Azərbaycana 15 kq-a yaxın narkotik gətirən şəxslər tutuldu

Azərbaycana 15 kq-a yaxın narkotik gətirən şəxslər tutulduDaxili İşlər Nazirliyi (DİN)Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan şəxslərə qarşı silsilə əməliyyat tədbirləri həyata keçirilib.
Bu barədə Open.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Baş İdarə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında keçirdikləri tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Səbail rayon sakini Ruslan Axundov saxlanılıb. Şəxsi axtarış aparılan zamanı onun üzərindən 4 qram, yaşadığı evdən isə 7 kq 60 qram heroin və 3 kq 260 qram metamfetamin aşkar olunaraq götürülüb.
Baş İdarə əməkdaşları tərəfindən Nərimanov rayonu ərazisində keçirilən növbəti tədbir zamanı isə paytaxt sakini Emil Cəlilov saxlanılıb. Onun üzərindən 5 qramdan artıq psixotrop maddə metamfetamin, idarə etdiyi avtomobildən isə 584 qram heroin, 23 qram tiryək, 147 qram metamfetamin və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.
Əməliyyat tədbirlərinin davamı olaraq Emil Cəlilovun yaşadığı evdən əlavə 665 qram heroin və 288 qram metamfetamin aşkarlanıb.
O, ifadəsində narkotik vasitələri satmaq niyyəti ilə tanışı Toğrul Talışlıdan aldığını bildirib. Baş İdarə əməkdaşları tərəfindən həmin şəxs də tutulub. Onun idarə etdiyi avtomobilə baxış zamanıisə 3 qram metamfetamin və 7 qram marixuana aşkar olunaraq götürülüb.
Baş İdarə əməkdaşları tərəfindən Nəsimi rayonunda keçirilən daha bir əməliyyat zamanı Cəbrayıl rayon sakini Atakişi Məmmədov saxlanılıb. Onun üzərindən 5 qrama yaxın heroin, yaşadığı evdən isə əlavə 1 kq 88 qram heroin, 395 qram qurudulmuş marixuana, 269 qram metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilib.
Baş İdarə əməkdaşları tərəfində Nəsimi rayonunda keçirilən sonuncu tədbir zamanı isə paytaxt sakini Murad Axundov saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 4 qram heroin, idarə etdiyi avtomobildən isə 1 kq 20 qram heroin və 140 qramdan artıq metamfetamin aşkar olunaraq götürülüb.
Sonuncu məliyyatlar nəticəsində 15 kq-a yaxın narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.
Araşdırma zamanı müəyyən olunub ki, saxlanılan şəxslərin hər biri hələlik adı istintaqa məlum olmayan müxtəlif İran vətəndaşlarının tapşırığı ilə qanunsuz yollarla Azərbaycan ərazisinə keçirilən külli miqdarda narkotik vasitə və psixotrop maddəni Bakı şəhərində qəbul ediblər və gizlədiblər. Onlar narkotik vasitələri İran vətəndaşlarının deyəcəkləri adamlara satmalı və pulun bir hissəsini geri göndərməli imişlər.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, adları çəkilən şəxslərin hər biri tutularaq istintaqa təqdim olunublar. Cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Hadisə       Tarix: 22 iyul 2020
f Paylaş

Oxşar xəbərlər

Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı

Ağcabədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində üçü eyni ailənin üzvü olmaqla 4 nəfər xəsarət alıb. trend- ə istinadən xəbər verir ki, qəza rayonun Arazbar kəndində baş verib. Kənd sakini, 1979-cu il təvəllüdl

Ceyranbatanda 10 şagird zəhərləndi

Ceyranbatan qəsəbəsi 2 nömrəli tam orta məktəbin 10 şagirdi zəhərlənib. KONKRET.azAPA-ya istinadla xəbər verir ki, şagirdlərin "popkorn"dan zəhərləndiyi ehtimal olunur. Hazırda məktəb ərazisinə təcili yardım briqadas

Tovuzda ağır qəza - 3 nəfərin vəziyyəti ağırdır

Tovuzda yol qəzası baş verib. xəbər verir ki, hadisə rayonun Xatınlı kəndində qeydə alınıb. "VAZ 21011" markalı avtomobillə "Opel" markalı maşın toqquşub. İlkin məlumata görə, hadisədə üç nəfər xəsarə

Kütləvi davada qətli törədənlərin kimliyi bilindi

Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı əlavə detallar məlum olub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, qətli törədənlərin "Sabunçu Emil" və MMA döyüşçüsü kimi tanınan Elnar adlı şəxslər olduğ

Cavid Ağaməliyev həbs edildi

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tərkibindəki "Naxçıvan Aqroservis" ASC-nin mənimsəmə ittihamı ilə saxlanılan sədri Cavid Ağaməliyev məhkəməyə çıxarılıb. -ın məlumatına görə, prokuror cinayəti

Buzovnada 2 yaşlı qız su kanalında boğularaq öldü

Buzovnada 2 yaşlı qız su kanalında boğularaq ölüb. xəbər verir ki, Buzovna qəsəbəsində 2024-cü il təvəllüdlü F.C evinin qarşısındakı su kanalına düşərək boğulub. F.C meyiti sudan çıxarılıb. Araşdırmalar rayon prokurorluğ

Kəlbəcərdə ağır qəza: sürücü öldü, arvadı yaralandı

Kəlbəcərdə ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə Kəlbəcər-İstisu avtomobil yolunda qeydə alınıb. Hərəkətdə olan "KİA" markalı minik avtomobili idarəetmədə

Göyçayda 26 min manatlıq oğurluq: kürəkən və qayınata tutuldu

Göyçay rayonu ərazisində silsilə oğurluqlar edilib. KONKRET.azxəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, evlərə daxil olan naməlum şəxslər 24 min manatdan artı

Bakı məktəbində faciə: 7-ci sinif şagirdi…

Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə bədbəxt hadisə baş verib.  bildirir ki, -ın əldə etdiyi məlumata görə, məktəbin 7-ci sinif şagirdi olan qız pəncərədən yıxılıb. Hadisə nəticəsində şagird həyatın


son xeberler azerbaycan xeberleri yeni xeberler en sonxeber apa.az xeberler hava proqnozu beynelxalq bank mezenne