Azərbaycan yenə də Avropaya nümunə olacaq - ŞƏRH

Azərbaycan yenə də Avropaya nümunə olacaq - ŞƏRH"Qarabağ"ın mətbuat katibi Gündüz Abbaszadə Türkiyə millisinin oyunlarının Azərbaycanda böyük coşqu ilə izlənəcəyini bildirib.
Publika.az-a müsahibəsində G.Abbaszadə Bakıda keçiriləcək Avropa çempionatı həyəcan və gözləntilərini bölüşüb:
- Gündüz bəy, Avropa çempionatın dörd oyununun Bakıda keçirilməsi həm idman, həm də turizmin inkişafına necə təsir göstərəcək?
- Təəssüf ki, UEFA Avro-2020 çempionatı pandemiya dönəminə təsadüf etdi və təxirə salındı. Məlum səbəblərdən bu il istənilən sayda azarkeş Bakıya gələ bilməyəcək, bəzi məhdudiyyətlər var, stadion tam dolmayacaq. Bakının artıq əvvəlki illərdə mötəbər oyunlarına ev sahibliyi etmək təcrübəsi var və bu, böyük bir üstünlükdür. Hesab edirəm ki, həm təşkilati, həm də təhlükəsizlik baxımından Bakı nümunəvi şəhərlərdən olacaq. Şübhəsiz ki, Azərbaycanda ən böyük futbol hadisələrindən birini yaşayacağıq. Azərbaycanlı azarkeşlər bu oyunlardan böyük zövq almalıdır.
Azərbaycan yenə də Avropaya nümunə olacaq - ŞƏRHTurizm baxımdan daha yaxşı və effektiv nəticələr ola bilərdi, təəssüf ki, oyunları izləmək istəyən əcnəbi vətəndaşlar istədiyi vaxt gələ bilməyək, müəyyən problemlər qalmaqdadır. İnanırıq ki, gələcəkdə kifayət qədər yaxşı təsir edəcək. Lakin qarşıda bizi Türkiyənin milli komandasının "ev" oyunu gözləyir, görünən odur ki, qardaş Türkiyənin azarkeşləri çoxluq təşkil edəcək.
- Futbolsevərlər üçün xüsusilə bayramdır. Həyəcan varmı?
- Daha əvvəl Ukrayna və Polşada Avropa çempionatını canlı izləmək imkanım olmuşdu. Sizə səmimi deyim ki, oyunlara öz doğma evindən şahidlik etmək tam fərqli hisslərdir. Bəxtimiz həm də ona görə gətirdi ki, azərbaycanlı azarkeşlər ən çox sevdiyi qardaş Türkiyə yığma komandasının da oyununu izləmək imkanı qazanacaq. Türkiyəli azarkeşlər narahat olmasınlar, onlar öz evlərində oynayacaqlar!
- Bu oyunların Azərbaycanda keçirilməsi üçün UEFA hansı şərtləri qoymuşdu? Sizcə, irəli sürülən bu tələblərə cavab verə biləcəyikmi?
- Oyunları yaxından izləyən bir peşəkar kimi deyirəm, əgər UEFA-nın təhlükəsizlik və təşkilat baxımdan Azərbaycana zərrə qədər şübhəsi olsaydı, digər iki şəhər kimi ev sahibliyini Bakının əlindən alardı. Azərbaycanı bu oyunlardan məhrum edərdi. Əminəm ki, UEFA Azərbaycanın bu məsələyə nə qədər həssas yanaşdığından xəbərdardır. Böyük Vətən müharibəsi artıq geridə qalıb. Bütün dünyanın tanıdığı ərazi bütövlüyümüzü bərpa etmişik. Azərbaycan təşkilatçılığı və qonaqpərvərliyi ilə bütün Avropaya nümunə olacaq.
- Futbol azarkeşlərini hansı sürprizlər gözləyir?
- Çempitonatın yayımını Azərbaycanda İctimai televiziya və İdman Azərbaycan Dövlət Televiziyası həyata keçirəcək. Hər iki kanalın əməkdaşlarına bu gərgin bir ay ərzində uğurlar arzulayıram. Hazırlıqlar yüksək səviyyədədir.
Aytən Məftun

İdman       Tarix: 11 iyun 2021
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Kokauri gümüş medal qazandı

Azərbaycan cüdoçusu Uşanqi Kokauri Bakıda keçirilən cüdo üzrə dünya çempionatında final görüşünə çıxıb. xəbər verir ki, o, +100 kq çəki dərəcəsində İnal Tasoevlə üz-üzə gəlib. İdmançımız bu görüşdə məğlub olaraq gümüşlə kifayətləni

Etiraz aksiyalarına görə bu oyunun vaxtı dəyişdirildi

Fransa Liqa 1-də keçirilməsi planlaşdırılan "Tuluza" – "Trua" oyununun vaxtı dəyişdirilib. KONKRET.azxəbər verir ki, buna ölkədə keçirilən etiraz aksiyaları səbəb olub. Daha əvvəl oktyabrın 24-də keçirilməs

60 oyuna 60 qol - Messinin rekordunu belə qırdı

"Mançester Siti"nin norveçli hücumçusu Erlinq Haaland Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda PSJ-yə məğlub olduqları oyunda (2:4) dubl edərək iki tarixi rekorda imza atıb və Lionel Messinin göstəricilərin

İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR 

FIFA prezidenti Canni İnfantino Bakıda U-15 dünya çempionatı və festivalının təşkilinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib. xəbər verir ki, o, bununla bağlı İnstaqram hesabında paylaşım edib. Canni İnfantin

"Real"ın oyunu azərbaycanlı referiyə tapşırıldı

Azərbaycanın FİFA referisi Kamal Umudlu UEFA-dan yeni təyinat alıb. AFFA-dan -a verilən məlumata görə, o, Gənclər Liqasının liqa mərhələsində keçiriləcək "Roma" (İtaliya) – "Real Madrid" (İspaniya) oyunun

Qəzet oxumayan Kral: Əfsanəyə çevrilən ömür

"Mən futbol oynamaq üçün doğulmuşam. Necə ki Bethoven möhtəşəm musiqi bəstələmək, Mikelancelo isə rəsm çəkmək üçün dünyaya gəlib". Pele. 1940-cı il oktyabrın 23-də Braziliyanın Tres-Korasoyns şəhərində Edson Aranti

"Qalatasaray" Fransadan qalib qayıdır

Bu gün UEFA Çempionlar Liqasında II tura yekun vurulur. xəbər verir ki, sonuncu oyun günündə 9 qarşılaşma baş tutur. Türkiyə təmsilçisi "Qalatasaray" səfərdə "Lill"lə qarşılaşıb. Oyun İstanbul klubunu

7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb. xəbər verir ki, bu barədə AMADA-dan məlumat verilib. Bildirilib ki, idmançı tərəfindən məkan məlumatı pozuntusu aşkarlanıb

"Şəfa" "Kəpəz"ə, "Neftçi" "Turan Tovuz"a qarşı

Misli Premyer Liqasında 9-cu tur davam edir. xəbər verir ki, ikinci oyun günündə daha iki görüş keçiriləcək. "Şəfa" "Kəpəz"i, "Neftçi" isə "Turan Tovuz"u qəbul edəcək. Bu turun mərkəz


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən ən son xəbərlər son xabar cebheden xeber en yeni xeberler