Azərbaycan XİN BMT-nin Əhali Fonduna CAVAB VERDİ

Azərbaycan XİN BMT-nin Əhali Fonduna CAVAB VERDİ"24 yanvar tarixində BMT-nin Əhali Fondunun Laçın yolu ətrafında yaranmış vəziyyətlə bağlı qərəzli, həqiqəti əks etdirməyən və təşkilatın mandatına aid olmayan məsələlərlə bağlı bəyanatı təəccüb və təəssüf doğurur".
KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin BMT-nin Əhali Fondunun Laçın yolu ətrafında yaranmış vəziyyətlə əlaqədar bəyanatına dair şərhində bildirilib.
Qeyd olunub ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 30 il ərzində öz evlərindən didərgin düşmüş, illərlə çadır şəhərciklərində, atılmış qatar vaqonlarında, düşərgələrdə heç bir sağlamlıq şəraiti olmayan mühitdə yaşamış, təhsil, səhiyyə və bütün digər hüquqlardan məhrum olmuş yüz minlərlə azərbaycanlı ailənin acınaqcaqlı vəziyyətinə münasibət bildirməyən BMT-nin Əhali Fondunun azərbaycanlıların legitim etirazlarına dair bəyanat verməsi qəbuledilməzdir.
"Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarının, bu sərvətlərin Azərbaycandan Ermənistana daşınması və yalnız humanitar məqsədlər üçün nəzərdə tutulmuş Laçın yolundan sui-istifadə hallarının qarşısının alınması tələbi ilə Azərbaycanın suveren ərazisi olan Laçın yolunda dinc etirazlar Azərbaycan xalqının legitim hüququdur.
Erməni sakinlərin kompakt yaşadığı Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyətlər Azərbaycanın milli təhlükəsizliyinə hədədir və belə qanunsuz fəaliyyətlərə son qoyulması zəruridir. Bu xüsusda, 2020-ci il 10 noyabr tarixli Üçtərəfli bəyanata uyğun olaraq, Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir. Təhlükəsizlik zəmanəti həmçinin Laçın yolundan sui-istifadənin qarşısının alınmasını ehtiva edir.
Xarici İşlər Nazirliyinin son bir ay ərzində verdiyi bəyanatlarda qeyd edildiyi kimi, Laçın yolunda nəqliyyat vasitələrinin və sakinlərin hərəkətinə etirazçılar tərəfindən heç bir maneə tətbiq edilmir və guya etirazların bölgədə "humanitar fəlakət" yaratdığı barədə iddialar əsassızdır. Etirazlar başlayan gündən yoldan istifadə etməklə sayı 1000-dən artıq olan nəqliyyat vasitələri sakinlərin istifadəsi üçün gündəlik tədarük malları, tibbi ləvazimatlar və zəruri tibbi xidmətlərlə təmin olunublar. Azərbaycan hökuməti həmçinin erməni sakinlərinin üzləşə biləcəyi bütün humanitar ehtiyacları operativ şəkildə həll etməyə hazır olduğunu dəfələrlə bəyan edib. Bütün bunlara baxmayaraq, özlərini erməni sakinlərin "liderləri" kimi təqdim edən şəxslər öz qanunsuz fəaliyyətlərini davam etdirmək məqsədilə yerli əhalidən sipər kimi istifadə etməkdə davam edir və onların hərəkət azadlığına mane olurlar.
Qeyd edilənlərlə əlaqədar, BMT-nin Əhali Fondunu qərəzsiz olmağa və təşkilatın nüfuzuna xələl gətirəcək hərəkətlərdən və açıqlamalardan çəkinməyə çağırırıq", – XİN-dən vurğulanıb.

Siyasi       Tarix: 25 yanvar 2023
f Paylaş

Oxşar xəbərlər

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /

Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian

Biz İran xalqına xidmət etməyə borcluyuq. Ali dini rəhbərimiz (Müctəba Xamenei – red) ABŞ-la "nə müharibə, nə də sülh" vəziyyətinə son qoyulması ilə bağlı göstəriş verib. xəbər verir ki, bunu İran Prezidenti Məsu

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

Ərdoğan: Birdir bizim hər halımız; sevincimiz, kədərimiz; bayraqlarda hilalımız

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X"dəki hesabında Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşü barədə videoçarx paylaşıb. xəbər verir ki, Ərdoğan paylaşımına "Birdir bizim hər halımız; sevincimiz

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni

Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Hacıqabul rayonundan sosial media hesablarında paylaşım edib. xəbər verir ki, Mehriban Əliyeva rayon ərazisindən keçərkən qarşılaşdıqları göy qurşağının görüntülərin

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. xəbər verir ki, Cəbrayıl, Qubadlı v

DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. -un verdiyi xəbərə əsasən, təbrikdə deyilir:. "6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşünd

Şimali Kiprin tanınması üçün... - Ərdoğan

Türkiyə olaraq Şimali Kipr türk xalqını heç vaxt tək və ya köməksiz qoymayacağıq. Bütün dünya bunu bilməli və nəzərə almalıdır. KONKRET.azxəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasınd


azerbaycan xeberleri son xeberler yeni xeberler xeberler bugun 2026 sonxabar az qarabag sonxeber.az