Azərbaycanda 1,2 milyon dollarlıq narkotik vasitələrinin gətirilməsinin qarşısı alınıb

Azərbaycanda 1,2 milyon dollarlıq narkotik vasitələrinin gətirilməsinin qarşısı alınıbDaxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti uğurlu əməliyyat tədbiri nəticəsində qaçaqmalçılıq yolu ilə külli miqdarda yüksək təsiredici xassəyə malik narkotik vasitə və psixotrop maddələrin ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.
DİN-in Mətbuat Xidmətindən Open.az-a verilən məlumata görə, Baş İdarəyə İrandan Azərbaycana narkotik vasitələrin keçirildiyi və narkotiklərin Arzuman adlı şəxs tərəfindən götürülərək realizə olunması məqsədi ilə respublikanın müxtəlif bölgələrinə aparılacağı barədə əməliyyat məlumatı daxil olub.
Polis əməkdaşları tərəfindən dərhal həmin şəxsin tutulması istiqamətində zəruri əməliyyat tədbirləri həyata keçirilib. Peşəkarlıqla həyata keçirilən əməliyyat nəticəsində həmin şəxs, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Arzuman Qocayev Bərdə-Ağcabədi yolunda hərəkətdə olan zaman polislər tərəfindən idarə etdiyi "BMW" markalı avtomobillə birgə saxlanılıb. Nəqliyyat vasitəsinin yük yerinə baxış zamanı ümumi çəkisi 43 kiloqram 195,396 qram heroin, 500 qram tiryək, 1 kiloqram 600 qram marixuana və 2 kiloqram 001,386 qram psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb. Qeyd edək ki, həmin narkotik vasitə və psixotrop maddələrin "qara bazar"da qiyməti 1 milyon 200 min ABŞ dollarıdır.
Araşdırma zamanı müəyyən edilib ki, Arzuman Qocayev İran vətəndaşları şəxsiyyəti istintaqa məlum olmayan "Əsgər" və "Hüseyn" adlı şəxslərlə cinayət əlaqəsinə girərək külli miqdarda narkotik vasitələrin Azərbaycana gətirilməsini təmin edib. Həmin şəxslərlə "Whatsapp" ani mesajlaşma şəbəkəsi vasitəsi ilə əlaqə saxlayan Arzuman Qocayev narkotik vasitələri əldə edəndən sonra İran vətəndaşlarının qeyd etdiyi yerlərə aparmalı imiş.
Qeyd edək ki, Arzuman Qocayev bir neçə dəfə həmin şəxslərin vasitəsi ilə bu yolla narkotik vasitələrin Azərbaycana gətirilməsində iştirak edib. O, şübhə oyatmamaq üçün hər dəfə narkotik vasitələri kirayə götürdüyü müxtəlif markalı avtomobillərlə razılaşdırılan ərazilərdən götürüb. Sonuncu dəfə isə Arzuman Qocayev şəxsi avtomobili ilə külli miqdarda narkotik vasitələri əldə edən zaman saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Arzuman Qocayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib əməliyyat tədbirləri davam etdirilir.

Hadisə       Tarix: 19 mart 2020
f Paylaş

Oxşar xəbərlər

Xocalıda icazəsiz at sürənlər cərimələndi

Xocalıda kəndlinin atlarını icazəsiz sürənlər saxlanılıb. -a istinadla xəbər verir ki, hadisə Daşbulaq kəndində qeydə alınıb. Kəlbəcər sakini olan 41, 46 və 51 yaşlı şəxslər sərxoş halda örüş yerində atların otladığını görüblər

Qəzada ölən Elşən bu qurumun əməkdaşı imiş – FOTO

Cəbrayılda baş verən qəza zamanı həlak olan Elşən Rüstəmov "AzərEnerji"nin əməkdaşı olub. KONKRET.azbildirir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə işə gedən zaman baş verib. Həyatını itirə

Göyçayda 26 min manatlıq oğurluq: kürəkən və qayınata tutuldu

Göyçay rayonu ərazisində silsilə oğurluqlar edilib. KONKRET.azxəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, evlərə daxil olan naməlum şəxslər 24 min manatdan artı

Məktəbli motosiklet qəzasında öldü

Siyəzən rayonunda 11-ci sinif şagirdi motosiklet qəzası nəticəsində həyatını itirib. KONKRET.azAPA-ya istinadla xəbər verir ki, hadisə bu gün saat 15:00 radələrində rayonun Böyük Həmyə kəndində baş verib. Kənd məktəbini

Milyarderin oğlu dayanacaqda öldürüldü – FOTO

Yaponiyalı milyarder, SFCG maliyyə korporasiyasının qurucusu Kenşin Oşimanın oğlu Yoşihito Oşima Laosun paytaxtı Vyentyanda güllələnərək öldürülüb. -a istinadən xəbər verir ki, laoslu fəal Cozef Akaravonqun sözlərinə görə

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Xəbər verdiyimiz kimi, iki gün öncə Prezidentin Xankəndi və Ağdərə rayonu üzrə xüsusi nümayəndəsi Elçin Yusubov vəzifəsindən kənarlaşdırılıb. Unikal-a istinadən xəbər verir ki, 6 ay əvvəldən başlayaraq Maliyyə Nazirliyi sözügedə

Tovuzda 46 yaşlı kişini maşın vurdu

Tovuzda piyadanı maşın vurub. xəbər verir ki, hadisə rayonun Əyyublu kəndində qeydə alınıb. Belə ki, yolu keçmək istəyən 1980-ci il təvəllüdlü Asif Ələsgərovu avtomobil vurub. Piyadanın vəziyyəti ağır qiymətləndirilir. Hadis

Kütləvi davada qətli törədənlərin kimliyi bilindi

Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı əlavə detallar məlum olub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, qətli törədənlərin "Sabunçu Emil" və MMA döyüşçüsü kimi tanınan Elnar adlı şəxslər olduğ

İki ay faiz ödədi, üçüncü ay qətl törətdi - Siyəzəndə baş verən qətlin detalları

Siyəzən rayonunda sələmə pul verən qadın qətlə yetirilib. oxuaz-a istinadən xəbər verir ki, hadisə dünən səhər saatlarında rayonun Böyük Həmyə kəndində baş verib. Kənd sakini, 1983-cü il təvəllüdlü Xəyalə Muradağa qızı Ağamalıyev


azerbaycan xeberleri son xeberler yeni xeberler kriminal cəbhədən ən son xəbər son xeberler bugun sonxabar