Azərbaycana gətirilən kolbasaların idxal qiyməti AÇIQLANDI
2023-cü ilin yanvar-aprel aylarında Azərbaycana 5 milyon 435 min dollar dəyərində 1 926 ton ətdən və əlavə ət məhsullarından hazırlanan kolbasalar idxal edilib.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, bu göstərici həcmi baxımından 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 23% və ya 360 ton, məbləğ baxımından isə 19% və ya 864 min dollar çoxdur. 2022-ci ilin ilk 4 ayında Azərbaycana 4 milyon 570 min dollar dəyərində 1 566 ton ətdən və əlavə ət məhsullarından hazırlanan kolbasalar idxal edilib.
Qeyd edək ki, hesabat dövründə Azərbaycana kolbasa əsasən Rusiyadan (1 592 ton), Belarusdan (105 ton), Almaniyadan (99,3 ton) və Türkiyədən(83.3 ton) gətirilib.
Əlavə edək ki, bu dövrdə Rusiyadan gətirilən kolbasanın hər kiloqramının orta idxal qiyməti 4,1, Belarusdan gətirilən 8,16, Almaniyadan gətirilən yeddi, Türkiyədən gətirilən isə 7.4 manata bərabər olub. / azxeber.com

Bakıda avtomobil piyadanı vurub
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı
Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı
İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib