Azərbaycan XİN: 'Laçın yolu açıqdır

Azərbaycan XİN: 'Laçın yolu açıqdır"19 yanvar tarixində İslandiyanın xarici işlər naziri, Avropa Şurası Nazirlər Komitəsinin sədri Tordis Kolbrun Reykfyörd Gilfaddottirin (Thórdís Kolbrún Reykfjörd Gylfadóttir) Laçın yolu ətrafında yaranmış vəziyyətlə bağlı yerdəki reallıqları əks etdirməyən bəyanatı təəssüf doğurur".
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Avropa Şurası Nazirlər Komitəsinin sədrinin Laçın yolu ətrafında vəziyyət ilə əlaqədar bəyanatına dair şərhində bildirilib.
Qeyd olunub ki, Azərbaycanın faydalı qazıntı yataqlarının qanunsuz istismarının, onların qeyri-qanuni şəkildə Ermənistana daşınması və yalnız humanitar məqsədlər üçün nəzərdə tutulmuş Laçın yolundan sui-istifadə hallarının qarşısının alınması tələbi ilə Laçın yolunda dinc etirazlara bu cür münasibət anlaşılan deyil. Azərbaycan ərazisində qeyri-qanuni iqtisadi və hərbi fəaliyyətə qarşı etirazlar Azərbaycan vətəndaşlarının hüququdur və buna hörmətlə yanaşılmalıdır. Bu kimi bəyanatlar bölgədə sülh və əmin-amanlığa töhfə verməməklə yanaşı gərginliyin artmasına gətirib çıxarır.
"Xarici İşlər Nazirliyinin əvvəlki bəyanatlarında da qeyd edildiyi kimi, guya Laçın yolunun "bağlanması", bölgədə "humanitar fəlakət" yarandığı barədə iddialar əsassızdır. Ötən müddət ərzində Rusiya sülhməramlı kontingentinin və Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) konvoylarının, erməni təcili tibbi maşınları daxil olmaqla 800-ə yaxın nəqliyyat vasitəsinin heç bir maneə olmadan yoldan keçməsi bir daha sübut edir ki, yol bağlı deyil. Bununla yanaşı, yerli sakinlərin istifadəsi üçün malların tədarükü və ya zəruri tibbi xidmətlərin göstərilməsi ilə bağlı heç bir maneə mövcud deyildir. Həmçinin dəfələrlə bəyan etdiyimiz kimi, Azərbaycan hökuməti erməni sakinlərinin üzləşə biləcəyi bütün humanitar ehtiyacları operativ şəkildə həll etməyə hazırdır. Özlərini erməni sakinlərin nümayəndələri kimi təqdim edən şəxslərin erməni sakinlərin yoldan istifadəsinə mane olmaqla süni şəkildə humanitar böhran yaratmaq cəhdləri barədə də danılmaz faktlar mövcuddur.
Avropa Şurası Nazirlər Komitəsinin sədri tərəfindən öz evlərindən köçkün düşmüş yüz minlərlə azərbaycanlının acınacaqlı humanitar vəziyyətinə, beynəlxalq humanitar hüququ açıq şəkildə pozan Ermənistanın hərbi cinayətlərinə, Vətən müharibəsindən sonra 282 azərbaycanlının mina qurbanı olması ilə nəticələnən və Laçın yolundan sui-istifadə ilə ərazilərimizdə 2021-ci il Ermənistan istehsalı minalar yerləşdirməklə davam edən mina təhdidlərinə və digər qanunsuz fəaliyyətlərinə bu günə kimi münasibət bildirilməməsi də sual doğurur. Bu növbəti dəfə ikili standart və selektiv yanaşmanın göstəricisidir", - XİN-dən bildirilib.
Avropa Şurası Nazirlər Komitəsinin sədrini qərəzsiz olmağa, bölgədə sülh və əmin-amanlığa xələl gətirəcək hərəkətlərdən və açıqlamalardan çəkinməyə çağırırıq. / azxeber.com

Siyasi       Tarix: 20 yanvar 2023
f Paylaş

Oxşar xəbərlər

Ərdoğan sabah Qarabağa gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məluma

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunun iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. xəbər verir ki, mətndə deyilir:. "Möhtərəm cənab Prezident, Müzəffə

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni

Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlha

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Preziden

Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Hacıqabul rayonundan sosial media hesablarında paylaşım edib. xəbər verir ki, Mehriban Əliyeva rayon ərazisindən keçərkən qarşılaşdıqları göy qurşağının görüntülərin

Şimali Kiprin tanınması üçün... - Ərdoğan

Türkiyə olaraq Şimali Kipr türk xalqını heç vaxt tək və ya köməksiz qoymayacağıq. Bütün dünya bunu bilməli və nəzərə almalıdır. KONKRET.azxəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasınd


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeberler bu gun valyuta mezennesi banklar krminal bu gun cəbhədən ən son xəbərlər