"Azərbaycana təzyiq etmək və Türkiyənin regiondakı fəaliyyətini məhdudlaşdırmaq istəyirlər" - ŞƏRH

"Nensi Pelosinin Ermənistana səfərinin əsl məqsədi İranı tam blokadaya almaq və erməniləri Tehran əleyhinə cəbhəyə cəlb etməkdir". Erməni analitik Arqişti Kiviryanın bu fikiri əməlli-başlı səs-küyə səbəb olub. Görünən odur ki, ABŞ Ermənistanı ələ keçirməklə həm Rusiya kimi güclü rəqibdən, həm də əzəli düşməni İrandan xilas olmaq istəyir. Eyni zamanda regionda nüfuz sahibi olan Azərbaycana və dünyada artıq gücə çevrilən Turkiyəyə qarşı da təzyiq vasitəsi kimi rəsmi İrəvanın seçilməsi təəccüblü deyil.  Bəs görəsən Pelosi Azərbaycan əleyhinə işlər aparmaq və Ermənistanı rəsmi Bakıya qarşı təxribata sürükləmək, yoxsa İrəvanı İrana qarşı cəbhəyə cəlb etmək üçün səfər edib?
Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Oqtay Qasımov bildirib ki, Ermənistanda Nensi Pelosinin bu səfərinə müxtəlif yanaşmalar var: "Böyük əksəriyyət eyforiyadadır və hesab edirlər ki, Pelosinin gəlişi ilə Ermənistanın bütün problemləri çözüləcək, həmçinin Azərbaycanla Türkiyəni cəzalandırmaq mümkün olacaq. Eyni zamanda ermənilər öz revanşist düşüncələrini və xəyallarını gerçəkləşdirmək imkanı qazanacaqlar. Əlbəttə ki, bütün bunlar bir xəyaldır. Nensi pelosinin səfərini birmənalı izah etmək doğru olmaz. Bu səfərdə bir çox məqsədlər var. Əvvala böyük mənada Ukrayna savaşından sonra açıq müstəviyə keçən Qərb-Rusiya qarşıdurması yeni mərhələyə adlayıb. Artıq ABŞ və Qərbin məqsədi Rusiyanı Qafqazdan sıxışdırıb çıxarmaqdır. Bu istiqamətdə fəaliyyət göstərilir. Digər tərəfdən Azərbaycana müəyyən təzyiqlər etmək, Türkiyənin regiondakı fəaliyyətini məhdudlaşdırmaq da məqsədlər sırasında yer alır. Çünki ABŞ, NATO-da Türkiyə ilə müttəfiq sayılsa da, rəsmi Ankaranın müstəqil siyasətini qəbul etmək istəmir və bundan qıcıqlanır.  Digər tərəfdən Azərbaycana müəyyən təzyiqlər göstərib Ermənistan cəmiyyətində Amerika simpatiyasını artırmaq və İrəvanı Kremldən mümkün qədər uzaqlaşdırmaq siyasi xətti yürüdülür. Pelosinin bu səfəri və qondarma "soyqırımı" abidısini ziyarət edərkən göz yaşı tökməsi isə başqa məqsədə xidmət edir. Bilirsiniz ki, noyabrda ABŞ Konqresinə seçkilər olacaq və son bir ildə Bayden hakimiyyətinin və Demokratların nüfuzunda xeyli geriləmə müşahidə olunur. Ona görə də, Demokratlar partiyasının aktiv seçici kütləsi olan ermənilərin səsinə və erməni diasporunun maliyyə imkanlarına ehtiyacı var. Buna görə də Pelosi "timsah göz yaşları" ilə ermənilərin könlünü almaq istəyir. Təbii ki, bu səfər təxribat xarakterlidir və bölgədə sülhə ciddi zərər verir. Eyni zamanda ABŞ Ermənistanda öz mövqelərini gücləndirmək və bundan İrana qarşı istifadə etmək niyyəti də güdə bilər".
Politoloq əlavə edib ki, Pelosinin Ermənistandakı çıxışları bu səfərin xoşniyyətli olmadığını tam sübuta yetirir: "Azərbaycana təzyiq etməyə çalışırlar. Bu da Pelosinin qərəzli çıxışlarında aydın görünür. Pelosi ranqına görə ABŞ-da üçüncü mövqedə dayanan şəxs olmasına baxmayaraq, ABŞ-da siyasət Prezident, Pentaqon və XİN tərəfindən müəyyən edilir. Orada isə yəqin ki, Pelosi kimi militant çıxş etmək istəyənlər çox deyil. Baxmayaraq ki, Bayden administrasiyası Amerika dövlətinin tarixində ən qatı ermənipərəst hakimiyyət kimi tanınır. Bu hökumətin 11 üzvündən 6-sı aktiv şəkildə erməni disporunun işçisi olan siyasətçilərdir. Onların da başında Co Bayden, Co Kerri, kamala Harris, Nensi Pelosi və digərləri dayanır. Ona görə də, ABŞ tərəfindən atılan addımlar bizi təəccübləndirməməlidir. Azərbaycan isə səbr, təmkin və dövlət ağlı ilə lazımı cavabı verməlidir".
Müşviq Tofiqoğlu,
KONKRET.az
 
 
 

Siyasi       Tarix: 19 sentyabr 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu təbrik edib. təbrikin mətnini təqdim edir:. "Hörmətli Sərdar Qurbanquliyeviç,. Türkmənistanın müstəqilliyinin 35-ci ildönümü münasibətil

ABŞ ilə İran arasında nə zaman saziş əldə olunacaq? - Tramp açıqladı

ABŞ Prezidenti Donald Tramp noyabr ayında keçiriləcək aralıq seçkisindən sonra İranla sazişin əldə oluna biləcəyini bəyan edib. xəbər verir ki, bu barədə "Kommersant" nəşri məlumat yayıb. O bildirib ki, İran hökumət

Abbas Əraqçi Ceyhun Bayramovla görüşdü

İranın xarici işlər naziri Abbas Əraqçi azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşüb. xəbər verir ki, A. Əraqçi bu barədə özünün "Telegram" kanalında məlumat yayıb. Görüş Birləşmiş Millətlər Təşkilatı (BMT) Ba

İlham Əliyev Qazaxıstan Prezidentinə BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib. xəbər verir ki, başsağlığı mətnində deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Manqistau vilayətində keçirilən hərb

1 saat danışdılar - Lavrov və Rubio nəyi müzakirə etdi?

Nyu-Yorkda Rusiya xarici işlər naziri Sergey Lavrov ilə ABŞ Dövlət katibi Marko Rubio arasında təkbətək danışıqlar başa çatıb. "RİA Novosti"yə istinadən xəbər verir ki, diplomatik görüş təxminən bir saat davam edib

Azərbaycan 3 ölkə ilə viza rejiminin sadələşdirilməsinə dair sazişlər imzalayıb - FOTOLAR

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Sent-Kits və Nevis, Antiqua və Barbuda, həmçinin Benin xarici işlər nazirləri ilə görüşüb. xəbər verir ki, görüşlər zaman

SOCAR beynəlxalq şirkətlərlə bir sıra mühüm sənədlər imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında təşkil olunan İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində SOCAR tərəfindən müxtəlif şirkətlərlə bir sıra sənədlər imzalanıb.  xəbər veri

Ermənistan-Azərbaycan sərhədi ilə bağlı MÜHÜM AÇIQLAMA

Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası üzrə işlər tezliklə bərpa olunacaq. KONKRET.azxəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan bildirib. O, işlərin nə vaxt başlayacağını dəqiqləşdirməyib

Zelenski: Qış sizin üçün də ağır olacaq

Ukrayna Prezidenti Volodimir Zelenski qarşıdakı qışın həm Ukrayna, həm də Rusiya üçün çətin keçəcəyini bildirib. xəbər verir ki, Zelenski ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyasının 81-ci sessiyasının ikinci iclasınd


azerbaycan xeberleri yeni xeberler son xeberler son xeber.az cəbhədən son xəbərlər cəbhədən son vəziyyət krimnal xeber