Azərbaycanda 150-dən artıq sürücü saxlanıldı - RƏSMİ

Azərbaycanda 150-dən artıq sürücü saxlanıldı - RƏSMİSon bir neçə gün ərzində keçirilən belə tədbirlər zamanı 150-dən artıq avtobus və mikroavtobus sürücüsü saxlanılıb.
Bu barədə azxeber.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Xatırladılıb ki, vətəndaş məmnunluğunun təmin edilməsi, eləcə də nəqliyyat vasitələri sahiblərinə fasiləsiz xidmət göstərilməsi məqsədilə Baş Dövlət Yol Polisi İdarəsinin paytaxtın Sabunçu və Qaradağ rayonlarında yerləşən Texniki Müayinə Mərkəzlərində 24 saat fasiləsiz iş rejimi tətbiq edilib. Eyni zamanda xidmətin fasiləsiz təşkili nəticəsində gündüz saatlarında sərnişin daşınması ilə məşğul olan avtobusların sahiblərinə və sürücülərinə nəqliyyat vasitələrini iş saatlarından sonra texniki baxışa təqdim etmək imkanı yaradılıb. Yaradılan şəraitə baxmayaraq sürücülər arasında müxtəlif yollarla nəqliyyat vasitələrini texniki baxışa təqdim etmək istəməyənlərə hələ də rast gəlinir. Texniki baxışa təqdim edilməyən avtobuslar isə sərnişinlərin və yollarda digər hərəkət iştirakçılarının həyatına ciddi təhlükə yaradır.
Araşdırmalar zamanı qeyri-qanuni yollara əl ataraq avtomobili texniki baxışa təqdim etməyən avtobusların əsasən mərkəzdən kənarda, kənd və qəsəbələr arasında fəaliyyət göstərdiyi müəyyən edilib. Həmin sürücülərin, avtobusların məxsus olduğu şirkətlərin müəyyən edilməsi, bu sahədə nizam-intizamın yaradılması məqsədi ilə Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları tərəfindən mütəmadi olaraq profilaktik tədbirlər həyata keçirilir. Son bir neçə gün ərzində keçirilən belə tədbirlər nəticəsində texniki baxışdan yayınmaq üçün dövlət qeydiyyat nişanlarına müdaxilə edən, habelə digər üsullara əl atan 150-dən artıq avtobus və mikroavtobus sürücüsü saxlanılıb. Həmin sürücülər barəsində qanunauyğun tədbirlər görülüb. Həmin avtobuslardan 100-dən çoxunun dövlət nömrə nişanının dəyişdirilməsi, nasazlıqların aradan qaldırlması və texniki baxışdan keçirilməsi təmin edilib.
Onların mənsub olduğu sərnişindaşıma şirkətləri qarşısında nəqliyyat vasitələrinin dövlət nişanlarının bərpa edilməsi tələbi qoyulub. Sərnişinlərin rahatlığını təmin etmək və avtobusların qısa müddətdə xəttə qayıtması məqsədi ilə onlara dövlət qeydiyyat nişanlarının dəyişdirilməsi, nasazlıqların aradan qaldırılması və texniki baxışdan keçirilməsi üçün Baş Dövlət Yol Polisi İdarəsində xüsusi şərait yaradılıb.
"Hər kəsi texniki cəhətdən nasaz avtobuslarla səfər etməyin ağır faciələrə səbəb ola biləcəyini anlamağa və polis əmədakdaşlarının bu sahədə həyata keçirdikləri profilaktik tədbirlərə öz töhfəsini verməyə çağırırıq. Avtomobillərin texniki baxışdan keçirilməsi təkcə yol hərəkəti iştirakçılarının təhlükəsizliyi üçün yox, həmçinin ictimai-asayişin qorunması və cinayətlərin qarşısınını alınması üçün də qanunla nəzərdə tutulan vacib tələblərdən biridir.
Sürücülər avtomobillərinin texniki baxışa təqdim edilməsi barədə onları maraqlandıran məsələlərlə bağlı operativ məlumat almaq üçün 012-590-71-13 nömrəsi və "902" qaynar xətti ilə əlaqə saxlaya bilərlər", - məlumatda qeyd edilib.

Sosial       Tarix: 08 iyun 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya


son xeberler yeni xeberler azerbaycan xeberleri siyaseti xeberler bugun son xeber son xeberler azerbaycan en son xeberler bu gun