Azərbaycana qarşı ballistik raket zərbələri beynəlxalq humanitar hüququn ciddi pozuntusudur

Azərbaycana qarşı ballistik raket zərbələri beynəlxalq humanitar hüququn ciddi pozuntusudurAzərbaycana qarşı ballistik raket zərbələri beynəlxalq humanitar hüququn ciddi pozuntusudur
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşlarının işğaldan azad olunmuş Şuşa şəhərində və onun ətrafında həyata keçirdiyi tədbirləri zamanı "İskəndər" operativ-taktiki kompleksinə daxil olan raketin qalıqlarının tapılması Ermənistan tərəfindən törədilmiş növbəti müharibə cinayətinin əyani sübutudur.   
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev parlaq qələbə ilə nəticələnən 44 günlük Vətən müharibəsinin ilk günlərindən bəyan etmişdi ki, ordumuzun bölmələri döyüş meydanında beynəlxalq öhdəliklərinə sadiqliyini nümayiş etdirərək, ciddi şəkildə beynəlxalq humanitar hüquq normaları və prinsiplərinə riayət edir. 
Təəssüf ki, işğalçı Ermənistanın silahlı qüvvələri "Cenevrə hüququ" kimi tanınan 12 avqust 1949-cu il tarixli dörd Cenevrə konvensiyaları və onların 8 iyun 1977-ci ildə qəbul olunmuş iki Əlavə protokolunu total formada pozmuşdur.  
Məlum olduğu kimi, "Beynəlxalq silahlı münaqişələrin qurbanlarının müdafiəsinə dair" I saylı Əlavə Protokolun 51-ci maddəsinin 2-ci hissəsinə əsasən, mülki əhali və ayrı-ayrı mülki şəxslər hücum obyekti ola bilməz. Həmin Protokolun 85-ci maddəsinin 2-ci hissəsinin "a" bəndi mülki əhalinin və ayrı-ayrı mülki şəxslərin hücum obyektinə çevrilməsini  qadağan edir və bu cür əməllər  müharibə cinayəti kimi qiymətləndirilir. "Cenevrə hüququnun" digər fundamental müddəası I saylı Əlavə Protokolun 35-ci maddəsində nəzərdə tutulub. Həmin maddəyə əsasən, hər hansı silahlı münaqişədə onun tərəflərinin müharibənin aparılmasının vasitələri və üsullarını seçmək hüququ məhduddur. Lüzumsuz xəsarətlər və ya artıq iztirablara səbəb olan silah, mərmi, maddələrdən və döyüş üsullarından istifadə etmək qadağandır. Həmçinin yeni növ silahlar, vasitələr və ya müharibə üsulları inkişaf etdirilərkən, əldə edilərkən və ya silahlı qüvvələr tərəfindən qəbul edilərkən, onların beynəlxalq humanitar hüquqa və Əlavə Protokolun iştirakçılarına münasibətdə tətbiq edilən digər beynəlxalq müqavilələrə uyğun olması mütləqdir və bu qayda I saylı Əlavə Protokolun 36-cı maddəsində nəzərdə tutulub. 
"İskəndər" tipli raketlərin ölkəmizə qarşı tətbiqi həmçinin beynəlxalq humanitar hüququn ən fundamental prinsiplərindən olan mütənasibliyi kobud şəkildə pozur. Həmin prinsip I saylı Əlavə Protokolun 51-ci maddəsinin 5-ci hissəsinin "b" bəndində əksini tapıb və nəzərdə tutur ki, mülki əhali arasında itkilərə, mülki şəxslərin yaralanmasına və mülki obyektlərə ziyan vurulmasına səbəb ola biləcək və əldə edilməsi gözlənilən hərbi üstünlüyə mütənasıb olmayan hücumlar qadağandır.      
Beləliklə, beynəlxalq humanitar hüquq normaları və prinsiplərinə əsasən, ballistik raketlərdən, yəni irimiqyaslı məhvedici radiusa malik olan partlayıcı vasitələri daşıyan raketlərdən, mülki əhalinin yaşadığı zonada, hətta hərbi hədəflərə qarşı tətbiqi, qeyd edilən "Cenevrə hüququnun" ən ciddi pozuntuları sırasına daxildir. Beynəlxalq humanitar hüquqda hədəfləri fərqləndirməyən, mülki əhali ilə legitim hərbi hədəfləri ayıra bilməyən, mütənasiblik prinsipini pozan silahların tətbiqi birmənalı qadağan olunur. 
Mülki əhali və kombatantların, yəni münaqişə tərəflərinin silahlı qüvvələrinə daxil olan hərbi heyətin fərqləndirilməsi və mütənasiblik dövlətlərin təcrübəsində beynəlxalq silahlı münaqişələrdə tətbiq olunan beynəlxalq adət hüququnun normaları kimi tanınır. Beləliklə, Ermənistan tərəfindən "İskəndər" tipli raketlərin Azərbaycana qarşı tətbiqi həm beynəlxalq humanitar hüququn, həm də beynəlxalq adət hüququnun ciddi pozuntusudur və nəticə etibarı ilə müharibə cinayətidir.  
Nizami Səfərov,
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, hüquq elmləri doktoru   /oxu.az

Siyasi       Tarix: 06 aprel 2021
f Paylaş

Oxşar xəbərlər

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarın

Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib. xəbər verir ki, qonaq qəbula görə minnətdarlığın

İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian"

Putin Kasparovu öldürmək istəyir

Rusiya hakimiyyəti ABŞ-da Harri Kasparov və İlya Ponomaryovu öldürməyə hazırlaşıb. KONKRET.azxəbər verir ki, bu barədə İspaniyanın El Mundo qəzeti yazıb. Qəzetin məlumatına görə, Rusiya tərəfi ABŞ-da Free Russia Forum təşkilatını

Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."

ABŞ rəsmiləri İranın son addımları və bölgədəki vəziyyətlə bağlı sərt bəyanatlar səsləndiriblər. KONKRET.azxəbər verir ki, ABŞ rəhbərliyindən bildirilib ki, iranlılar öz hərəkətlərində səhvə yol verdiklərini anlayırlar. "Onla

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

Kiyevdə həlak olan Abbasın nəşi Azərbaycana gətiriləcək

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də saat 22:00 radələrində Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasov həlak olub. Azərbaycan Xarici İşlər Nazirliyini


azerbaycan xeberleri yeni xeberler son xeberler son xeberler bugun 2026 muharibe cəbhədən ən son xəbərlər futbol xeberleri iqtisadiyyat xeberleri bugun