Azərbaycanda abortların sayı kəskin artıb - Səbəblər nələrdir?
Dövlət Statistika Komitəsinin məlumatına görə 2022-ci ildə Azərbaycanda 58 min abort qeydə alınıb. Onlardan 14 min 900-ü mini abort, 500-ü dərman vasitələri ilə aparılan abortlar olub. Qeyd edək ki, abortların sayı 2018-ci ildə 36 min 141, 2019-cu ildə 37 min 308, 2020-ci ildə 34 min 719, 2021-ci ildə 46 min 877 olub.
Bəs artmaqda davam edən abortların hansı fəsadları var? Belə halların azalması üçün nə etmək lazımdır?
Mövzu ilə bağlı azxeber.com-a danışan ginekoloq Rəşad Sultan bunları bildirib:
"Abort ailə planlamasıdır. İnsanların iki-üç uşaqları varsa, daha çox uşaq düşünməməyə başlayırlar. Nikahdan kənar hamiləlik, digər sosial səbəblərdən qadınları övlad sahibi olmaqdan çəkindirir. Burda toxunmağımız lazım olan tibbi və etik tərəflər var. Etik tərəfi ondan ibarətdir ki, bir həyata son qoyulur. Tibbi tərəfləri, fəsadları isə daha çoxdur. Abort cərrahi müdaxilədir. Hər müdaxlə kimi sağlamlığa ziyanları var. Qanaxma, infeksiya riski, digər orqanların zədələnməsi təhlükəsi var. Gələcəkdə övlad sahibi ola bilməməyə gətirib çıxara bilən hallar var. Ona görə də abort, biz həkimlərin, dünya tibbinin sevmədiyi müdaxilədir. Qadının hamiləliyi sonlandırmaqdansa, hamilə qalmaması arzuolunandır. Hakimləlikdən qorunmaq üçün mexanik və hormonal vasitələri var".
Rəşad Sultan vurğulayır ki, həkimlərin işi ondan ibarətdir ki, hər yerdə bu qorunma vasitələrini təbliğ etsin:
"Abortun ziyanlarından danışmaq lazımdır. İnsanlarda sual yarana bilər ki, əgər abort yaxşı şey deyilsə, niyə görə dövlətlərin hamısında qadağan deyil. Qadağan edilsə, bu qanundan kənar müəssələrdə olacaq. Dövlətin nəzarətindən tamamən çıxacaq. Ona görə qadağan edilmir ki, heç olmasa, dövlət nəzarətində olsun. Eyni zamanda abort qadağan edilsin, deyənlər bir qadının sosial, mənəvi, maddi problemlərini həll etdikdən sonra bunu deməyə haqqı çatır. Dövlət və cəmiyyət bu problemləri qarşılayacaqsa, hamiləliyi sonlandır deməyə haqqı var. Həmçinin düşünürəm ki, gənclərin cinsi mövzularda maarifləndirilməsinə də ehtiyac var", - deyə ginekoloq qeyd edib.
Şəbnəm Zahir

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır