Azərbaycan XİN Nikol Paşinyana cavab verdi
16 iyun tarixində Ermənistanın baş naziri Nikol Paşinyanın hökumət iclasında çıxışı zamanı Laçın dövlət sərhədindən buraxılış məntəqəsi təsis olunmasının "gərgin humanitar vəziyyət" yaratdığı, Azərbaycanın "erməni sakinlərin gündəlik tələbat malları və tibbi məhsullarla təmin olunmasınının qarşısını aldığı", "etnik təmizləmə siyasəti həyata keçirdiyi", Azərbaycanın guya sərhədboyu ərazilərdə təxribat törətdiyi barədə növbəti dəfə səsləndirdiyi cəfəng iddiaları qətiyyətlə rədd edirik.
azxeber.com xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanın baş naziri Nikol Paşinyanın iyunun 16-da hökumət iclasında çıxışı zamanı səsləndirdiyi iddialarla bağlı şərhində əksini tapıb.
Bildirilib ki, Azərbaycanın öz suveren ərazisində sərhəd nəzarət-buraxılış məntəqəsi təsis etməsi məsələsinə Ermənistan tərəfinin hər hansı bir müdaxiləsi Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiadır və bu kimi hərəkətlər beynəlxalq hüququn bütün norma və prinsiplərinə ziddir.
"Görünür ki, bu məntəqənin təsis edilməsi ilə Azərbaycana qarşı təcavüz törətmiş və 30 ilə yaxın müddətdə torpaqlarımızı işğal altında saxlamış Ermənistanın vəziyyəti gərginləşdirən addımlardan və yoldan istifadə etməklə həyata keçirdiyi qeyri-qanuni fəaliyyətlərdən məhrum olması bu ölkəni narahat etməkdədir.
Məntəqədən Azərbaycan Respublikasının Qarabağ bölgəsinin yerli erməni sakinlərinin hər iki istiqamətdə şəffaf, təhlükəsiz və nizamlı keçidi üçün müvafiq şərait mövcuddur və məntəqə təsis edilən gündən yüzlərlə sakin bu yoldan sərbəst şəkildə istifadə etdiyi məlumdur.
15 iyun tarixində Ermənistan tərəfindən bu məntəqəyə və sərhədçilərimizə qarşı törədilmiş təxribatın da məqsədi, Azərbaycan tərəfdən sərhəd buraxılış məntəqəsinin uğurlu fəaliyyətinə kölgə salmaq, məntəqədən təhlükəsiz və sərbəst şəkildə istifadəyə maneçilik törətməkdir.
Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusunun yaralanması ilə nəticələnmiş hücumdan sonra, bu təxribatın səbəblərinin araşdırılması, sərhəd buraxılış məntəqəsinin və oradan keçidin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan tərəfindən həyata keçirilən müvafiq tədbirlərin "blokada" kimi qiymətləndirilməsi qəbuledilməzdir.
Ermənistan tərəfindən əsassız bəyanatlar vermək əvəzinə, təxribatlardan əl çəkməyi, sülh sazişi üzrə danışıqlara və bölgədə kommunikasiyaların açılması məsələsinə məsuliyyətlə və konstruktiv şəkildə yanaşmağı, qüvvələrinin Azərbaycan ərazilərindən tam çıxarılması daxil olmaqla, Üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərə riayət etməyi, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı addımlardan çəkinməyi tələb edirik", - XİN-dən qeyd olunub.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi