"Azərbaycana qədər razılaşmalar imzalamışıq" - Draqi
İtaliyanın Baş naziri Mario Draqi ölkəsinin təbii qazla təchizatında Azərbaycanın əhəmiyyətindən danışıb.
KONKRET.az xəbər verir ki, M.Draqi Azərbaycandan əlavə qaz həcmlərinin tədarükünü qeyd edərkən deyib:
"Əlcəzairdən tutmuş Azərbaycana qədər qaz tədarükünün artırılması üçün yeni razılaşmalar imzalamışıq. Ötən il idxalımızın 40 faizini Rusiya təbii qazı təşkil edirdi. Cari ildə bu göstərici yarıya qədər azaldılıb. Bərpaolunan enerji mənbələrinin inkişafını sürətləndiririk. Bu ilin 8 ayında bərpaolunan enerjiyə tələbat 2020-ci və 2021-ci illərin göstəricisinin cəmindən təxminən 4 dəfə çoxdur".
İtaliyanın Baş naziri ölkəsinin 2024-cü ilin payızına qədər Rusiya təbii qazından asılılığı tamamilə aradan qaldıracağını bildirib, bunun milli təhlükəsizlik üçün əsas hədəf olduğunu vurğulayıb. O qeyd edib ki, bunun üçün İtaliyanın yeni təbii qaz təchizatı layihələrinin nəzərdə tutulan müddətdə tamamlanması vacibdir.
M.Draqi İtaliyanın təbii qaz anbarlarının doluluq nisbətinin hazırda 80 faiz səviyyəsində olduğunu və oktyabrda bu göstəricinin 90 faizə çatdırılmasının qarşıya hədəf kimi qoyulduğunu deyib. Baş nazir qaz təchizatı həcmlərinin qorunmasının qeyri-davamlı həddə çatan xərclərin artmasının qarşısını ala bilməyəcəyini də bildirib.
Qeyd edək ki, iyulun 21-də İtaliyanın Baş naziri postundan istefa verən M.Draqi sentyabrın 25-də keçiriləcək seçkilərə kimi səlahiyyətlərinin icrasını davam etdirir.
Kurslar.az kurslar [newsid: 0-123300]

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var