatçılara dəstək olan Rusiya sülhməramlı kontingentinin bu prosesi dayandırmaq arzuları da reallaşmayacaq. Artıq Azərbaycan müxtəlif platformalar üzərindən ermənilərlə dialoqa başlayıb və uğurlu şəkildə də davam etdirir".
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 04 iyul 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

Rusiya bu ölkəyə qarşı da hərəkətə keçir - NATO müharibəyə qoşulur?

Finlyandiya Quru Qoşunlarının komandanı general-leytenant Passi Vəliməki "Bloomberg" agentliyinə açıqlamasında ölkəsinin Rusiya ilə sərhəddə tank əleyhinə xəndəklər və maneələrdən ibarət müdafiə xətti inşa etməy

Ərdoğan hökuməti toplayır - Azərbaycan səfəri

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün Beştəpədə Nazirlər Kabinetinin toplantısı keçiriləcək. nocommentaz-a istinadən bildirir ki, hökumətin iclasında əsas müzakirə mövzularından birinin milyonlarl

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin


son xeberler yeni xeberler azerbaycan xeberleri xabar az cəbhədən son xəbərlər 2026 xeberlər siyaseti xeberler bugun