Azərbaycanda 27 min nəfərin iştirakı ilə festival keçirilib
"Uşaq İncəsənət Festivalında 27 min nəfər iştirak edib".
"Report" xəbər verir ki, bunu Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilən Uşaq İncəsənət Festivalının yekunlarına dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, festival 21 nominasiya üzrə keçirilib, mədəniyyətin bütün sahələrini əhatə edib:
"Birinci mərhələdə işğaldan azad olunan Zəngilanın Ağalı kəndində belə bir festival keçirilib. İkinci mərhələdə festival regionlarda keçirilib. Müxtəlif bölgələrdə gənclərin fəaliyyəti üçün şərait yaradılıb. Laçın Şəhəri Günündə yay düşərgəsi təşkil olunub, orada uşaqlara master-klaslar, fərdi sərgilər keçirilib".
Şöbə müdiri bildirib ki, festivala 27 min iştirakçı cəlb olunub:
"Biz bununla lazımı dataları, potensial gənclərin məlumatlarını topladıq. Tezliklə bu data ictimaiyyətə açıqlanacaq".




Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"Qarabağ"ın sabiq futbolçusu istefa verdi