Azərbaycan XİN-dən Ermənistana XƏBƏRDARLIQ
Azərbaycan Xarici İşlər Nazirliyi Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistanın tələbinin yekdilliklə rədd edilməsinə dair 6 iyul 2023-cü il tarixli qərarının rəsmi İrəvan tərəfindən təhrif olunması məsələsini şərh edib.
Qurumdan bildirilib ki, Beynəlxalq Ədalət Məhkəməsinin 11 iyul 2023-cü il tarixində dərc edilmiş 6 iyul 2023-cü il tarixli qərarında qeyd edildiyi kimi, məhkəmə İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi üzrə Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı Ermənistan Azərbaycana qarşı məhkəmə işi üzrə 22 fevral 2023-cü il tarixli Qərarında dəyişiklik edilməsi məqsədilə Ermənistanın 12 may 2023-cü il tarixli tələbini yekdilliklə rədd edib:
"Beləliklə, məhkəmə qərarı ilə bir daha təsdiq etdi ki, "23 aprel 2023-cü il tarixindən etibarən Laçın dəhlizində və ya onun boyunca yerləşdirilən hər hansı bir və bütün şəxsi heyəti geri çəkməyi və belə şəxsi heyətin Laçın dəhlizi üzərində və ya Laçın dəhlizi boyu yerləşdirilməsindən çəkinməyi Azərbaycandan tələb edən əlavə müvəqqəti tədbiri daxil etməklə" 22 fevral 2023-cü il tarixli Qərara dəyişiklik etmək barədə Ermənistanın tələbi əsassızdır.
Ermənistanın yalanlarının əksinə, Beynəlxalq Ədalət Məhkəməsi nəzarət-buraxılış məntəqəsinin Laçın yolu boyunca hərəkətə mane olduğunu və Azərbaycanın 22 Fevral Qərarını pozduğunu müəyyən etməyib.
Ermənistanı tərəflərin mübahisəsini daha da gərginləşdirə biləcək hər hansı hərəkətdən çəkinmək barədə məhkəmənin Qərarına əməl etməyə və "Laçın" sərhəd-buraxılış məntəqəsinin fəaliyyətinə maneə törədən davranışa son qoymağa çağırırıq". / azxeber.com
Turlar.az [newsid: 0-123300]

Qızılca ilə bağlı son vəziyyət açıqlandı
Qazax Rayon Psixiatriya Xəstəxanasında yanğın - 44 xəstə təxliyə edildi+Fotolar
Almaniyada ABŞ-a məxsus hərbi təyyarə qəzaya uğrayıb
Dənizdə batan tələbələrin - Fotosu
Lənkəranda evdən 75 min manat pul oğurlandı - Saxlanılanlar var
Tramp İlham Əliyevdən sitat gətirdi
Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır
Kəmaləni sevənlərə ŞAD XƏBƏR – Bu tarixdə konsert verəcək
Bu işlərdə çalışanların ödündə daş yaranır
Reklamlarda əxlaqsızlığı təbliğ edənlər 500 manat cərimələnəcək - Açıqlama
Sərxanın Rusiyaya girişinə 'stop' qoyulub
Serdar Ortaç vəsiyyətini açıqladı
Abbas Əraqçi Ceyhun Bayramovla görüşdü
Azərbaycan daha bir ölkə ilə vizanı ləğv etdi – Kimlər gedə biləcək?
Yuri Maksimov yenidən Azərbaycanda: Bu klubla anlaşdı