Azərbaycan XİN Paşinyana CAVAB VERDİ

Azərbaycan XİN Paşinyana CAVAB VERDİ"Ermənistanın baş naziri Nikol Paşinyanın Beynəlxalq Ədalət Məhkəməsinin qərarı ilə bağlı 23 fevral 2023-cü il tarixli şərhləri məhkəmənin qərarı ilə tərs-mütənasibdir və Ermənistan tərəfinin növbəti dəfə arzularının reallıq kimi təqdimatı cəhdidir".
KONKRET.azxəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin N.Paşinyanın Beynəlxalq Ədalət Məhkəməsinin qərarı ilə bağlı bəyanatına dair şərhində bildirilib.
Qeyd olunub ki, ilk növbədə qeyd edək ki,Paşinyanın guya Məhkəmənin Laçın yolunun bağlandığına dair iddianı qeydə aldığı barədə şərhi heç bir şəkildə Məhkəmənin müvəqqəti tədbirlər barədə qərarının əsaslandırıldığı mətnlə üst-üstə düşmür və qərarda yolun bağlandığı qeyd olunmur.
"Bir qrup azərbaycanlı eko-aktivistlərin Xankəndi-Laçın yolunda keçirdiyi etiraz aksiyalarının guya "Azərbaycan hökuməti tərəfindən təşkil olunduğu" və "Azərbaycanın təbii qazın və s. kommunal xidmətlərin (məsələn, elektrik enerjisi və internet) verilməsinə mane olduğu" barədə Ermənistanın iki əsas iddiasının Məhkəmə tərəfindən rədd edilməsini qəbul edə bilməyən baş nazirin Məhkəmənin məsələ ilə bağlı əsaslandırmasını təhrif etməsi təəssüf doğurur.
Laçın yolunda Azərbaycanın vəzifələrinin nədən ibarət olduğu barədə məsələni şərh edən Ermənistan baş naziri görünür ki, hələ də 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanatında Azərbaycan Respublikasının Laçın yolu üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verməsi barədə müddəanı düzgün anlamayıb. Azərbaycanın Laçın yolunda hərəkətin təhlükəsizliyinə zəmanət verməsi yoldan sui-istifadə hallarına imkan yaradılması kimi anlaşılmamalıdır və Azərbaycan tərəfinin buna imkan yaratmayacağı dəfələrlə bəyan olunub.
Ümumiyyətlə, Beynəlxalq Ədalət Məhkəməsinin guya Ermənistanın vəsatətini təmin etdiyi barədə əsassız iddia ilə bağlı qeyd edək ki, Məhkəmənin müvəqqəti tələbi Ermənistanın tələbi ilə eyni deyil və Məhkəmənin qənaəti budur ki, Azərbaycan "fasiləsiz hərəkəti təmin etmək…" əvəzinə "öz ixtiyarında olan bütün tədbirləri görməlidir". Məhkəmə eyni zamanda, Ermənistanın yol boyu hərəkətin "sərbəst" olması və "bütün" şəxslər, yük və nəqliyyat vasitələri üçün təmin olunması ilə bağlı iddiasını da qəbul etməyib. Bununla, Məhkəmə Azərbaycanın mövqeyinə əlavə olaraq dəstək verərək, Laçın yolu ilə hərəkətin Ermənistanın iddia etdiyi kimi "azad", yəni heç bir nəzarət olmadan həyata keçirilməsi barədə Ermənistanın tələbini rədd edib.
Məhkəmə öz qərarında Azərbaycanın səlahiyyətləri daxilində Laçın yolu boyunca hərəkətin təhlükəsizliyinə zəmanət verilməsi üzrə sərəncamında olan bütün addımları atdığı və atacağına dair, habelə 10 Noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın şərtlərini yerinə yetirdiyi barədə Azərbaycanın səylərini nəzərə alıb.
Ermənistan baş nazirinin minalar ilə bağlı Məhkəmə qərarını təhrif edən açıqlaması isə göstərir ki, Ermənistan tərəfi bu məsələdə yenə də öhdəliyi öz üzərindən atır. Halbuki, Məhkəmədə dinləmələr bir daha göstərib ki, Ermənistan mina istehsal etmədiyi və basdırmadığı barədə beynəlxalq təşkilatlara açıqladığı hesabatlar yalan üzərində qurulub.
Qərardan göründüyü kimi, Ermənistan tərəfindən minaların yerləşdirilməsinin müvəqqəti tədbirlərin tətbiq dairəsinə uyğun olmamasına dair əvvəl gəldiyi nəticəyə yenidən baxılmaması mahiyyət üzrə qərar deyil. Məhkəmənin bu qərarı Ermənistanın Azərbaycan ərazilərində minalar və mina tələləri yerləşdirilməsi, Laçın yolundan sui-istifadə edərək Azərbaycan ərazilərinə 2021-ci il istehsalı minaların daşıması, və minalanmış ərazilər barədə həqiqi xəritələrin təqdim edilməməsi kimi öhdəliklərin pozuntularından azad etmir. Ümumilikdə qeyd edək ki, Məhkəmə tərəfindən mina təhdidi məsələsinə mahiyyəti üzrə ayrıca baxılacaq.
Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, Laçın yolundan istifadə qanuni və şəffaf olmalıdır və yoldan sui-istifadə hallarına yol verilməməlidir. Bu səylərin tərkib hissəsi kimi, Azərbaycan Laçın yolunun başlanğıcında sərhəd nəzarət keçid məntəqəsi yaradılması barədə təkliflə çıxış edib. Bu təklif Azərbaycanla Ermənistan arasında post-münaqişə normallaşma prosesi çərçivəsində Laçın yolu üzrə şəffaf mexanizm və etimad quruculuğu tədbiri kimi beynəlxalq tərəfdaşlar tərəfindən də müsbət qarşılanıb. Lakin, Ermənistanın bu təklifdən heç bir əsas gətirmədən imtina etməsi Ermənistanın Laçın yolunda şəffaflıqda maraqlı olmadığını və sui-istifadə hallarını davam etdirmək niyyətinin göstəricisidir", – nazirlikdən qeyd olunub.

Siyasi       Tarix: 24 fevral 2023
f Paylaş

Oxşar xəbərlər

Paşinyan təcili Rusiyaya gedir - Nə baş verir?

Ermənistanın Baş naziri Nikol Paşinyan 6–9 iyul tarixlərində Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək beynəlxalq sənaye sərgisi "İnnprom-2026" tədbirində iştirak edəcək. xəbər verir ki, Erməni KİV-lərinin yaydığ

Ermənistanın balans oyunu: Paşinyan Qərbə yaxınlaşır, Moskvanı isə... - Rəylər

Paşinyan balans siyasətini davam etdirir: Ermənistanın Qərbə inteqrasiyası və daxili siyasi gərginlik. Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Avropa İttifaqı ilə inteqrasiya kursunu davam etdirəcəyini bəyan ets

Ukrayna Rusiyanın ordu generalına qarşı cinayət işi başlatdı - Gerasimovun başı dərddə

Ukraynanın Təhlükəsizlik Xidməti (SBU) və Baş Prokurorluq Ofisi Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov barəsində hərbi cinayətlər faktı üzrə cinayət işi başladıb. xəbər verir ki, b

Rusiyada Putinin reytinqi kəskin azaldı

Rusiya Prezidenti Vladimir Putinə etimad səviyyəsi bir həftə ərzində 3,4% bənd, onun fəaliyyətinin bəyənilmə səviyyəsi isə 3,5% bənd azalıb. KONKRET.azxəbər verir ki, bu barədə Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzinin (VTSİOM

İlham Əliyev Kanadanın General-Qubernatorunu təbrik etdi

Prezident İlham Əliyev Kanadanın General-Qubernatoru Luiza Arbura təbrik məktubu ünvanlayıb. Məktubda deyilir:. "Hörmətli xanım General-Qubernator,. Kanada Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbayca

Hikmət Hacıyev amerikalı professorla regional məsələləri müzakirə edib

Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda amerikalı iqtisadçı, professor Ceffri Saksla görüşüb. xəbər verir ki, bu barədə Hikmət Hacıyev "X"

Azərbaycan XİN ABŞ-ni təbrik etdi

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ni Müstəqillik Günü və Birləşmiş Ştatların 250 illiyi münasibətilə təbrik edib. Bununla bağlı XİN-in "X"dəki hesabında paylaşım olunub. "Amerika Birləşmiş Ştatlar

Xankəndi Bəyannaməsi qəbul edildi

Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" çərçivəsində tədbir iştirakçıları elm, təhsil, dil, mədəniyyət və ortaq tarixi irsin qorunması sahələrində türk dövlətləri arasında əməkdaşlığı

Zelenskidən ŞOK XƏBƏRDARLIQ: "Ailələrinizi qoruyun"

Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Dublinə səfəri zamanı keçirdiyi mətbuat konfransında Rusiyanın yeni irimiqyaslı hücuma hazırlaşdığı barədə kəşfiyyat məlumatlarının olduğunu açıqlayıb. xəbər verir ki, dövlət başçıs


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən xəbərlər ən son xəbərlər bugün valyuta mezenesi cəbhədən şad xəbər