Azərbaycanda 881 hektar torpaq sahəsinin təyinatı dəyişdirildi
2023-cü ildə Azərbaycanda 22 rayon üzrə 54 müraciət əsasında 2,7 min hektar torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi məqsədilə sərəncam layihəsi hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib.
KONKRET.az xəbər verir ki, bunu 2023-cü ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev bildirib.
Onun sözlərinə görə, ötən il 19 rayon üzrə 42 müraciət əsasında 881,2 hektar torpaq sahəsinin kateqoriyası və məqsədli istifadə təyinatı dəyişdirilib.
Bundan başqa, M.Eynullayev deyib ki, il ərzində 40 rayon üzrə 395 müraciət əsasında 48 min hektar dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin icarəyə verilməsinə razılıq verilib, 34 rayon üzrə 243 müraciət əsasında 5,5 min hektar dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar istisna olmaqla, digər dövlət torpaqlarının icarəyə verilməsinə müsbət rəy verilib.

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR